FHN işçi Niyaməddin adlı şəxsə qarşı rüşvət ittihamı ilə çıxış edən məlumatlı mənbə onun “Zetaj” şirkətinin direktoru olan Hakan bəylə iş birliyi quraraq, ayrılan milyonların mənimsənildiyini iddia edir

Şikayətçinin redaksiyaya göndərdiyi məlumata qeyd edilir ki , dövlət başçısı tərəfindən “Socar Polimer” zavodunun tikintisi üçün 800 milyon pul ayrılıb. Zavodun tikintisinin icra olunmasını isə “Ustay” şirkəti tenderi qazanıb. “Ustay” şirkətinin prezidenti Murad bəy Türkiyədə olduğu üçün,məlum zavodun tikintisini “Ustay” şirkətinin icraçı direktoru Çaqatay bəy həyata keçirib. Həmin adını çəkdiyimiz bu şəxs bir xeyli müddət öncə Balaxanı ərazisində yerləşən zibil zavodunun tikintisini də həyata keçirib. Həmin ərəfələrdə FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarət Agentliyinin rəsmisi Niyaməddin Bərdəli ilə iş birliyi quraraq, Balaxanı zibil zavodunun da tikintisində xeyli dövlət vəsaitini mənimsəyiblər.Hazırda “Ustay” şirkətinin icraçı direktoru olan Çaqatay bəy Niyaməddin Bərdəli ilə əlbir olaraq “Socar Polimer” zavodunu ilkin tikinti mərhələsində zavodun tikintisi üçün vurulacaq 1052 svay layihəsini bir neçə MMC-lərlə sövdələşərək ,dövlət büdcəsindən ayrılan 800 milyon manatın, hər bir milyonun 10%-ni götürməklə (100 min) saxta MMC ə rəhbərlərinlərə vəd verərək bölüşdürəçəyini bildiririr. Lakin həmin milyonlardan gələn gəlirin şəxsi faizinin aşağı olduğunu düşünən Niyaməddin bəy “Zetaj” şirkətinin direktoru Hakan bəylə iş birliyinə girib öz yerli şirkətlərimizi həmin layihələrdən uzaqlaşdır. Ona görə ki,həmin milyonlardan FHN-nin mülki işçisi Niyaməddin Bərdəliyə çatacaq faiz dərəcəsi aşağı olub. Niyaməddin bəy “Zetaj” şirkətinin direktoru olan Hakan bəylə iş birliyi (şərikli)quraraq, ayrılan 800 milyonun hər bir milyonunun 10 faizinə sahib olur və şəriki ilə bölüşür. Prezidentin istəyinə qarşı çıxa biləcək addım atan FHN işçisi Niyaməddin bəy bu əməlində Kamaləddin Heydərovun da adını öz çirkin qazancına qataraq varlaşmağı əldə edir.

Hadisənin necə baş verdiyini təfsilatı ilə azerinews.org-a danışan mənbə onuda bildirir ki, FHN-nin mülki işçisi Niyaməddin Bərdəli həmin layihəni “Zetaj”şirkəti icra etdiyi üçün özünü sığortalanmış hesab edir. Amma əslində bütün hesab-kitabı özü həyata keçirərək FHN-nin də adını bu çirkaba qatmağdan çəkinməyib….
Onuda qeyd edək ki, növbəti yazılarda, Caqatay, Hakan və Niyaməddin ittifaqının Quba əhvalatları və digər qaranlıq əməlləri barədə şok yarada biləcək koorrupsiya əməllərindən bəhs edəcək iddialar və faktları oxuculara təqdim etməyə çalışacağıq…
Qarşı tərəfidə dinləməyə hazırıq

Paylaş