Məlum olduğu kimi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadənin oğlu Toğrul Mehdizadə idarə etdiyi 90 SD 908 idarə etdiyi “Lexus” markalı dövlət nömrə nişanlı avtomobili yolu keçmək istəyən 30 yaşlı kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə  ölüb.Baş verənlərdən sonra Toğrul Mehdizadə  polis tərəfindən saxlanılıb. Oğlu adam öldürən Baş Həkimin açıqlaması daha maraqlı olub.”Övladım işıqfordan tərpənib sola dönəndə, piyada yolun qanunla nəzərdə tutulmayan hissəsində qaçarkən hadisə baş verib. Hadisə piyadanın günahı səbəbindən baş verib. Belə çıxır ki ölən vətəndaş ”əhd edib” ki, onu  məmur övladı vurub öldürsün.Lap adamın gülməyi gəlir. Məsələnin mahiyyəti isə  başqadır və söhbət qudurğan məmur balalarının yüz minlərlə dollarlıq maşınlarda heç bir qaydalara məhəl qoymadan şütüyərək sözün əsl mənasında etdiyi terror əsdirməsindən gedir.Qudurğan məmur balaları təkcə yüksək sürətlə şütüyüb qarşısına keçənləri tapdalamır, onlar elə-belə, kefləri yaxşı olanda qarşılarına keçənləri gülləyə də tuta bilərlər.Ən dəhşətlisi odur ki, bəzi məmurlar övladlarını ərköyün böyüdür utanmaz halda öz övladlarına haqq qazadırır.Bu gün baş verənlərin hamısı əvvəldən qoyulan yanlış tərbiyənin nəticəsidir.

Bu tipli xəbərlər, xəbər başlıqları artıq adiləşmək üzrədir. Tez-tez gündəmdə eyni mənzərə yaranır, havalı məmur oğlu, bahalı maşın markası və hanısa günahsız qurban..

Məmur övladlarının “şıltaqlıqları” haqda mətbuatda çox yazılıb və bununla bağlı çoxsaylı faktlar mövcuddur. Hətta iş o yerə gəlib çatdı ki, ölkə başçısı keçirdiyi müşavirədə bu məsələnin üzərində xüsusi dayandı və bu kibelə hallara yol verən məmurlara və onların övladlarına sərt xəbərdarlıq edib. Çox təəssüf ki, bəziləri gözü çıxan qardaşlarından, “podval”a düşənlərdən, vəzifədən qovulanlardan dərs götürmür”.

Reportyor.org  heç bir şərh vermədən ancaq bu ilin bu yayında baş vermiş anoloji halları xatırlatmaqla harınlamış məmur balası probleminin nə qədər aktual olduğunu bir daha xatırlatmaq istədik. Beləliklə…

Bu yay övladları ucbatından “təkərə düşən” məmurlar: YAXUD HARINLIQ HARAYA QƏDƏR...

Məlum olduğu kimi, Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadovun oğlu Elmir İbadov ağır yol qəzası törədib. Hadisə avqust ayının 22-də Bakı şəhərində baş verib. Belə ki, Elmir İbadov idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vuraraq, hadisə yerindən qaçıb. Hadisə nəticəsində qadın vəfat edib. 
Avqustun 27-də Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğlu ağır yol qəza hadisəsi törədib.
Hadisə gecə saat 2 radələrində baş verib.
Bu yay övladları ucbatından “təkərə düşən” məmurlar: YAXUD HARINLIQ HARAYA QƏDƏR...
Məmurun oğlu İlqar Həsənov 90 ZM 111 dövlət nömrə nişanlı “İnfiniti” markalı maşını yüksək sürətdə idarə edərkən qəza törədib. Maşın əvvəlcə mağazaya çırpılıb, daha sonra ışıq dirəyini yerindən qopararaq rayondakı 5 nömrəli məktəbin həyətinə girib.
Avqust ayının 3-də, saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi hələ unudulmayıb.
Bu yay övladları ucbatından “təkərə düşən” məmurlar: YAXUD HARINLIQ HARAYA QƏDƏR...
O da unudulmayıb ki sözügedən qəzanın “müəllif”i olan Nail Allahverdiyev Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Əhmədovun nəvəsidir. 
Həmin hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Estafeti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin keçmiş rəisi general Novruzəli Orucovun oğlu Rüstəm Orucov.
Bu yay övladları ucbatından “təkərə düşən” məmurlar: YAXUD HARINLIQ HARAYA QƏDƏR...
İdarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə sürücünü döyərək ona xəsarətlər yetirib.
Bu saydıqlarımız bu ilin yayında baş verən hadisələrdən bir neçəsidir. Təbii ki, geriyə getdikcə faktların sayının həndəsi silsilə ilə artması aydındı. Amma olan olub, olacaqların olmaması üçün nə etmək tələb olunur, məmurlar və onların “gülməşəkər balaları”keçmişdəki dərslərdən nəticə çxarılacaqmı, bizi, övladlarımzı, soydaşlarımızı daha nələr gözləyir, bu cür hadisələrdən sığortalanmaq mümkünmü və nəhayət, harınlıq haraya qədər?!
Reportyor.org
Ə.Arifə
Paylaş