Deputat Elmira Axundovanın oğlu Həbib Axundov sosial medianı təhqir edən status paylaşması ajiotaj doğurub

Ulus.Az xəbər verir ki, H.Axundov Feysbuk divarında paylaşdığı fotoda sosial medianın ünvanına təhqiramiz ifadə yer alıb.

Maraqldır ki, H.Axundov təhqiramiz statusundan əvvəl digər bir status da paylaşıb.

Sonuncu statusu ilə “qonşu” olan əvvəlki statusunda anası Elmira Axundovanın bu yaxınlarda dərc olunan bir kitabı haqda məlumat yerləşdirib.

Anasının müəllifi olduğu kitabın dərci haqda sosial şəbəkə istifadəçilərini məlumatlandırıb. H.Axundovun əvvəlki addımı ilə sonuncu addını arasında ziddiyyət ortadadır.

Başı qalmaqallardan açılmayan deputat oğlunun ingilis dilində yazılmış həmin təhqiramiz statusu hara, sosial şəbəkə istifadəçilərini xanım millət vəkilinin kitabı haqda maarifləndirməyi hara?!

Üstəlik Həbib Axundov biznesdən deputatlığa adlamış birinin övladı deyil. Əlində qələmi olan, bir çox kitabların müəlliflik edən bir jurnalistin oğludur. İndi isə onun oğlu medianı təhqir edir.

Ulus.Az xəbər verir ki, H.Axundovun adı bir neçə dəfə xoşagəlməz hadisələrdə hallanıb və indi də sosial medianı aşağılamaqla gündəmə gəlməkdədir.

Bundan əvvəl də onun şəriki ilə olan mübahisədə pul mənimsəməkdə və dələduzluqda ittiham olunmuşdu.

Ardınca intihar edən modelin işində adının keçməsi ziyalı, jurnalist-deputatın övladı haqda müsbət reputasiya formalaşdırmayıb.

Bu status da öz növbəsində H.Axundov barəsində ürəkaçmayan fikir yaradıb. Əslində, sosial şəbəkələr, sosial media bütün dünyanın bir nömrəli informasiya mərkəzidir.

Artıq ənənəvi mətbuat və telekanallar sosial mediaya hərtərəfli uduzurlar. İnsanlar informasiyanı Feysbuk, Tvitterdən alırlar, İnstaqram üzərindən şəkil paylaşırlar.

Müasir dövrün tələbi bundan ibarətdir və ənənəvi mətbuatın da günahı az deyil. O halda H.Axundovun özü də gərək sosial şəbəkələrdən istifadə etməsin və profilini bağlasın.

Ümumiyyətlə, məmur övladlarının ardıcıl olaraq cəmiyyəti təhqir edən çıxışları, hərəkətləri bir tendensiya halını alıb.

E.Axundovanın bəxti gətirib ki, oğlu statusu Baş nazirin müavini Əli Həsənovun nəvəsinin törətdiyi cinayətə baş qarışan ərəfədə paylaşılıb.

Əks halda gündəmin ən əsas mövzusu olacaqdı. Bunu niyə edirlər? Nə üçün məmur uşaqları cəmiyyətə qarşı aqressiv, hörmətsiz davranırlar?

Prezident, nazirlər, dünya liderləri, ziyalılar sosial şəbəkələrdən, sosial mediuadan istifadə edir.

Ölkə başçısı deyib ki, Azərbaycanda internet tam azaddır. Və həqiqətən də belədir. Amma görünür ki, deputat oğlu bu azadlıqdan sui-istifadə edərək insanları təhqir edir.

Paylaş