2017-ci ilin əvvəlində Beyləqan Rayon Mərkəzi Xəstəxanasında aparılam maliyyə yoxlamaları zamanı ciddi korrupsiya hüququpozmaları aşkarlandı. Beyləqan rayon xəstəxanası bir aydan çox təftiş olundu.

Qeyd olunur ki, Maliyyə Nazirlyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyi tərəfindən Beyləqan rayon Mərkəzi xəstəxanasında aparılan yoxlamalarda baş həkim Əli Məmmədovun ciddi maliyyə pozuntularına yol verdiyi aşkarladılar. Xəstəxanadan adının çəkilməsini istəməyən şəxsin verdiyi məlumata görə, ortaya çıxan maliyyə pozuntuları o qədər böyük olub ki, baş həkim şöbə müdirlərindən və tibb personalından “hərəkətə” gəlməyi tələb edib.

Düzdür, dövlətə dəyən maddi ziyan Əli həkim tərəfindən ödənilib. Ancaq böyük yeyinti faktlarını dəymiş maddi ziyanı ödətməklə bağlamaq olmazdı. İş mütləq Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilməli idi.Əgər bu baş versəydi Əli Məmmədov baradə cinayət işi başlanmalı idi.

Görünür Maliyyə Nazirliyinin işçiləri yekun nəticəni Baş Prokurorluğöa göndərməkdə maraqlı olmayıb.

Reportyor.tv-yə rayondan verilən məlimata görə Beyləqan icra başçısının məsələyə müdaxiləsindən sonra maliyyə təftişi haqda məlumatlar Baş Prokurorluğa göndərilməyib.

Məsələ ondadır ki, Əli Məmmədov Vaqif Abdullayevə hər ay 10 manat ötürür.

Bunun qarşılığında kreslosunda qala bilir.

İndi gələk Beyləqan səhiyyəsində maxinasiyalara.

Beyləqan Rayon Mərkəzi Xəstəxanası müvafiq sənədlərdə dövlət tibb müəssisəsi kimi göstərilsə də, əslində burda pulsuz xidmət almaq qeyri-mümkündür. İstənilən şöbəyə müraciət edən xəstə mütləq əlini cibinə salmalıdır. Burada müayinələrin konkret qiymətləri var. Məsələn, rentgen 20 manat, qan analizi 10 manat, digər analizlər 15 manat, ürək-damar sisteminin yoxlanılması 20 manat, USM 20 manat və s. Cərrahi əməliyyatlar isə 400-1000 manat civarında dəyişir.

Əli Məmmədovun rəhbər kimi də səriştəsi yoxdur. Xəstəxanaya rəhbərlik etmək əvəzinə otağında xəstə qəbul etməklə məşğuldur.

Hərçənd, mərkəzi xəstəxananın baş həkimi Əli Məmmədov çox enerjili adamdır və hər “işıq gələn” yerdən pul qazanmağı bacarır. Aydın məsələdir ki, həkim məvacibi ilə dolanışığı təmin etmək çətindir. Odur ki, Əli həkim zəhmətə toplaşıb əlinə ülgüc alıb sünnət dəlləyliyi ilə məşğuldur. Bu fəaliyyət növü onda yaxından təmasa meyli artırdığından, xəstəxananın hansı şöbəsinə olurn-olsun, müraciət edən xəstələri özü şəxsən qəbul edir, onları müayinə edir, qiymət kəsmək məsələsində də şöbə müdirlərinə etibar etmir. İnventar və avadaqlıqların satın alınmasında, iş və xidmətlərin görülməsi üzrə tenderlərdə qanunsuzluqlara rəvac verən baş həkim özünə yaxnı şirkətlərin rəhbərləri ilə korruptiv sövdələşmələrə gedərək, “Dövlət Satınalmaları haqqında” Qanunu pozur, tenderlərdə ədalət və şəffaflıq prinsiplərini ayaqlayır. KİV-də bu növ cinayət nəticəsində Əli Məmmədovun mənimsədiyi vəsaitin kəmiyyəti açıqlanır. Amma biz dəqiq rəqəmlər göstərməkdən çəkinirik. Çünki Əli həkimin tamahı hüdudsuz olduğundan, səhv etmək ehtimalımızın çoxluğunu yaxşı bilirik.

Bütün bunlar azmış kimi, xəstəxanada əhəmiyyətli, strateji vəzifələrə öz qohum-əqrəbasını yerləşdirən Əli Məmmədov dövlət müəssisəsini sanki özəl biznes subyektinə çevirib. Nəinki tibbi xidmətdən istifadə edən adi vətəndaşlara, hətta imtiyazlı qrupdan olan xəstələrə (şəkərli, talassemiyalı və s.) belə dərmanları pulsuz vermək istəməyən baş həkim resept yazıb onları əlaqə qurduğu özünə simsar aptekçilərin üstünə göndərir.
Etibarlı mənbələrdən aldığımız məlumata görə, bu yay Maliyyə Nazirliyinin təftiş qruppu Beyləqan RMX-da yoxlama apararaq, külli miqdarda korrupsiya hüquqpozmalarının və maliyyə pozuntusunun üstünə açıblar. Baş həkim həm çatışmayan vəsaitin yerini doldurrmaq, həm də müfətişlərə “hörmət” eləmək adı ilə işçilərdən böyük kəmiyyətdə pul toplayıb. Bunun səbəbini köhnə baş həkimdən miras qalan problemlərlə əlaqələndirən Ə.Məmmədov məlumata görə, işi həmin kəmiyyətin yarısı ilə “yola verib”, qalan yarısını da özü “həzm rabe”-dən keçirib.

Xəstəxanada göstərilən bütün növ tibbi xidmətlərə – cərrahi əməliyyatlara, doğuşa, rentgen, qan analizi, ultrasəs müayinəsinə və s. özünün rüşvət tarifini təyin edən Əli Məmmədovun yarıtmaz idarəçilik siyasətinin acı nəticəsidir ki, bu gün Beyləqan sakinləri tibbi xidmət üçün paytaxt Bakıya və ya İrana üz tuturlar. Öz korruptiv əməllərinə Əli Məmmədov “bəraət” qazandırmaq üçün günahı Rayon İcra Hakimiyyəti Başçısının üstünə yıxmağa çalışır. Məhrəm məclislərdə söhbətində vurğulayır ki, rayon rəhbərliyi Beyləqana gələn qonaq-qaranı qarşılamaq xərcinin hesabını məhz onun üstünə göndərir.
Əlbəttə ki, biz inanırıq ki, Beyləqan rayon rəhbərliyi, rayon prokurorluğu bütün bu məsələləri araşdırmağın zəruriliyinin fərqindədirlər.

Mövzu davam edəcək və növbəti günlərdə Əli Məmmədovun günü gündən artan qanunsuzluğlarını və rəvac verdiyi korrupsiyasından, qohumbazlıq siyasətindən söz açacağıq.  /Nia.az/

Beyləqan xəstəxanasının baş həkimi həbsdən necə qurtuldu- başçıya hər ay 10 min manat

Paylaş