Vergilər naziri Fazil Məmmədov vəzifəsindən istefa verib. Bu barədə daxil olan məlumatda iddia olunur. İddiaya görə, onun istefa ərizəsi hələlik götür qoy edilir. Nazirlikdən saytımıza daxil olan məlumatda o da vurğulanır ki, Fazil Məmmədovun istefa vermək qərarı, bir neçə gün bundan qabaq güləşçilərin etiraz aksiyas keçirməsi olub. Müəyyən səbəblərdən yaranan aksiya sözügedən qurumda əməllibaşlı çaşqınlıq yaradıb. Nazir də çıxış yolunu istefa verməkdə görüb.

[b]Əldə olunun ən son məlumatlar görə, nazirin bu qərarı hakimiyyət daxilindəki ziddiyyətlərin pik həddə çatması, onun özxoşu ilə vəzifədən vidalaşmasına stimul yaradıb…(24saat.org)

Vergilər naziri Fazil Məmmədov istefa verdi – SON DƏQİQƏ[b]Fazil Mәmmәdov 28 mart 1964-cü ildә Şamaxı rayonunda anadan olub. 1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini bitirib. 1987-1989-cu illәrdә Gәncәdә Sәnaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri vә Bakı Sәnaye- Tikinti Bankının Әmәliyyat İdarәsindә iqtisadçı vәzifәlәrindә çalışıb. 1989-cu ildәn 1993-cü ilә qәdәr Maliyyә-Kredit texnikumunda müәllim, kafedra müdiri işlәyib.1993-cü ildә “Ünsal” Kommersiya Bankı İdarә Heyәtinin sәdri seçilib. 1994-cü ildә Aqrar Sәnaye Bankının Şәmkir şöbәsinin müdiri vəzifəsində çalışıb. 1995-1999-cu illәrdә Dövlәt Gömrük Komitәsinin Maliyyә-Tarif vә Valyuta Nәzarәti Baş İdarәsi rәisinin müavini vә rәisi, hәmin sahә üzrә Gömrük Komitәsi sәdrinin müavini vәzifәsindә çalışıb. 1999-cu il iyun ayının 20-dә Azәrbaycan Respublikası Prezidentinin fәrmanı ilә Baş Dövlәt Vergi Müfәttişliyinin rәisi tәyin edilib. 2000-ci il fevral ayının 11-dә Azәrbaycan Respublikası Prezidentinin fәrmanı ilә Azәrbaycan Respublikasının Vergilәr Naziri tәyin edilib. Azərbaycan Güləş Federasiyasının prezidentidir.

Paylaş