Rövnəq Abdullayevin növbəti qanunsuz əməli ifşa olundu

OperativXeber.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər nazirliyindən Realliq.info – ya bildiriblər ki, bir neçə gün öncə saytda dərc olunan məqalədə qeyd olunan faktlar araşdırılıb və qanuni tədbirlər görülməkdədir. İlkin olaraq yaşıllığı məhv edən SOCAR-ın tabeçiliyində olan NQÇİ – nin rəhbərliyi 4000 min manat cərimə olunub. Nazirlik realliq.info – nun qeyd etdiyi faktları araşdırarkən yazıda yazılanların doğru olduğunu təsdiq edib və sayta təşəkkür edib.

Cərimə ilə yanaşı SOCAR tərəfindən aparılan qanunsuz işlərin dayandırılması üçün aidiyyatı üzrə polis orqanına və digər qurumlara rəsmi müraciət olunub. SOCAR- ın qanunsuz əməlləri ilə bağlı qanuna müvafiq tədbirlər və cəzaların davam edəcəyini bildirən Ekologiya və Təbii Sərvətlər nazirliyi bir daha bəyan edib ki, hər hansı bir qanunsuzluğun qarşısı sərt şəkildə alınacaq və qanuni tədbirlər görüləcək.

Xatırladaq ki, bir neçə gün öncə Abşeron rayonu, Mehdiabad qəsəbəsinin sakinləri Realliq.info –ya müraciət edərək yaşadıqları ərazidə yaşıllıqların məhv edildiyini qeyd ediblər.

Müraciətdən sonra ərazidə olan saytın əməkdaşının apardığı müşahidələr və araşdırmalardan aydın olub ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeçiliyində olan idarənin qanunsuz qərarı ilə Mehdiabad “Gənclər şəhərciyi”nin ərazisində olan yaşıllıq məhv edilməkdədir.

Bina sakinlərinin istirahət yeri sayılan həmin ərazidə yaşıllıq salınmışdı və yeni parkın yaradılmasına başlanılmışdı. Lakin, SOCAR rəhbərliyinin qərarı salınan yaşıllığın məhv edilməsinə və insanların etirazına səbəb olub.
Rövnəq Abdullayevin qərarı ilə parkın ərazisi zəbt olunmaqda idi.
Realliq.info yazdı, SOCAR cərimələndi

Ərazidə çəkiləni şəkillərdən aydın olur ki, binaların 10 metrliyində hasar çəkdirən SOCAR rəsmiləri əhali tərəfindən əkilən ağacları da məhv etməkdədirlər. Maraqlı fakt odur ki, yaşıllıq salınan ərazidə ağacların kəsilməsi prosesi gecələr aparılır. Cənab Prezidentin tapşırıqlarına məhəl qoymayan SOCAR rəhbərliyi yeni salınan şəhərciyi blokadaya almaqdadır.

Məsələ ilə bağlı Abşeron icra hakimiyyətindən bildirdilər ki, indi SOCAR tərəfindən hasarlanan ərazi Mehdiabad şəhərciyində yaşayan insanların istirahəti üçün nəzərdə tutulub. Həmin ərazidə park salınmalı idi.
Ekologiya və Təbii Sərvətlər nazirliyindən Realliq.info –ya bildiriblər ki, yaşıllığın məhv edilməsi faktları var və araşdırılır. İnsanların etirazına səbəb olan faktlar nazirliyə təqdim olunacaq.

İnsanların etirazından sonra SOCAR rəsmilərinin qərarı ilə hasarın uzadılması prosesi başlamışdı.

Məsələ ilə bağlı Dövlət Neft Şirkəti açıqlama verməyib və sorğularımızı cavabsız qoyub.
Ekologiya və Təbii Sərvətlər nazirliyi baş verən qanunsuzluğa biganə qalmayacağını və qanuni tədbirlər görəcəyini qeyd etmişdi.
KORRUPSİYA.AZ

 
Sayt "info" yazdı, SOCAR cərimələndi-FAKT
Sayt "info" yazdı, SOCAR cərimələndi-FAKT
Sayt "info" yazdı, SOCAR cərimələndi-FAKT
Sayt "info" yazdı, SOCAR cərimələndi-FAKT
Paylaş