Son zamanlar ölkəmizdə baş verən iqtisadi əyintilər daha da dərinləşib. Cəmiyyətdə qanunlarımızın aliliyi təmin olunmadığından yalan və kələkdən istifadə edən dələduzların da sayı çoxalıb.

Yalan obyektiv realığın əsas səbəbinin gizlədilməsi, real secimlərdə qeyri-müəyyənlik yaratmaq, şübhəli işi etibarlı iş kimi qələmə vermək və satmaq, vergilərdən yayınmaq üçün gəlirlərin həcmini süni surətdə azaltmaq və s.kimi coxlu hallarla reallaşa bilər.

OperativXeber.az bildirir ki, son zamanlar bu anormallıq cəmiyyətdə adi hala çevrilib. Nəticədə, cəzasızlıq mühitinin yaranması səbəbindən, mənəviyyatsızlıq mühitinin formalaşması prosesi baş verib. Tarixin istənilən mərhələsində, istənilən yalançı qərar, qanlı idarəetmə metodu, amansız mütləqiyyət, avtoritar hakimiyyət və irticaçı rejim qarşısında sərgilənən cəsarətin ictimaiyyət tərəfindən dərin rəğbət və minnətdarlıqla qarşılandiğı, bu cəsarətin daxilən, lal bir sükutla da olsa təqdir etdiyi inikaredilməzdir.
Hər kəsin qorxduğu, cox az adamın özünün və yaxınlarının həyati ilə risk etdiyi bir məqamda sərgilənən cəsarət daim öz əzəməti, gözlənilməzliyi və təkrarolmazlığı ilə diqqət cəkib, bəzən nəyin ki, onlarla, yüzlərlə şəxsi insan dənizi belə bir anın içində vəcdə gətirib. Azərbaycan reallığında fırıldaq və dələduzluqla bağlı çoxlu misallar saymaq olar.Bu fırildaqdan bir necəsi haqqında danışmaq yerinə düşər.

Bir necə il bundan əvvəl Biləsuvar rayonunda “Azərsu” Acıq Səhmdar Cəmiyyətinin başbilənləri kanalizasiya xətlərinin inşasına başladılar. Rayonun küçələrində dərin cəngərlər qazıldı, borular basdırıldı.

İş sona catanda məlum oldu ki, quraşdırılma işləri düzgün aparılmayıb və beləcə , kanalizasiya işləri yarımcılıq qaldı.
Artıq beş ildəndə də cox vaxt kecsədə bu məsələ hec kimin yadına düşmür. Görünür, dövlətin Biləsuvar rayonuna kanalizasiya xəttinin cəklişi ücün ayırdığı milyonlarla vəsait beləcə həzm olundu.

Əhalinin içməli su ilə təminatının yaxşılaşdılılmasına dair əlavə tədbirlər haqqında prezidentin 17 mart 2017-ci il sərəncamı ilə 22 raronun bəzi kənd qəsəbələrinə icməli su təminatının yaxşılaşdırılması ücün 14(on dörd)milyon maanat “Azərsu”Acıq Səhmdar Cəmiyyətinə vəsait ayırıb.

Sərəncamda Biləsuvar rayonun Xırmandalı kəndinin adı var. Rayonun ən böyük kəndlərdən biri olan Xırmandalı kəndinin on mindən cox əhalisi, 7500 nəfərdən cox seçisi olmasına baxmayaraq, sovet dönəmindən sonra atılmış, baxımsız bir kəndə cevrilib.

Kəndin kücələri yayda toz-torpaq ,qışda balotadan hərəkət etmək olmur.Sovet dönəmində olan tikintilər, yay mədəniyyət evi, örüş yerləri, qanunsuz yollarla balıqcılıq göllərinə cevrilib. Dərəbəylik o həddə catıb ki, kəndin kücələrində basdırlmış borular cıxarılıb, möhtəkirlərin al-ver predmətinə cevrilib. Bu konteksdə Xırmandalı kəndınə iki dəfə icməli su xətti cəkilib, borular basdırılıb, lakin borulardan su gəlməyib?!

Xırmandalılar icməli su kəmərinin çəklişini eşidəndə cox sevindilər.
Amma, amması ondadır ki, mütəxəsislərin dediyinə görə nəzərdə tutulan polietilen boruların kənddə cəkilən ana xəttinin diyametri 60-70 mm, kücələrə ayrılan boru xətləri isə 25-30mm-dir ki, bu da təminatı ödəyə bilməz.
Eləcədə kənd kücələri 1000 (min)metirdən də uzaq məsafədə olduğu halda kücənin yarsından da az məsafəyə boru xətti cəkilir. Xətt boyu 150-200 metrdən bir su kranları qoyulur, onlar da kücələrdə ümumi istifadə üçün nəzərdə tutulub.

Kəndin mərkəzi kücələrinin əsas hissəsinə icməli su xətti hec cəkilməyib.
Kəndin xəstəxanası,uşaq bağcası, iki orta məktəbi, mədəniyyət evi və digər mədəni-məişət obyektlərinə icməli su xəttinin cəkilməsi isə ümumiyyətlə nəzərdə tutulmayıb.
Deməli, Xırmandalı kəndinin icməli su təminatı ,indiki vəzyiyyətdə qalsa, kənd sakinlərinin ancaq 25-30 faizi icməli sudan istifadə imkanına sahib ola bilır !

Bu boru kəmərinin işləyib-işləməyəcəyi də sual doğurur.
Ümumi istifadə üçün kücədə qoyulan su kranlarından istifadə edən vətəndaşlar arasında da, mənzilin məsafəsi nəzərə almaqla, su pulunun ödənişi ilə bağlı ciddi problemlər yaranacaq.
Görünür, ” Azərsu” Açıq Səhmdar Cəmiyyatı, podratcı “Arko”şirkəti ilə baş-başa verərək xoş məqsədlər üçün ayrılan dövlət vəsaitini, həmişə olduğu kimi mənimsəmək yolunu tutublar.
Bu günlər Xırmandalı kənd sakinlərindən bir qrupu, adı cəkilən təşklatlarin aşağı ranqlı mütəxəsislərinə ciddi irad tutsalarda “bizə belə tapşırıq veriblər” deyib, əllərini yellədilər.
Ona gorə də sadaladığım bu ciddi noqsanların həlli üçün aidiyyatı qurumlar əməli işlər görməli, ciddi tədbirlər həyata kecirməli, iqtisadi əxlaq səviyyəsinin yüksəldilməsi üçün təsirli tədbirlər görməlidir.
Bu da , heç şübhəsiz ki, Ali dövlət orqanlarının bilavasitə borcudur.

Biz də bir vətəndaş olaraq öz borcumuzu yerinə yetirdik və bu noqsanları diqqətinizə çatdırdıq.

Son söz sizindir cənablar! Əks təqdirdə iqtisadi əxlaq problemlərinin daha ağır fəsadları ilə üz-üzə qalacağımızı istisna etmirik.

Əlizadə Nəhmədağaoğlu (Məmiyev)

Biləsuvar rayon

Xirmandali kənd sakini.(milletinsesi)

Paylaş