Məhz ona görədir ki, son dövrlərdə belə “işbaz” sahibkarlara qarşı ciddi tədbirlər görülməyə başlayıb. Həyata keçirilən tədbirlər nəticəsində son dövrlərdə bir neçə iş adamı qanunsuz fəaliyyətinə görə ya cərimə olunub, ya da həbs ediliblər.
Korrupsiya.az bildirir ki, Gununsesi.info-ya verilən məlumata görə, son dövrlərdə “cəzalandırılan” iş adamları arasında millət vəkili, “EUROPEAN TOBACCO Baku”nun rəhbəri Rüfət Quliyev də var.
Etibarlı mənbələrdən verilən məlumata görə, “EUROPEAN TOBACCO Baku”da həyata keçirilən yoxlamalar nəticəsində ciddi maxinasiya, vergidən yayınma və digər qanundankənar hallar aşkar edilib.
Əldə etdiyimiz bilgilərə görə, hətta millət vəkilinin rəhbərlik etdiyi şirkətdə aşkar edilən qanunsuzluqlara bağlı Vergilər Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Deputat Rüfət Quliyevin bu hərəkəti “EUROPEAN TOBACCO Baku”nun əsas sahiblərinin qəzəbinə tuş gəlib. Düzdür, onu həbs etdirməsələr də, “EUROPEAN TOBACCO Baku”dan uzaqlaşdırıblar. İş bununla da kifayətlənməyib. Onun Bakıda, Lənkəranda və digər yerlərdəki bir sıra obyektləri də əlindən alınıb.
Onu da qeyd edək ki, Rüfət Quliyevin başı üzərində bu “qara buludlar” xeyli zaman idi dolanırdı. Hələ bir neçə il bundan öncə “EUROPEAN TOBACCO Baku”dakı maxinasiyalar və digər qanunsuzluqlarla bağlı onun direktorlar şurasının sədrliyindən uzaqlaşdırlması barədə məlumat getmişdi. Lakin o zaman deputat canını bir təhər qurtarmışdı, ancaq bu dəfə o, keçənlərdən nəticə çıxarmadığından tutduğu vəzifədən uzaqlaşdırılmaqla və bir sıra obyektlərini itirməklə canını xilas edə bilib.