“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin nəzarəti altında reallaşan Gəncə-Bəhrəmtəpə yolunun tikintisi layihəsini həyata keçirən türk şirkəti “Polat Yol Yapı” şirkəti Qarqar çayının yatağındakı çınqıl və qum yataqlarını qanunsuz olaraq istismar edir.

Bu barədə mediada Ağcabədi rayon sakinlərinə istinadən yayılan şikayət məktubunda iddia olunur ki, şirkət heç bir müqaviləsi olmadan və ödəniş etmədən, sadəcə Ağcabədi İcra Hakimiyyətinə rüşvət verməklə Qarqar çayının yatağındakı çınqıl və qum yataqlarını istismar edir.

Hazırda Mingəçevir -Bəhrəmtəpə yolunun tikintisi türk şirkəti olan “Polat Yol Yapı” şirkəti tərərfindən həyata keçirilir. Ağcabədi rayon sakinləri bildirir ki, “Polat Yol Yapı” şirkəti Qarqar çayının ətrafında bir neçə hektar karyer sahəsini heç bir rəsmi sənəd olmadan istimar edir və şirkətə məxsus olan ağır tonnajlı maşınlar buradan Beyləqana çınqıl və qum daşımaqdadır.

Qeyd olunur ki, “Polat Yol Yapı” şirkəti dövlətin əlaqədar qurumları ilə müqavilə bağlamaq əvəzinə, yerli icra hakimiyyətinə rüşvət verməklə işini həll edib və hazırda qeyri-qanuni olaraq Ağcabədidə Azərbaycan xalqının mili sərvətini talan etməkdədir.

Ehtimal olunur ki, “Polat Yol Yapı” şirkəti bu yolla, yəni icra hakimiyyətinə iddia olunan rüşvəti verməklə, yol çəkilməsi üçün nəzərdə tutulan çınqıl və quma ayrılan vəsaitləri mənimsəyir.

Qeyd edək ki, Mingəçevir -Bəhrəmtəpə yolu “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin nəzarəti altında Dünya İnkşaf Bankı və Asiya İnkşaf Bankının maliyyə dəstəyi ilə inşa olunur yolların yenidən tikilərək istifadəyə verilməsi sürətlə davam edir.

Məlumatda vurğulanır ki, “Polat Yol Yapı” şirkəti bir müddət əvvəl Beyləqan rayonu ərazisində icarəyə torpaq sahəsi götürüb. Lakin hansısa bilinməyən səbəblərdən şirkət Beyləqandan Ağcabədiyə köçüb və buradan qum, çınqıl daşımağa başlayıb. Şirkətin dayanmadan taladığı yeraltı sərvətimiz üçün isə Ağcabədi Rayon İcra Hakimiyyətinə külli miqdarda rüşvət verdiyi iddia olunur.

Məlumatlarda iddia edilir ki, türk şirkəti Azərbaycanda yerli “qaydalar”la işləməyə üstünlük verib. Belə ki, şirkətin bütün yuxarıda qeyd edilən fəaliyyətləri müvafiq qurumlarla rəsmi sənədləşmə olmadan həyata keçirdiyi bildirilir./afn

Paylaş