Korrupsiya.az-Göyçay rayonundan bir ana oglunun vəziyyətinin pisləşməsi ilə əlaqədar şikayət məktubu ünvanlayıb.Həmin şikayəti nəzərinizə çatdırırıq:

Göyçay rayonu  106 Texniki Peşə məktəbinin yataqxanasında yaşayan Mayılova Aybəniz Sabir qızı tərəfindən

ŞİKAYƏT  MƏKTUBU

Övladım 1981-ci il tarixdə anadan olmuş Maqsudov Teymur Bəylər oğlu vərəm xəstəsi olsada Bakı şəhərində dövlət xəstəxanası pulumuz olmadığı üçün onu müalicə etməkdən imtina etdi. Oğlum 36 yaşlı Teymur ailəlidir himayəsində 6 azyaşlı uşağı var.Bir neçə ildir ki, vərəm xəstəliyinə yoluxub.Hər il müalicəsini dövlət xəstəxanasında etdirirdik.Bu il isə pulumuz olmadığı üçün Mərdəkanda yerləşən ağciyər xəstəxanası oğlum Teynuru müalicə etmədi.Bu səbəbdən oğlum Teymurun vəziyyəti ağırlaşdı.Tamamilə arıqlayıb bir dəri-bir sümük qalıb.Bu necə olur dövlət xəstəxanasında vətəndaşların müayinə və müalicəsi üçün büdcədən küllü miqdarda pul ayrılır ancaq baş həkimlər xəstəxanaları öz şəxsi bazarına döndəriblər. Mən bu barədə səhiyyə naziri Oktay Şirəliyevə ərizə ilə müraciət etsəmdə heç bir nəticəsi olmadı.Oğlum pulsuzluqdan gözümün qarşısında məhv olur.Mənim övladım xəstəlikdən ölsə bunun bir başa günahkarı səhiyyə naziri Oktay Şirəliyevin üzərinə düşəcək.Nazir özü xəstələnəndə gedib Avropa ölkələrində müalicə olunur ancaq Azərbaycan səhiyyəsini tamam iflic edib. Azərbaycan səhiyyəsi çox bərbad gündədir, savadsız həkim ordusu, korrupsiya, özbaşınalıq, hərc-mərclik, alver baş alıb gedir. İmkansız xəstələri qəsdən səhv müalicə edib öldürürlər. Göyçay xəstəxanasının həkimi deiki oğlunu ağciyər xəstəlikləri xəstəxanasında müalicə etsələr ölməz yaxşılaşar.Prezident İlham Əliyevdən, Mehriban xanım Əliyevadan xahiş edirəm mənim oğlum Teymurun dövlət xəstəxanasında müalicəsini təmin edəsiniz.Mən anayam dözə bilmirəm ki, 36 yaşlı oğlum imkansızlıqdan gözümün önündə məhv olsun.

Paylaş