Hakimiyyet.az-ın redaksiyasına Nərimanov rayonunda yaşayan bir qrup sakin tərəfindən şikayət məktubu daxil olub. Şikayət məktubuna əlavə olaraq sakinlərin göndərdiyi fotolardan açıq-aydın görmək olur ki, Nərimanov rayonu ərazisində yerləşən,Nərimanov metro stansiyasının üstündəki ticarət obyektlərinin qabağında qurulan çadırlı piştaxtaların qabağında antisanitar vəziyyət hökm sürür. Belə ki, zibil qutuları dolub-daşsa da görünür ki, onlar günlərlə boşaldılmır və üfunət qoxusundan zibil qutularının qoyulduğu ərazilərdən keçmək mümkün olmur.
Başqa problem isə zibil qutularından çirkli mayenin axaraq xoşagəlməz mənzərə yaratması, hətta insanların sağlamlığını təhdid etməsidir. Bakı küləkli şəhərdir və bir ərazidəki üfunət qoxusu qısa zamanda ətraf ərazilərə yayılır. Bundan başqa həmin yoldan istifadə edən yüzlərlə insan zibilin ətrafa axan şirəsinin içindən,zibillərin üstündən keçməyə məcburdur. Dolayısı ilə, vətəndaşlar zibilin ətrafda yaratdığı mikrobları ayaqqabılarının altında evlərinə daşıyır. Şəhərin mərkəzində qoyulan zibil qutularında və onların ətrafında bu açınacaqlı vəziyyətin olması təbii ki,ərazidə yaşayan sakinlərin, habelə metrostansiyanın çıxışlarından və girişlərindən çıxıb-düşən çoxsaylı insanların haqlı narazılığına və şikayətinə səbəb olur.
Görünür Nərimanov rayon İH-nin rəhbərliyinin başı “başqa işlərə” qarışdığından həmin ərazidə antisanitariyanın baş alıb getməsindən bu şəxslərin xəbəri yoxdur.Hər halda icra hakimiyyətinin müvafiq qurumlarının bu iyrənc mənzərəni görməsi və tədbir görmək onların birbaşa vəzifə borcudur. Bizi izləyin araşdırmamız davam edir


Paylaş