Korrupsiya.az istinadla Hakimiyyet.az-redaksiyasına müraciət edən vətəndaşın şikayətini tədim edir:.
Hörmətli Cənab Prezident, Etimad və Ehtiram hədəfimiz olan Ölkə başçımız. Sizə uzun müddətdir pərişan vəziyyətdə olan ailəm və öz adımdan üzləşdiyimiz maddi və mənəvi dəyər itkisi səbəbilə ədalətsizliklərin ağlasığmaz şiddət tendesiyası ilə əlaqədar olaraq müraciət edir, dərdimizə dərman ola biləcək göstərişlərinizi diqqətcanlılıqla verməyinizi xahiş edirik.
Nəzərinizə çatdırmaq istəyirəm ki, mən Sabirabad rayon sakini Əliyev Elman Tahir oğlu həyat yoldaşım və qızımla birgə bu rayonda yaşayırıq. Qızım, kürəkənim Novruzov Samirin 2012-ci ildə ağır yol-nəqiliyyat hadisəsi nəticəsində vəfatından sonra nəvəm Novruzova Səkinə Samir qızı ilə bərabər himayəmdə yaşayırdı. Lakin 2015-ci ildə ailəmizə daha ağır itki üz verdi. Atasının yadigarı, nəvəm 3 yaşlı Səkinə Novruzova həkim səhlənkarlığı və səhvi nəticəsində həyata vaxtsız vida etdi. Səhhəti 2015-ci ilin mart ayında qəflətən pisləşən azyaşlı nəvəmi təcili olaraq Bakıya çatdırmaq məcburiyyəti bizi daha ağır və gözlənilməz sınaqlar qarşısında buraxdı. Belə ki, nəvəmi ilkin olaraq müayinə üçün təqdim etdiyimiz Ə. Qarayev adına 2 saylı uşaq xəstəxanasında nəvəmi baxış üçün qəbul edən həkim Samirə Orucova sonuncuya səhhətilə əlaqədar olaraq düzgün diaqnoz qoya bilmədiyindən vəziyyət azyaşlı nəvəm və həmdə bizim üçün daha da gərginləşdi. Həm maddi və həm də zaman itkisi nəticəsində mərhum Səkinənin vəziyyəti daha da ağırlaşdı. Belə çxılmaz vəziyyəti biz dərhal Mərkəzi Klinik MMC-ə müraciət etməklə dəyərləndirdik. Nəvəmi ağır vəziyyətdə qəbul edən klinikanın pediatrı həkim Sevinc Abdullayeva məndən 792 manat mənimsəməklə həkim andına ağır laqeyidliyi özündə əks etdirən əməlilə bizi pərişan edən nəticənin yaşanmasına təkan verdi. Məhkəmə-tibbi ekspertizasının verdiyi rəy və məhkəmə prosesləri gedişində həkim Sevinc Abdullayevanın nəzəri ehtimalla nəvəmə təyin etdiyin tibbi xəstəlik diaqnozunun yanlış olduğu sübuta yetirildi. Məhkəmə ekspertləri isə bilə-bilə bir çox hallara nəzərən məhkəmənin qoyduğu suallardan bilərəkdən yayındılar. Nəzərinizə çatdırım ki, nəvəm Səkinə Novruzova yanlış müayinə və müalicə, qoyulan diaqnozların səhv olması ilə əlaqədar olaraq əsas xəstəliyinin inkişafından dolayı 2015-ci ilin avqust ayında vəfat etdi. Qızım övladının itkisilə əlaqədar olaraq ağır depresiyalara düçar oldu. Vaxtında düzgün təyin edilməyən diaqnoz, əməli sürətdə həyata keçirilməsinə laqeyid yanaşılmış tibbi prosedur nəvəmin əsas xəstəliyinin inkişafına aşkar zəmin yaratmaqla onun həyatdan köçməsini əsaslandırdı. Bu itki nəticəsində heç bir maddi gəliri və işi olmayan mənə borclar nəticəsində əldə etdiyim maddi vəsaitlərə görə 22500 manat dəyərində maddi və misilsiz dəyərdə mənəvi zərər dəydi. Nəvəmin vəfatına görə klinika rəhbərlikləri cinayətkar həkimləri işlərindən azad etmədikləri yetməmiş kimi, primitiv bir başınız sağ olsun belə deməmələri ailəmizi daha da sarsıtdı, bizi hüquqi müstəvidə mübarizəyə təşviq etdi. Çünki hər iki klinikanın rəhbərliyinə olan dəfələrlə müraciətimiz cavabsız qaldı. Klinika rəhbərlikləri qərəzli sürətdə öz məsuliyyətlərini etiraf etmədilər. Səhiyyə Nazirliyi belə müraciətimizi məhkəmə qaydasında apellyasiya şikayəti ilə cavablandırdı. Nəticədə ən son olaraq maddi və mənəvi zərərin tutulmasına dair zərər görə Bakı şəhər Apellyasiya məhkəməsi müraciətimizi 3000 maddi və 3000 manat mənəvi zərərlə kompensasiya etmək haqqında qətnamə qəbul etdi. Halbuki bizə dəyən zərərin əvəzinin bu məbləğlə dəyərləndirilməsi ağlabata ola bilməzdi. Qətnamədən narazı qaldığımıza görə hal-hazırda Ali Məhkəməyə ədalətli məhkəmə mövqeyinin təcəllisi üçün müraciət etmişik. Ədalət mühakiməsinin dövlətimizin əsası olduğunu nəzərə almaqla itkimiz üzrə ədalətli məhkəmə qərarının qəbuluna ümid edirik. Amma bu müraciətimizlə ədalətsizliklərdən əziyyət çəkdiyimizi dərk edərək ən böyük ümidi sizə bəslədiyimizi səmimi qəlbdən qanunlara itaətkar olan ruhumuzla bəyan edir, sizdən kömək gözləyirik.
Hakimiyyet.az xəbər verir ki SEKİNEXANIMA MERKEZİ KLİNİKADA SEVİNC ABDULLAYEVA TEREFİNDEN QOYULAN DİAQNOZU QOYMAQ ÜÇÜN LABARATOR ŞERAİT YOXDUR. BU DİAQNOZU QOYMAQ ÜÇÜN ANA İLE BALANIN QAN KÜTLELERİ ADIÇEKİLEN ÖLKELERE GÖNDERİLMELİ İDİ VE BU 30-40 GÜN VAXT YELEB EDİR. SEVİNC İSE BU DİAQNOZU ÖZBAŞINA 1 SAATA QOYUB. BU DİAQNOZU ARAŞDIRMAQ ÜÇÜN BİZ TEHRANDAN ANA İLE BALSNIN QAN KÜTLELERİN ALMANİYAYA GÖNDERDİK.40 GÜNDEN SONRA CAVAB ALDIQ Kİ XESTE FMF – e YOLUXMAYIB . ÜMUMİYYETLLE GENDE BELE BİR XESTELİK OLMAYIB. ARTIQ SEKİNEXANIM DÜNYASINI DEYİŞMİŞDİ.
Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi Ənvər Şadıyev bu gün Ali məhkəmənin timsalında qanunun, ədalətin, hər kəsin qanun qarşısında bərabərliyinin alilyini deyil, cinayətkarlığı, cinayətkları himayə edən maddi və mənəvi istismarçı zümrənin maraqlarının aliliyini qorumağı gələcəyimiz məhv olsun deyə şərəfli hesab etdi.
Bəli! Əziz soydaşlar! Müstəqillik əldə etdik deyimi bu gün bir daha biz vicdanlı xalq nümayəndələrinin üzləşdiyi qanunsuzluqlar mənzərəsinin timasalında öz əhəmiyyətini geniş şəkildə itirmişdir.
Bu gün məhkəmə hakimiyyəti müstəqil olmaq, hər kəsin məhkəməyə müraciəti əsasında insan hüquq və azadlıqlarına təminat vermək əvəzinə əxlaqsızcasına kapitalizmin istismarçı zümrəsinin maddi və mənəvi maraqlarının iqtidarlığına təminat verir.
İllərdir qanunun aliliyini yox, maddiyyatın və alçaqlığın aliliyini qorumağa müsəlləm olan məhkəmə hakimiyyəti Azərbaycan xalqının maraqlarının müdafiəçisi yox, əlehdarı oldu və olmağa davam etdi.
Bir neçə gün əvvəl erməni quldurluğunun qurbanı olan 2 yaşlı Zəhra ilə maddiyyat təfəkkürlü cinayətkar tibb müəssisələri və həkmilərin ölümə məhkum etdiyi 3 yaşlı Səkinə arasında ümumi yanaşma baxımından heç bir fərq yoxdur. Biri bizim xarici düşmənlərimiz, digəri o düşməndən seçilməyən daxili düşmənlərimizdir. Biz mübariz xalq olaraq iki cəbhədə haqq mübarizəsi aparmağa şərəflə məhkum olmuşuq.
Bu gün daxili cəbhəmizə Ali Məhkəmənin maddi və mənəvi işğalçılıq niyyətidə daxil oldu. İstismarçı zümrəyə, icra hakimiyyətinə ruporluq edən Ənvər Şadıyev Azərbaycan vətəndaşına qarşı iki qat hörmətsizlik etdi. 3 yaşlı Səkinənin həkim səhlənkarlığından ölümə düçarına laqeyid yanaşan hakim Ənvər Şadıyev məhkəmə baxış iclasının rəsmi təyin olunmuş vaxtını bilərəkdən dəyişməklə görünməmiş biyabırçı qanunsuzluğa imza atdı. Bununla da Səkinənin və gələcəyimizin müdafiəsi üçün hüququmuz olan prosesdə iştirakdan məhrum olduq. Nəticədə sifarişli qətnamə qüvvəsində qaldı.
Ənvər Şadıyev, Cəmil Əliyev, Sevinc Abdullayeva, Samirə Orucova, Mərkəzi Klinik MMC, Qarayev adına 2 saylı uşaq xəstəxanası unutmasın ki, biz haqq yoluna kəfənlə çıxmışıq.
Səkinənin qisası körpələr ölməsin deyə mütləq alınacaq!
KORRUPSİYA.AZ