Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının işçiləri məcburi pambıq yığımından gələrkən qəzaya uğrayıblar

Palitika.Az-ın verdiyi məlumata görə, bu xəbəri Feysbukda Cavid Məmmədzadə yayıb.

Onun məlumatını şərh bölümündə Feysbuk istifadəçiləri təsdiqləyiblər. Bildirilir ki, sentyabrın 19-da baş verən qəzada çoxlu yaralı var.

Məlumata görə, pambıq yığımına məcburi olaraq aparılıblar. Özü də təcili tibbi yardımın maşını ilə gediblər.

Məlumatı ictimaiyyətdən gizlətmək üçün hər cür yalan uydururlar. Baş həkim də yerində yoxdur. Çünkü oğlu Bakıda piyadanı öldürüb.

Belə ki, baş həkim Nizami Mehdizadənin oğlu Toğrul Mehdizadə idarə etdiyi 90 SD 908 idarə etdiyi “Lexus” markalı dövlət nömrə nişanlı avtomobili yolu keçmək istəyən 30 yaşlı kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Baş verənlərdən sonra Toğrul Mehdizadə polis tərəfindən saxlanılıb. Oğlu adam öldürən baş həkimin açıqlaması isə belə olub: 

“Övladım işıqfordan tərpənib sola dönəndə, piyada yolun qanunla nəzərdə tutulmayan hissəsində qaçarkən hadisə baş verib. Hadisə piyadanın günahı səbəbindən baş verib.

Belə çıxır ki, ölən vətəndaş onu məmur övladı vurub öldürməsi üçün əhd edibmiş. Lakin başı cəncəldə olan N.Mehdizadənin təcili tibbi yardımla pambıq yığmağa aparılmış işçilərinin qəzaya düşməsindən xəbəri belə yoxdur.

Baş həkim oğlunun cinayətini ört-basdır etmək, onu həbsdən qorumaq üçün dəridən-qabıqdan çıxmaqdadır. Eyni zamanda məsələni məbuatdan gizlədir ki, yuxarıların nəzərinə çatmasın.

Çünki məmur övladlarının qudurğan hərəkətlərinə görə sadə vətəndaşların həyatına son qoyulması xəbəri ölkə rəhbərliyinə çatanda həmin şəxs bağışlanmır. Bu faktlar yaxın keçmişdə bir nümunədir.

Palitika.Az-ın verdiyi xəbərə görə, N.Mehdizadə Biləsuvar səhiyyəsini qətlə yetirməklə məşğuldur. Rayonda tibbi sahə yox kimidir.

İnsanlar ya Lənkərana, ya Salyana gedirlər. Son ümid yeri isə Bakıdır. Amma Biləsuvar RMX-nın baş həkimi öz biznes kultunu çoxdan yaradıb. Ona görə də oğlu “Leksus” sürür və piyadanı tapdalayıb keçir.

Qudurğan məmur balaları təkcə yüksək sürətlə şütüyüb qarşısına keçənləri tapdalamır, onlar elə-belə, kefləri yaxşı olanda qarşılarına keçənləri gülləyə də tuta bilərlər.

Ən dəhşətlisi odur ki, bəzi məmurlar övladlarını ərköyün böyüdür, utanmaz halda öz övladlarına haqq qazadırır. Bu gün baş verənlərin hamısı əvvəldən qoyulan yanlış tərbiyənin nəticəsidir.

Məmur övladlarının “şıltaqlıqları” haqda mətbuatda çox yazılıb və bununla bağlı çoxsaylı faktlar mövcuddur.

Hətta iş o yerə gəlib çatdı ki, ölkə başçısı keçirdiyi müşavirədə bu məsələnin üzərində xüsusi dayanıb. Son olaraq Baş nazirin müavinin nəvəsi, generalın oğlu həbs edilib. Başqaları isə yaxasını qurtarmağa çalışır.

Xatırladaq ki, paytaxtın Teymur Əliyev küçəsində 10-SD-908 dövlət qeydiyyat nişanlı, “Lexus” markalı avtomobili idarə edən Mehdizadə Toğrul Nizami oğlu yolu keçən 1986-ci il təvəllüdlü Ağayev Ramin Ramiz oğlunu vurub.

Nəticədə piyada ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi başlanılıb və sürücü saxlanılıb.

Qeyd edək ki, hadisəni törədən T.Mehdizadə Biləsuvar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadənin oğludur. N.Mehdizadə baş həkim vəzifəsinə bu ilin iyun ayında təyin edilib.

Paylaş