Qaradağda sahibkarlıq subyektlərinə azadlıq lazımdır. Bütün sahibkarlar iş görmək istədikdə qarşılarına yalnız bir maneə çıxır – Mikayılovun adamları….

KORRUPSIYA.az gundeminfo.az-a istinadən bildirir ki, sahibkarlarla bağlı olaraq ən ciddi problem icra başçısı ilə bağlıdır. Burada fəaliyyət göstərən tikinti şirkətləri də narazıdır, ən kiçik torpaq sahəsində hər hansıə bir sahibkarlıq subyekti yaratmaq istəyən xırda sahibkarlar da. Qaradağ rayonundan daxil olan şikayətlər əsasən sahibkarlıqla bağlıdır. Son günlərdə isə Dövlət Başçısının aqrar sektora xüsusi diqqət və qayğısı Qaradağ rayonunda deyəsən keçərli deyil.

Çünki icra başçısının adamlarına məxsus olduğu iddia edilən otlaq sahələrində guya hansısa yüksək çinli bir məmurun mal-qarası otlayır. Həta Abşeron Rayon İcra Hakimiyyəti ilə otlaq sahələrinin təsbit edilməsi məsələsi də az qala məhkəməlik bit ptoblemə çevrilib.

Daxil olan məlumata əsasən Qaradağın icra başçısı Süleyman Mikayılov son zamanlar mütəmadi istifadə etdiyi nazir çətirindən də məhrum olub. Uzun illər idmana qayğı adı altında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun “adamı” çətirindən istifadə edən Mikayılov artıq ətalət vəziyyətində olduğundan bundan da məhrum olub.

Yeni dərs ilin başlanmasına baxmayaraq Qaradağ rayonundakı onlarla orta təhsil müəssisənin demək olar ki, heç birində əsaslı təmir və bərpa işləri həyata keçirilməyib.

Qaradağda yerləşən daş karxanalarında bilərəkdən yaradılan infrastruktur problemləri – sahibklarları çətin duruma düşürüb. Gundeminfo.az-a bilgi verən mənbə iddia edir ki, Hesablama Palatası bir neçə dəfə vaxt və tövsiyyə xarakterli rəy verməsinə baxmayaraq Qaradağda büdcə vəsitlərinin idarəedilməsi ilə bağlı olaraq problemləri aradan qaldıra bilməyib.

KORRUPSIYA.az

Paylaş