Bakunews.az-ın elektron ünvanına Heydər Əsədovun qardaşının şirkətində edilən suni artımların məhz kənd təsərüfatının inkişafına maniələrin yaradıldığını vurğulayan iddia dolu məktub ünvanlanıb. Elelktron məktubda qeyd edilir ki, 2016-cı ildə taxilsəpən aqreqatı qonşu fermer Aqrolizinqdən 6100 manata alıb, bu il isə həmin aqreqatı Aqrolizinq 9600 manata satır. Bir il keçməsinə baxmayaraq suni artımın edilməsinə aydınlıq gətirməyədə cəhd edən müraciətçi bunun səbəblərində aydınlaşdırmağa müvvəfəq olub.
Bakunews.az-ın elektron ünvanına göndərilən məlumatlarda faktlar ortaya qoyulduğundan məsələyə biganə qala bilməzdik. Elə buna görədə məsələnin aydınlaşması məqsədi ilə bütün verilən faktlarla əks edilmiş məlumatı içtimailəşdirmək qərarına gəldik. Sizlərə təqdim etdiyimiz keçən illin ilkin alış üçün Aqrolizinqin sənədini və bu il Aqrolizinqin rəsmi veb səhifəsindən göstərdikləri qiyməti görə bilərsiz.
Diqqət yetirin, verilən faktlarda hər ikisi eyni modeldir (HBM-N24). Fərq yalnız illərdədir, texnikanın buraxılış ilinə görə 3500 manat fərq müəyyənləşdirilməsi sizcədə ədalət prinsiplərinin kobud şəkildə pozulması deyilmidir.
Aqrolizinqin işçilərinə sual etdikdə ki, niyə məhz eyni avadanlıqda 50%-dən çox fərqlə satılır? Onlar buna bu cür cavab verdilər deyə vətəndaş qeyd edib. Aqrolizinqin işçiləri köhnə dövrlərdən bütün avadanlıqlar açıq tendernən alınırdı, ona görə ucuz olurdu. Bu il isə cənab nazir göstəriş verib ki, Texnikalar yalnız nazirin qardaşının şirkətlərindən birbaşa müqavilə bağlanaraq oradan alınsın. Nə etmək olar ki, Nazirin qardaşının şirkətləridə qiymətlər budur və məcburiyyət qarşısında onların qoyduğu qiymətlədə fermerlere texnikalar satılır.
Bakunews.az-a məlumat verən mənbə qeyd edir ki, “Nəzərə alsaq ki, tək bu il 1500 ədəd taxıl səpən avadanlıq satılıb və hər birinin qiymətində 3500 manat artım müşahidəsindəndə qənaitə gəlmək olar ki, hörmətli nazirin göstərişi əsasında qardaşı vasitəsi ilə 5.250.000 manat qanunsuz olaraq mənimsənilib. Ancaq bir növ texnikadan bu qədər məbləğ kar edən nazir və qardaşı bütün avadanlıqları hesabladıqda nə qədər ilin qazancını əldə etdikləri o zaman ortaya çıxacaqdır. Belə olan halda, kənd təsərrüfatının inkişafından və onun Azərbaycanın əsas maddi qaynaqlarına çevrilməsindən necə danışmaq mümkündür. Ölkə rəhbərinin fermerlərə göstərdiyi qayğı və onlara yardım məqsədli qərarlarına qarşı çıxanlar məhz nazirlik daxilindən idarə və himayə edildiyi vurğulanmaqdadır. Nazirin qardaşının şirkətləri Aqrolizinqlə bu il ümümilikdə 50 milyon manatdan artıq müqavilə bağlayiblar, əgər digər avadanlıqlarda da iştah bu dərəcədə olubsa, vay ölkənin kənd təsərrüfatının halına. ”
“Texnikaların qiymət cədvəli burda baxa bilərsiniz”
Redaksiyadan: Yazıdan adı keçən şəxs və ya qurumun mövqeyini dinləməyə hazırıq.
KORRUPSIYA.AZ