Dövlət bayrağı,himn,gerb və digər dövlət rəmzləri dövlətin hər bir vətəndaşının qürur mənbəyidir.

Himnin səsləndirilməsi zamanı insanın gözündən yaş axır… Bayrağı görən zaman əsl vətənpərvər adamın qəlbi fəxrlə dolur… Xüsusilə də insan yad ölkədə olanda…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər il 9 noyabrda Dövlət Bayrağı Günü qeyd olunur. Bayraq,Azərbaycan Respublikasının rəsmi simvollarından biridir. Amma bayraq hər insanda eyni emosiya doğurmur…
Baş direktoru, Müşahidə Şurasının üzvləri və gəlirin 100% -inin sahibi Azərbaycan vətəndaşları olan Standard Insurance Georgia kompaniyası son zamanlar yolverilməz addımlar atır.
“QAFQAZ XƏBƏR” olaraq xatırladaq ki,bu kompaniya öz ştatlarını erməni millətindən olan adamlarla komplektləşdiriblər,həm də onların müştərilərinin sırasında SOCAR kimi iri kompaniyalarla yanaşı erməni şirkətləri də var…

Ancaq onlar bununla kifayətlənməyiblər…

Müşahidə Şurasının sədri Kamran Bağırov və kompaniyanın baş direktoru Nicat Hüseynov zərrə qədər də heyfslənmədən kompaniyanın ofisindən xalqımızın qürur mənbəyi olan, xaricdə də olanda insana öz vətənini xatırlatmalı olan Azərbaycan bayrağını dərhal götürməyi qərara alıblar…
Görünür bu adamlar öz maddi maraqları naminə Azərbaycana aid nə varsa ondan imtina etmək qərarına gəliblər.

Sual yaranır ki,nə üçün?
Onlar azərbaycanlı olmalarına görə utanırlar və ya kompaniyanın erməni millətindən olan əməkdaşlarına bizim bayraq mane olub? Və yaxud onların ofisinə erməni kompaniyasından müştəri gələndə bəlkə onların Azərbaycan bayrağından xoşları gəlmirdi?
Əvvəl onlar kompaniyanın guya avropalılara satmaqlarını deməklə hamını aldadırdılar və bu səbəbdən “Sağ ol Azərbaycan,”Salam Avropa” deyirdilər.
Ancaq onların yalanı ifşa olundu və ictimaiyyət bildi ki,Heydər Babayev öz kompaniyasını elə öz həyat yoldaşına –Azərbaycan vətəndaşı olan Aliyə Babayevaya satıb…
Demək buna görə öz ölkələri onlarda ikrah doğurur?
Nəyə görə onlar Azərbaycan bayrağını götürüb onu Avropa İttifaqının bayrağı ilə əvəzləyiblər?

Bəli-bəli dəyişiblər….

Amma Azərbaycan bayrağını heç götürməmək də mümkün idi,sadəcə Avropa İttifaqının bayrağını əlavə etmək olardı…( foto məqaləyə əlavə olunub)
 
 Amma yox…
 Ermənilər işləyən və ermənilərin sığortalandığı kompaniyada Azərbaycan bayrağına yer təbii ki,olmaz… Bundan onlar haqlı çıxdılar…
Kamran Bağırov və Nicat Hüseynov öz seçimlərini etdilər…
Maraqlıdır ,onlar öz müştərilərinin arasında SOCAR kimi kompaniyanı saxlamağa necə nail olurlar?
 Ola bilsin SOCAR bu şirkəti ona görə seçib ki,o sığorta şirkəti Azərbaycan şirkətidir?

Bu nəticəyə gəlmək məntiqli deyilmi?

Maraqlıdır ki,görəsən SOCAR şirkəti Standard Insurance Georgia şirkətinin ofisindən Azərbaycan bayrağını yığışdırmasına necə münasibət bəsləyir?
Gördüyünüz kimi Azərbaycan bayrağı SOCAR-ın ofisində ən görünən yerdə qoyulub.
Standard Insurance Georgia kompaniyası nəsli-nəcabəti olmayan komapaniyadır… Bu kompaniya öz soyuna, kökünə hörmət etmir…
Bəs onda Kamran Bağırov və Nicat Hüseynov kompaniyanı əsl satqın kimi idarə edirlər?
Kamran Bağırovun mənfəətpərəstliyi (merkantilliyi) hər şeydə bilinir!
Bu yaxınlarda onun fırıldaqlarından biri üzə çıxdı. Belə ki, o hüquq mühafizə orqanları tərəfindən Olimpiya çempionu Cunayevə məxsus olan böyük miqdarda pulu mənimsədiyinə görə bir neçə sutkalığa saxlanılmışdır. Yalnız həmin pulu ödədikdən sonra Kamran Bağırov azadlığa buraxılmışdır!
Standard Insurance Georgia kompaniyasının dəyərindən ucuz satılması ilə bağlı və kapitalın çıxarılması məsələsində də Kamran Bağırov heç də axırıncı rol oynamayıb. O bütün addımları ilə Standard Insurance kompaniyasının maliyyə göstəricilərini aşağı salıb!
Deməmişkən bu yaxınlarda kompaniyada Bağırov hökmranlığının növbəti dalğası baş verib .
“AB Standard” holdinqinin rəhbərinin həbs olunması məlum olandan sonra Kamran Bağırov elan etdi ki,indi rəsmən rəhbər o olur və onun qarşısında heç bir maneə qalmayıb. Onun əsas məqsədi ,tez və çox pul qazanmaq ,ölkəni tərk etməkdir.Və o artıq finiş xəttindədir! Hətta nəticələrini düşünmədən,antireklamaya,məhkəmə iddialarının mümkünlüynə rəğmən öz əməkdaşlarını kütləvi ixtisar etmək,böyük həcmlər üçün qanunazidd olaraq endirimlər etmək, şikayətlərdən qorxmayaraq sığorta ödənişləri etməməyin hesabına xərcləri azaltmaq cəhdləri, kontraktlara görə öz partnyorları qarşısında öhdəlikləri yerinə yetirməmək ! Bir sözlə Kamran Bağırov adəti üzrə hərəkət edir və, öz ampulasındadır!
Bu səbəbdən gürcü kompaniyasında Azərbaycanla bağlı nə varsa onları yox etmək,həmçinin qazanc naminə hətta Azəbaycan xalqının düşmənləri və qəsbkarla əməkdaşlıq etmək onun üslubundadır! Həm də onun bəxti çox gətirib ki,Standard Insurance Georgia-nın baş direktoru onunla eyni fikirdədir və onlar bir yerdə eyni komanda olaraq kompaniyada Azərbaycan izlərini silirlər…
 Tamerlan Zeynallı
QAFQAZXEBER.AZ
Paylaş