Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş “26 Bakı Komissarı” bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən kafenin bağlanması üçün əraziyə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov da gəlmişdi. Ölkə gündəmini zəbt edən hadisədən sonra kafenin kimə məxsus olmağı müzakirələrə səbəb olmuşdu.
Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında klubu əxlaqsızlıq yuvası adlandırmışdı.
Qeyd edək ki, kafeni işlədən professor Ərəstun Qasımovun oğlu Əliyar Qasımovla şəriki Həmid adlı oğlandır.
“Ölkə.Az” klubda erotik şou vaxtı çəkilmiş video əldə edib.
Dünən necə oldusa sirli əllər Həmidin adının mətbuatda yayılmasının qarşısını aldı. Aşağıdakı fotoda görünən özəl olaraq hazırlanmış “Mercedes Galendewagen” avtomobillərindən “10-GC-111″ dövlət qeydiyyat nişanlı bu bahalı avtomobil də Həmidindir. Digər “90-KK-222″ dövlət qeydiyyat nişanlı avtomobilə söykənən şəxs Əliyardır. Həmin avtomobil də özünə məxsusdur.