Bu günlərdə şadlıq evlərinin birində dava olub.
Bu barədə QAFQAZXEBER.AZ-a daxil olan məlumatda bildirilir ki, 27 avqustda Prezident qvardiyasının əməkdaşı Toğrul Hüseynovun Xan Sarayında toy məclisi olub və əlbəttə ki, toy məclisinə onun iş yoldaşları da dəvətli olublar. Ancaq toyda qanıqaraçılıq baş verib.
Belə ki,bəyin iş yoldaşları olan polkovnik-leytenat Rəşad və özünü komandir kimi təqdim edən Kamran adlı qonaq gəlinin iş yoldaşları Ağa, Elvin və Turqut adlı şəxsləri döyüblər.
Toy məclisində Rəşad deyib ki, mən polkovnik-leytenantam, Kamran isə deyib ki, mən komandirəm və gəlinin iş yoldaşlarına 5 dəqiqə vaxt veriblər ki, toy məclisini tərk etsinlər. Tərk etməsələr, hətta onları “içəri” atdırmaqla hədələyiblər.
Gəlinin iş yoldaşları bəyin iş yoldaşlarına, onların təhdidlərindən qorxmadıqlarını bildiriblər və bu sözdən sonra aralarındakı dava qızışıb. Sonda gəlinin iş yoldaşları toy məclisində döyülərək toyu tərk etməyə məcbur olublar.
Məlumatı dəqiqləşdirmək üçün Xan Sarayı ilə əlaqə saxladıq, telefona cavab verən şəxs sualımızı eşidən kimi dəstəyi asdı.
Araşdırmamız davam edir .
Tamerlan Zeynallı
KORRUPSİYA.AZ