Rövnəq Abdullayevin yaxınları şirkətiin idarələrini əxlaqsızlıq yuvasına çevirir

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) baş verənlər insanları dəhşətə gətirib. Biz, Realliq.info olaraq dəfələrlə SOCAR rəhbərliyinin özbaşınalığından və insanların hüquqlarını kobud şəkildə pozmasından bəhs etmişik. Hətta, SOCAR prezidentinin qohumlarının ailə şirkətinə çevirdiyi ARDNŞ –də mənimsənilən milyonlara da aydınlıq gətirmişik. Lakin, Rövnəq Abdullayev öz qanunsuz əməllərindən əl çəkməyərək Dövlətin milyonlarını talamaqda davam edir. Onun vitse – prezidenti Mikayıl İsmayılov və digərlərinin dövlətin yüz milyonlarını talamalarına göz yuman aidiyyatı qurumlar hakimiyyətə xəyanət etməkdədirlər.

Rövnəq Abdullayevin rəhbəri olduğu şirkətdə qadınlara qarşı zorakılıqla bağlı Realliq.info – ya daxil olan məlumat dəhşətli faktları aşkara çıxarır. Rövnəq Abdullayevin qoçu rəislərinin özbaşınalığı cəmiyyətdə etirazlara səbəb olmaqdadır. Dəhşətli mənzərədir ki, qadınlara, işçi kollektivinin zərif nümayəndələrinə əxlaqsız təkliflər edilir və onlar tələbləri yerinə-yetirmədiyi halda işdən qovulacağı ilə hədələnirlər. Bu dəhşətli mənzərə SOCAR-ın idarələrində və “Neft Daşların”da geniş vüsət almaqdadır. Qoçəli Mahmudovun, İsgəndər Şirəlinin özbaşınalığına yazılarında geniş yer verən Realliq.info saytının araşdırmalarına biganə münasibət olmasaydı yəqin indi bu dəhşətli olaylar baş verməzdi.
SOCAR-da işə düzəlib balasına çörək pulu qazanmaq istəyən insanlara – qadınlara olunan təkliflər və tükürpədici faktlar aşağıdakı videoda əksini tapıb.

Videoda Qadının şikayətində adı çəkilən Azər Aşurov hal hazırda Abşeron Magistral Qaz¬ Kəmərləri Sahəsinin ¬rəisi Mətləb Vahidovun Baş mühəndisidir.

SOCAR, Qaz İxrac İdarəsi, Abşeron Magistral Qaz¬ Kəmərləri Sahəsinin rəisi Mətləb Vahidovun doğma bibisi oğlu SOCAR-ın¬ vitse prezidenti Mika¬yıl İsmayılovdur və bu¬ vəzifəyə polis siste¬mindən məhz Mikayıl ݬsmayılovun sayəsində ¬gətirilib. Tutduqları¬ vəzifəyə layiq olmay¬an, heç hərbi xidmətdə də olmayan Mətləb Vahidovun da Baş Mühəndisi videoda adı çəkilən Azər Aşurovdur.
SOCAR - da qadın işçilərə qarşı seksual zorakılıq - VİDEO

Abşeron Magistral Qaz Kəmərləri Sahəsinin Rəisi Mətləb Vahidovun hərbi xidmətdə olub olmadığına əmin olmaq istəyirsinizsə onun Azərbaycan Respublikasının verdiyi şəxsiyyət vəsiqəsinə baxsaz kifayətdir.Nia.az  həmin videonu təqdim edir:

Paylaş