Keçmiş deputat, hazırda Almaniyada yaşayan Hüseyn Abdullayev vergilər naziri Fazil Məmmədov haqqında sərt ittihamlarla dolu status paylaşıb. Onun yazdığını təqdim edirik:
Deməli, bu yaxınlarda bəzi saytlar və sosial şəbəkələr vergilər naziri Fazil Məmmədovun qızının ” Böyük Saray” adlı şadlıq evindəki toy mərasimindən xəbər yayaraq, oradakı masaların bahalı (220 manatdan başlayaraq, 500 manata qədər) olduguna təəccübləniblər. Doğrusu bu xəbəri oxuduqda, məni gülmək tutdu. Çünki dünyadan bixəbər və Fazil Məmmədovun necə qudurğan həyat tərzi keçirdiyini bilməyən yazarlar, onun hər dəfə xarici ölkələrə getdikdə qaldığı otel və prezident suitlərinin gecəsi 18 – 20 min avro olduğunu bilsələr, əməlli başlı şaşırarlar.
Bu həmin Fazildir ki, sadəcə öz ailə maraqlarını düşünən və hər bir uğurlu biznesmeni özünə düşmən sayan İlham Əliyevin göstərişi ilə mənə qarşı cinayət işi açaraq sonradan, xüsusiilə böyük məbləğdə vergidən yayınma maddəsi ilə məni beynalxalq axtarışa verdirdi. Elə həmin hadisənin axşamı, Kamaləddin Heydərovun sponsorluğu altında fəliyyət göstərən APA informasiya agentliyi, onun ardınca ölkənin informasiya məkanında əsas fitnə-fəsad və şər-şəbədə ünsürü kimi tanınan ANS TV, Bakının müxtəlif yerlərində çəkilişlər apararaq, qətiyyən mənə aid olmayan 500-dən artıq obyektin mənim olduğunu və böyük vergi qaçaqçısı olduğumu cəmiyyətə sırımaga başladılar. Söhbətimi bu yerə gətirməkdə məqsədim, öz övladlarının, eləcə də özlərinin xoşbəxtliyini Azərbaycan xalqının bədbəxtçiliyi və səfil gündə yaşaması üzərində quran məmurlara bəzi sualları ünvanlamaqdır.
Cənablar. Yənı siz həqiqətən də düşünürsünüz ki, pulunuz var və bərk ayaqda sabah bir şey olsa, çıxıb qaçmaqla canınızı qurtaracaqsınız!?.. Tutaq ki, siz bu gün millətin əzmkarlıq ruhunu sındırmısınız və onun da müqavimət göstərməyə gücü qalmayıb. Bəs sabahınızı necə, düşünmüsünüzmü?.. Heç bir Allahın qulu deyə bilməz ki, öz sabahkı günündən sığortalanıb. Onu bilin ki, dünyanın hansı bucağuna gedirsiniz gedin, İLAHİ ƏDALƏT sizi rahat buraxmayacaq. Ən azı bütün arzuları puça çıxmış və sabaha ümüdsiz baxan sınıq qəlblərin ahı sizləri tutacaq.
Fazil Məmmədov. Sənin gönünün qalın olduğunu və necə ictimai rəyləri heçə saydığını yaxşı bilirəm. Buna rəğmən, sənə bir neçə sual vermək istəyirəm. Sən çox yaxşı bilirsən ki, mən millət vəkili olarkən, sənin başçılıq etdiyin bu qurumun faktiki olaraq tam bir reket və “vımoqatel” (şantajçı) funksiyasını həyata keçirdiyini demişdim. Və aradan xeyli vaxt keçsə də, mənim nə qədər haqlı olduğum ortaya çıxdı. Sizlər adını ”Prezident tapşırıb, biz nə edə bilərik” deməklə, bu xalqa qarşı misli görünməmiş xəyanətlər etmisiniz. Məhz sənin kimi və əsasən də Ramil Usubov kimi quldurların ucbatından, Azərbaycan dövlətçiliyi və onun əsas sütunları olan hüquq- mühafizə və məhkəmə sistemi iflic vəziyyətə düşdü. Mənim işimlə bağlı bütün məhkəmə instansiyalarına müraciət olsa da, süfarişi yerinə yetirən hakimlər pozulmuş hüquqlarımı bərpa etmədilər. Nəticədə həmin cinayət işi bu gün də açıq qalıb və mən bu səbəbdən öz doğma Vətənimə-Yurduma dönə bilmirəm.
Sevimli oxucularım!.. Sizi çox yormayım deyə, Fazil Məmmədova bir neçə sual verib, sözümü yekunlaşdırmaq istəyirəm. Eyy… Fazil Məmmədov. Sən hansı üznən və hansı dəlillərə istinadən məni və ailəmi vergidən qaçmaqda ittiham edirsən? Ə… sən bir vaxtlar mənim gədəm olmusan. Yaxşı, madam ki, sən dövlətin qanunlarına və ədalət prinsiplərinə məhəl qoymursan, onda eşit məni. Vergidən qaçanın da, yalan deyənin də, yeddidən yetmişinə…
Ə… mən Heydər Əliyevin ən ağır günündə ona arxa oldum ki, sənin kimi “darmoyedlər” (tüfeyli) gəlib mənə cinayətkar desin? Ə… mən pis niyyətli və kriminala meyilli bir insan olsaydım, o vaxtkı qüvvələrlə separat danışıqlara gedərdim və bu gün sizlərin izi-tozu belə olmazdı heç.