Bir neçə gündür ki, Murad Mammadov adlı feysbuk istifadəçisi Qafqaz Xəbər Agentliyinin feysbuk səhifəsinə təhqir və şər-böhtan dolu şərhlər yazır.
Məlumat üçün bildirək ki, apardığımız araşdırmalar nəticəsində Murad Mammadov adlı feysbuk profilinin istifadəçisi bir həftə əvvəl “QAFQAZ XƏBƏR” qəzetinin redaksiyasına zəng edərək özünü “Qorqud Holding”in hüquqşünası kimi təqdim edərək “Atlas” klinikası ilə bağlı saytlarmızda gedən yazını dərhal silməyi tələb etmişdir.
Xatırladaq ki,həmin yazıda bildirilirdi ki,“Atlas” klinikasının 39 manatlıq “Check-Up” xidmətindən istifadə edən vətəndaş 250 manat xərcə düşüb:
Bu barədə AZXEBER.COM-a Həsənov Mübariz adlı vətəndaşın yaxını Günel xanım məlumat verib. Vətəndaşın sözlərinə görə, dayısı Həsənov Mübarizin mobil telefonuna klinikadakı “Check-Up” xidməti ilə bağlı məlumat gəlib. Məlumatda bütün “Check-Up”ın cəmisi 39 manata olduğu qeyd edilib.
Şikayətçinin sözlərinə görə, klinikaya müraciət edən vətəndaşın 39 manatlıq “Check-Up”ının sonda qiyməti 250 manata başa gəlib. Səbəb isə vətəndaşı bir-bir otaqlara göndərərək, “sizdə bu problem də var” deyərək aldatmalarıdır.
Nəticədə 39 manatlıq “Check-Up” üçün klinkaya gələn vətəndaş 250 manat verərək bir qara qəpiksiz geri qayıdıb:
“Check-Up” üçün xəstəxanaya pul ödəndikdən sonra həkimlərin otaqlarına yönləndirirlər. Klinikada xəstələri bu qiymətə inandırsalar da, 150-200 AZN arası xərcləri çıxır. Çünki xəstənin ödədiyi paketə daxil olmayan xidmətlər təklif olunur və müxtəlif həkimlərin yanına göndərilər. Belə olan halda xəstənin ödədiyi məbləğ 300-400 AZN-ə qədər gəlib çıxır”.
Mövzu ilə bağlı “Atlas” klinikasına müraciət etdik. Klinikanın rəhbərliyi ilə danışmaq mümkün olmasa da, özünü səlahiyyətli şəxs kimi tanıdan əməkdaşın sözlərinə görə, sözügedən şikayət araşdırılıb:
“Biz heç kimi məcbur analizlərə yönləndirmirik. Vətəndaşın səhhətində problem ortaya çıxırsa ona müayinə olunması üçün təklif veririk. Əgər o həkim qəbulunda olursa bu zaman ödəniş alınır. Burada vətəndaşa da məlumat verilib. O da özü həkim qəbullarında olub. Ona görə ödəniş siz dediyiniz qədərdir. Ancaq məsələni bu cür həll etmək olmaz. Biz şikayətçini klinikaya dəvət edirik. Buyurub gəlsinlər, məsələni araşdıraq”.kanal24.az”
Ancaq Murad Məmmədov izah ediləndə ki, həmin yazını biz başqa sayta istinadən vermişik, qanunda isə saytdan yazı silmək məsələsi yoxdur və biz sadəcə həmin klinikanın fikirini dərc edə bilərik ,o coşaraq “Atlas” klinikasından keçdi birbaşa Vidadi Əzizdən danışmağa. Guya Vidadi Əziz bizi məhkəməyə verərək məhkəməni udub və biz ondan üzr istəməliyik.
Qeyd edək ki, bir müddət əvvəl Qafqaz Xəbər Agentliyində bir neçə şikayətçinin müraciəti əsasında silsilə məqalələr dərc olunub. Həmin məqalələrdə onların Azərbaycan vətəndaşları Araz Hacıyev və Vidadi Əzizov tərəfindən aldadılmasından bəhs edilib və Vidadi Əziz buna görə Xətai Rayon Məhkəməsində Qafqaz Xəbər Agentliyinə qarşı iddia qaldırılıb.
Əlbəttə ki, Murad Məmmədov Vidadi Əzizlə bağlı dediyi sözlərdən sonra bizim əməkdaş tərəfindən özünə layiq cavabı aldı,ancaq Murad Məmmədov bununla bizə qarşı öz çirkin kompaniyasını dayandırmadı.
Üstündən bir neçə gün keçdikdən sonra o Qafqaz Xəbər Agentliyinin Facebook səhifəsinin inboksuna Vidadi Əzizin 21 sentyabrda keçirtdiyi mətbuat konfransında bizim agentliyin əməkdaşlarının da iştirak etməyə dəvət etdi. Ancaq bizdən cavab ala bilmədiyi üçün başladığı kompaniyanı davam etdi.
Vidadi Əzizin keçirtdiyi mətbuat konfransından meydan.tv-nin hazırladığı videomateriala baxanda gördük ki, onun keçirtdiyi mətbuat konfransında cəmi 5-6 nəfər iştirak edib. Murad Məmmədovun dəvəti ilə bizim əməkdaşlarımızın da həmin konfransda iştirak etməməsi ola bilsin ki, Vidadi Əzizə və Murad Məmmədova yer eləyib.
Bu konfransdan sonra Murad Məmmədov bizim agentliyə qarşı çirkin kompaniyasına davam edib. Qafqaz Xəbər Agentliyinin feysbuk səhifəsində yerləşdirilən yazılara səviyyəsiz, heç bir çərçivəyə sığmayan, şər-böhtan dolu şərhlər yazaraq çox güman ki, bizi Vidadi Əzizin sifarişi ilə təhqir edir. Hətta bununla da kifayətlənməyən Murad Məmmədov hələ Qafqaz Xəbər Agentliyininfeysbuk səhifəsinin inboksuna bizim kollektivimizi təhqir edən mesajlar yazıb.
Səhifənin admini onun mesajına cavab verib bildirəndə ki, onun yazdığı mesajlardan lazımi orqanlara müraciət olunacaq, Murad Məmmədov bildirib ki, “görək də”, “səbirsizliklə gözləyirəm”. Hələ bu cavabdan sonra yenidən hayasızcasına feysbuk səhifəmizə yazır ki, bizim barəmizdə DTX-yə müraciət göndərib ki, guya biz reketliklə məşğul oluruq.
Ancaq Murad Məmmədov qıraqdan öz hərəkətlərinə fikir vermir ki, əsl reketliyi elə “Atlas” klinikasınin və Vidadi Əzizin adından o özü bizə qarşı edir. Bir daha bu “hüquqşünas”a bildirmək istəyirik ki, “Atlas” klinikası ilə bağlı bizm saytlarda gedən yazını biz başqa sayta istinad edərək yayımlamışıq,həmin saytdan yazının skrinşotunu da etmişik.
“QAFQAZ XƏBƏR” qəzeti Murad Məmmədov barəsində hüquq mühafizə orqanlarına müraciət edəcək. Onu da qeyd edək ki, Murad Məmmədovun özünün dediyinə görə hüquqşünası olduğu “Qorqud Holding” ətrafında baş verən qalmaqallardan da mətbuatda az yazılmayıb.
Həmin məlumatların birində bildirilir ki, bu ticarət mərkəzi onun artıq keçmiş sayılan sahibi, “Qorqud Holding”in prezidenti Heydər Əliyevin (“Bala Heydər” ləqəbli) əlindən alınıb:
“Ticarət mərkəzinin yeni sahibini kimliyi haqda məlumat verilmir. O, hər kimdirsə, Heydər Əliyevin əlində yalnız ərazidə yerləşən “Şərq” hoteli”ni saxlayıb. Bu isə o deməkdir ki, iş adamı təkcə “Şərq bazarı”nı yox, ona bitişik, son illər əsas gəlir mənbələrindən biri olan “Atlas” klinikasını da başqasına dövr etdirib”
“Qorqud Holding”in prezidenti Heydər Əliyevin barəsində cinayət işinin başlanması da iddia edilir:
“Belə ki, dələduzluqda təqsirləndirilən Heydər Əliyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə qədər gedib çıxmışdı. Qəribə də olsa, barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülən H. Əliyevin məhkəməsinin necə yekunlaşdığına dair sonradan hər hansı məlumat verilmədi.
Ancaq həmin dövr bəzi media orqanlarında “Qorqud Holding”in prezidenti barəsində həbs-qətimkan tədbirinin seçildiyi, onun istəyi ilə bunun ictimaiyyətdən gizli saxlanıldığı iddia edilirdi. Bildirilirdi ki, dələduzluq maddəsi ilə ittiham olunan iş adamı ilə, azadlığa buraxılması istiqamətində danışıqlar aparılır, bunun üçün şərtlər irəli sürülür. “Güman ki, əlində olan əmlak və obyektlərinin bir hissəsindən imtina etmək şərti ilə onun azadlığa çıxması təmin ediləcək” – deyə məlumatda bildirilirdi. Bu məlumatın nə qədər doğru olduğunu söyləyə bilməsək də, “Qorqud Holding”in prezidentinin “Şərq” oteli xaric, bütün biznesini başqasına dövr etməsi onun ciddi problemlərlə qarşılaşdığını söyləməyə əsas verir. Xüsusən də öz şəxsi ofisinin yerləşdiyi və böyük gəlir gətirən “Atlas” klinikasını iş adamının başqasına könüllü təslim etdiyi inandırıcı görünmür”. (AzPolitika.info)
Sənan Məmmədli
QAFQAZXEBER.AZ