Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təqdim etdiyi uyğunluq sertifikatlarının dövlət reyestrinə görə, hazırda siqaret idxalı ilə iki şirkət – «Cresco» QSC və «İmeks» MMC məşğuldur. Siqaret 3 ölkədən – Belarus, Ukrayna və Rusiyadan gətirilir.

Sertifikatların müddəti başa çatıb

Tütün məmulatının sertifikatlaşdırılması ilə məşğul olan «AzQidaSert» sertifikatlaşdırma qurumunda AzadlıqRadiosu-na deyiblər ki, digər iki idxalçı şirkətə bu ilin fevralında verilmiş sertifikatların keçərlilik müddəti avqustun əvvəlində bitib: «Həmin şirkətlər («AMD Trade» MMC və «Krokus Ltd» MMC) sertifikat almaqdan ötrü yenidən şirkətimizə müraciət ediblər və yaxın günlərdə onlara idxala başlamaq üçün sənədlər təqdim olunacaq».

İz elə o biri idxalçılara aparır

«Cresco» QSC ötən ilin martında yaradılıb. Nizamnamə kapitalı 50 manat olan məhdud məsuliyyətli cəmiyyət kimi qurulub. Sonradan şirkət kapitalını 5 min manata çatdıraraq, qapalı səhmdar cəmiyyətinə çevrilib. Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızların dövlət reyestrini açıqlamadığından şirkətin səhmlərinin qeydə alınıb-alınmadığı məlum deyil.

Yaradılarkən «Cresco» şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Azər Əliyev küçəsi, ev 9, mənzil 82 olub. Ötən ilin yanvarında, yəni bu şirkətdən 2 ay öncə eyni ünvanda «AMD-Trade Company» MMC və «İmeks Company» MMC yaradılmışdı. Təsisçilər bəlli olmasa da, hər üç şirkətin direktoru Samir Yaşar oğlu Alxasov idi. Samir Alxasov həm də «TOB İnvest» MMC-nin direktorudur. Bu şirkət də tütün məmulatlarının topdansatışı ilə məşğul olur və hazırda digər siqaret idxalçıları ilə eyni ünvanda – Bakı şəhəri, Ələsgər Qayıbov, 12 ünvanında yerləşir.

«Cresco» QSC deputatın şirkətilə eyni ünvandadır

Hazırda «Cresco» QSC-nin ünvanı Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsi, 97-dir. Bu ünvanda həm də «Media İnvest» MMC fəaliyyət göstərir. Şirkətin təsisçisi Milli Məclisin üzvü Cavanşir Feyziyev, direktoru isə Araz Əyyubovdur. «Media İnvest» MMC elmi-kütləvi «Discovery Azerbaijan Magazine» turizm jurnalının təsisçisidir.

ETB yeni sertifikat almağa tələsmir

«AzQidaSert» MMC-də onu da əlavə ediblər ki, «European Tobacco-Baku» ASC-nin (ETB) bəzi siqaretlərin istehsalı üçün aldığı sertifikatların müddəti 2 ay öncə bitsə də, yenisinin alınmasından ötrü müraciət olunmur. «AzQidaSert» MMC-də hesab edirlər ki, ETB-nin bu cür davranışı ölkədə sahibkarlıq subyektlərinin yoxlanılmasının iki il müddətinə dayandırılması ilə bağlıdır. ETB-nin məsələ ilə bağlı şərhini almaq mümkün olmayıb.

İdxal artıb

Bu ilin altı ayında Azərbaycana 4 milyard 466,5 milyon ədəd, ötən ilin eyni dövründəkindən 7,5 faiz çox siqaret gətirilib. Bunun yarıdan çoxu (2 milyard 377,8 milyon ədəd) Ukraynanın payına düşür. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Almaniyadan 35,1 milyon ədəd, Gürcüstandan isə 10 milyon ədəd siqaret idxal olunur.

OperativXeber.az bildirir ki, hazırda «Cresco» QSC-nin ünvanı Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsi, 97-dir. Bu ünvanda həm də «Media İnvest» MMC fəaliyyət göstərir. Şirkətin təsisçisi Milli Məclisin üzvü Cavanşir Feyziyev, direktoru isə Araz Əyyubovdur. «Media İnvest» MMC elmi-kütləvi «Discovery Azerbaijan Magazine» turizm jurnalının təsisçisidir.

ETB yeni sertifikat almağa tələsmir

«AzQidaSert» MMC-də onu da əlavə ediblər ki, «European Tobacco-Baku» ASC-nin (ETB) bəzi siqaretlərin istehsalı üçün aldığı sertifikatların müddəti 2 ay öncə bitsə də, yenisinin alınmasından ötrü müraciət olunmur. «AzQidaSert» MMC-də hesab edirlər ki, ETB-nin bu cür davranışı ölkədə sahibkarlıq subyektlərinin yoxlanılmasının iki il müddətinə dayandırılması ilə bağlıdır. ETB-nin məsələ ilə bağlı şərhini almaq mümkün olmayıb.

İdxal artıb

Bu ilin altı ayında Azərbaycana 4 milyard 466,5 milyon ədəd, ötən ilin eyni dövründəkindən 7,5 faiz çox siqaret gətirilib. Bunun yarıdan çoxu (2 milyard 377,8 milyon ədəd) Ukraynanın payına düşür. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Almaniyadan 35,1 milyon ədəd, Gürcüstandan isə 10 milyon ədəd siqaret idxal olunur.(azadliq)

Korrupsiya.az
Paylaş