Korrupsiya.az-ın elektron ünvanına vətəndaş Axundov Bəhram tərəfindən göndərilən məktubda bildirilir. Bu gün başıma gələn bir hadisəni sizin ilə bölüşürəm.Mənə yazılmış İXP qərarı yox məhz həmin YPX-nin əməkdaşınn davranışı çox qəzəbli gəldi.Şikayətimi bildirdim. Həmin Yazılmış ərizəni sizə təqdim edirəm və bütün medianı o çümlədən hüquq orqanlarını bu məsələ ətrafında araşdırma aparmağa dəvət edirəm.

Ə R İ Z Ə:

    Yazıb Sizdən xahiş edirəm ki, 30.09.2017 saat 12:59-da yazılan İPX1305017 protokol barəsində araşdırma aparasınız.Yazılmış protokol barədə etirazımı bildirdim,lakin araşdırmanın tam şəffav və aydın aparılması üçün sizə müraciət edirəm.Belə ki,avtomobili idarə edən zaman avtomobildə nasazlıq hiss etdim və qərara gəldim ki,avtomobili usta yanına aparım.Üstümdə kifayət qədər məbləğ olmadığından dolayı,mən yaxınlıqdakı ATA Bank filialına yaxınlaşdım. (Bakı şəh., İnşaatçılar pr., 553-cü məh. ev 4A ) Avtomobili yolun qırağında saxlamaqa yer yox idi və digər sürücülər kimi Bankın önündə saxladım və avtomobilin qapısını acıb bir başa Bankomatla üzbəüz qaldım.Düşdüm ki,Bankomatdan pul çəkməyə bu zaman qəfildən 99-YP-369 YPX-nin maşını saxladı və YOX-nin əməkdaşı yaxınlaşdı mənə və mən dərhal Bankomatdan pul çıxartmaqdan vaz keçdim və həmin YPX-nin əməkdaşına bildirdim ki,avtomobilimi çəkirəm və əyləşdim.Bu zaman YPX-nin əməkdaşı avtomobilimin önünü kəsərək məndən sənətlərimi tələb etdi.Mən nə qayda pozuduğumu soruşduqda “Ə burda maşın saxlamaq olmaz”. Mən isə avtomobili saxlayıb pul çıxardırdım   bildirdikdə məndən heç bir səbəb bildirmədən yenədə sənət tələb etməyə başladı.Ziyalı və yaşlı oldugunu görüb mübahisə etmədim və sənətlərimi təqdim etdim.Daha sonra sənətlərimi alıb maşına getdi.Bir müddət sonra mənə səslənməyə başladı.Mən avtomobildə oturub gözləyirdim,sonra çənə yaxınlaşıb bildirdiki “sənə görə yaxışın altında gəzməliyəm ə?” Mən özümü itirdim bu zaman ki,bu nə danışıq və davranış tərzidir.Mən ondan Post Terminal olduğunu soruşduqda olmadığını bildirdi və “guya” şarjı bitdiyini bildirdi.5-10 dəqiqə sonra digər YPX-nin əməkdaşını gətirdi və gətirən kimidə mənə uzatdı ki,buda sənə “post terminal”.Mən “102” xidmətinə zəng etdikdə və iradımı bildirdikdə həmin YPX-nin əməkdaşı sözün əsl mənasında qışqıra qışqıra mənimlə davranmağa başladı.Bu zaman mən “102” xidməti ilə danışanda qarşı tərəf məni eşidə bilmədiyini bildirdi və məndə YPX-nin əməkdaşının qışqırdığını bildirdim.Dəstəyin digər tərəfindəki “102” əməkdaşı özü eşitdi və təəcübləndiyini hiss etdim.Daha sonra məndən öndə digər avtomobil saxladı.Bankomatdan pul çıxartmaq üçün.Ona əl işarəsi ilə saxlamaq olmadığını bildirdikdə sürücü avtomobilinə əyləşib getdi.Eyni jesti ən azıda mənəda qarşı edə bilərdi,çünki YPX-nin əməkdaşı yaxınlaşan zaman mən avtomobili çəkmək istəyirdim,fakat önümü kəsdi.Həmin an özümü itirdim ki,YPX-nin əməkdaşı niyə belə edir?Daha sonra “post terminalı” gətirən zaman mənə protokolu təsdiq etdiyini və dərhal cəriməni ödəməyimi tələb etdi.Mən dəfələrlə YPX-nin inspektoruna səs tonunu qaldırmamağı bildirdim ,fakat o buna məhəl qoymayaraq yüksək səs tonu ilə danışmağa davam etdi.Mən isə YPX-nin əməkdaşına bildirdim ki,yaşlı nəsil görəndə mən öz valideynlərimi görürəm sanki.Atam yaşındasınız və atama etdiyimi hörməti sizədə edirəm,siz niyə yüksək tonla danışırsınız? Bunu bildirdikdən sonra o səs tonunu azda olsa aşağı saldı.YPX-nin əməkdaşı mənimlə sanki, düşmənə qarşı edilən rəftar kimi davranırdı.YPX-nin əməkdaşı daha sonra protokolu güclə mən ödəməyi tələb etdirdiki “sənə görə post terminal gətirmişəm”.Mən hələdə şokda idim.”102″ qaynar xəttinə zənglərim isə uğursuz alındı.20 dəfə cəh etdim və hər dəfə məşqul ulduğunu bildirdi.Mən Protokola iradımı bildirdim və təhvil verdim. Mənə yazılan 20 azn cərimə narahat etmir.Məni YPX-nin əməkdaşının mənim ilə rəftarı narahat edir.Mən özümü alçalmış və həmin an stersdə idim.YPX-nin əməkdaşından uzaqlaşdıqdan sonra Aptekə gedib özümə sakitləşdirici dərman aldım və qəbul edim sakitləşdim azda olsa,amma mənə o danışıq tərzi mənəvi zərbə endirdi.Axi YPX-nin əməkdaşları bizim təhlükəsizliyimizi təmin edir,niyə məhz həmin YPX-nin əməkdaşı mənim ilə elə davrandı mən hələdə anlaya bilmirəm.Xüsusi qeyd edim ki,xahişlərimdən sonra döş nişanını göstərdi mənə.Həmin YPX-nin əməkdaşının döş nişanı “0618” idi. Mən Azərbaycanlıyam.Mən özümü vətənpərvər hesab edirəm və bacardığım qədərilə dövlətə və xalqa xidmət etməyə çalışıram.Beləki mən tam Ali təhsilli gəncəm.Özüm Şaxmat ilə məşqul oluram və birinci dərəcə sahibiyəm.Riyazi elimlərə marağım həddindən artıq çoxdur və bundan əlavə asudə zamanımda mən kitab yazıram.Xüsusi olaraq qeyd edim ki,Alman dilini yüksək səviyədə bildiyim üçün mən həm rayon həmdə ölkə birinçisi olmuşam bu yarışmada.Mən özümü mənəvi olaraq alçalmış hiss etdiyimdən dolayı,hal-hazırda özümü yaxşı hiss edə bilmirəm.Ən azından mən həmin YPX-nin əməkdaşının davranışının yoxlanılmasını və o çümlədən elə davranış göstərdiyi üçün ona töhmət verilməsini tələb edirəm.Bir çox ölkələrdə olmuşam və bir çox məddəniyyətlər barədə tanışam.Qonşu dövlət olan Gücrüstanda belə bir hal olanda YPX-nin əməkdaşı mənə burada saxlamaq olmadığını bildirdikdə mən ona pulumun olmadığını və post terminaldan pul çıxartdığım bildirdikdə mənə yardım edirdi və hər hansı mənfi davranış tərzi göstərmirdi.Sözsüz ki,Azərbaycan YPX-nin əməkdaşları onlardan qat-qat yüksək mədəniyyət malikdirlər.Buna mənim şüphəm yoxdur.Mən həmişə demişəm DİN Azerbaycan Respublikasının ən vacib orqanlarından biridir.Xüsusəndə YPX-nin əməkdaşları Vətəndaşları qorumaqla məşquldur,fakat bu hal isə istisna edirəm. Sizdə xahiş edirəm ki,bu neqativ halı araşdırmanızı və həmin davranışı hansı səbəbdən etdiyini mənə bildirmənizdir.Hadisə baş verən zaman,ətrafda insan kütləsi yığışaraq tamaşa edirdilər və üzlərindən YPX həmin YPX-nin əməkdaşına qarşı olan etiraz bilinirdi.Həmin ərazida TŞ və YPX-nin üzərində mikrafon var idi.Həmin görüntüləri və YPX-nin əməkdaşı üzərində olan səs yazısını qulaq asmağınızı xahiş edirəm. Hörmətlərlə və dərin sevgilərlər, Axundov Bəhram

Paylaş