Dövlət təbiət düşmənlərini sərt şəkildə cəzalandırsa da bu, bəzilərinə dərs olmur

Korrupsiya.az bildirir ki, ekoloji mühitə daha bir ziyan vuranlar Nərimanov rayonu ərazisində peyda olublar.
Belə ki, Tofiq Bəhramov adına Respublika stadionunun arxasında yerləşən 1 hektar ərazidə ağaclar yandırılıb. Təbii ki, bu özbaşınalıq da hansısa məkrli siyasətin bir parçasıdır. Görünür, ağac qətliamına səbəb olanlar şəxsi mənfəətlərinə görə ekoloji mühitə ziyan vurmaqdan da çəkinməyiblər. Onların sadə vətəndaş olmadığı da bəlli məsələdir.

Ümummilli lider, Azərbaycanın mərhum prezidenti Heydər Əliyev bizlərə “Hərəyə bir ağac əkək”, “Bir ağacı kəsən sanki mənim bir qolumu kəsir” kəlamlarını miras qoysa da görünür, bəzi məmurlar bu haqda heç düşünmək belə istəmirlər.
Sözsüz ki, ağac qətliamından Nərimanov rayon rəhbərliyinin xəbərsiz olduğu inandırıcı deyil. Hər halda 1 hektar ərazidə ağaclar yandırılıbsa, deməli, burada bir əmma var.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev də bu məsələdə dəfələrlə məmurlara, biznesmenlərə xəbərdarlıq edib. Ölkə başçısı daima ekoloji vəziyyətlə bağlı məsələləri diqqət mərkəzində saxlayıb. O, dəfələrlə ağacların kəsilməsindən narahat olduğunu bildirərək, təbiət düşmənlərinin əməllərini biabırçılıq, vicdansızlıq adlandırıb.

OperativXeber.az bildirir ki, Realliq.info – nun apardığı araşdırmalar zamanı bəlli olub ki, həmin ərazidə ağacların məhv edilməsi tapşırığını həyata keçirən məmur Nərimanov rayon icra başçısının birinci müavini Şahmar İbadovdur.
Ş. İbadovun ağacları məhv edərək ərazini satışa çıxardığını bildirən mənbə qeyd edir ki, icra başçısı iş başında olmadığından prosesə birinci müavin nəzarət edir.

Ekologiya və Təbii Sərvələr nazirliyindən bildirdilər ki, məsələ araşdırılacaq və qanuni tədbirlər görüləcək.

 

Paylaş