Şamaxı rayon İcra başçısı Asif Ağayev cüdo üzrə rayon birinciliyinin qarşısını alaraq tədbirin keçirilməsinə imkan verməyib. 

Azərbaycanda digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılır, idmanın gələcək inkişaf perspektivləri ciddi nəzarət altına alınır. Bu məqsədlə regionun şəhər və rayonlarında idmanın maddi-texniki bazası gücləndirilərək müxtəlif idman kompleksləri, qurğuları, idman zalları tikilir, meydançalar salınır, böyük idman-sağlamlıq mərkəzləri yaradılır.

Məsələ ilə bağlı OperativXeber.az-a müraciət daxil olub.
Cüdo üzrə ” İdman ustası” Bəhman Əkbərov redaksiyamıza şikayət məktubu ünvanlayıb.

Şikayətçi vətəndaş bildirir:

“Mən cüdo üzrə idman ustası, ölkəmin idman sahəsində uğurlu nailiyyətlərə imza atmış peşəkar məşqçiyəm. Ömrümü idmanın inkişafına həsr etmişəm. Peşəkar məşqçi qismində mütəmadi olaraq bölgələrdə müxtəlif dərəcəli idman yarışları keçirirəm. Cüdo üzrə ölkə təmsilçilərinin yetişdirilməsində bilavasitə əməyə sahibəm.

Ötən həftə Şamaxıda yeniyetmələr arasında keçiriləcək cüdo üzrə açıq rayon birinciliyi keçirilməsi nəzərdə tutulmuşdu. Lakin rayon İcra başçısı Asif Ağayev tədbirin keçirilməsinə icazə vermədi. Baxmayaraq ki, tədbir Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi Ş. Hüseynov və Sabir qəsəbə tam orta məktəbin direktoru G. Babaşova tərəfindən rəsmi təsdiqlənmişdi.

İcra başçısının bu hərəkəti dövlətin apardığı siyasətə ləkədir. Ölkədə idmanın inkişafı prioritet məsələ olduğu halda, Asif Ağayev rayonda perspektivli gənclərin üzə çıxmağını istəmir, tədbirin keçirilməsinə icazə vermir. Hətta icra başçısı mənim etirazıma qeyri-adekvat reaksiyaya göstərərək, mənə hədə – qorxu gəldi və görüşə çağırdı. Bildim ki, görüşün arxasında nələr dayanır. Getmədim.

Görünür Asif Ağayevin başı korrupsiyaya o qədər qarışıb ki, ölkə rəhbərinin idmana verdiyi diqqəy və qayğıdan tam xəbərsizdir”. Sitatın sonu.

P.S. Son zamanlar Şamaxı rayonundan mediaya daxil olan şikayət və müraciətlərin ardı-arası kəsilmir. Vətəndaş hüquqlarının pozulması, rayonun sosial-iqtisadi durumun olduqca bərbad vəziyyətdə olduğu iddia edilən çoxsaylı şikayətlər, Asif Ağayevin hegemonluğundan xəbər verir. Əks halda ölkə prezidetinin iradəsinə qarşı çıxaraq ” İdman ustası” nı şərləməkdən çəkinərdi. 

 
Şamaxı  İcra başçısından dövlətə  HÖRMƏTSİZLİK: idman yarışlarınıın keçirilməsinə  icazə vermir - ŞİKAYƏT

 

Paylaş