“Bank Standart” maxinasiyası sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə təhlükə yaradıb
Palitika.Az-ın məlumatına görə, Respublika Prokurorluğunun “Bank Standard”la bağlı cinayət işi açması və prezidentə müraciətdən sonra sabiq iqtisadi inkişaf naziri şirkətlərindən imtina edir.
Hətta xəbərlərə görə, əmlaklarını satışa çıxarır. Bu isə o deməkdir ki, ölkədən qaçmağa hazırlaşan H.Babayevi həbs təhlükəsi gözləyir.
“Bank Standard” QSC-nin lisenziyasının ləğv olunması, bankının idarə heyətinin sabiq sədri Səlim Krimanın ölkədən qaçması, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun isə həbsi Heydər Babayevdə ciddi panika yaradıb.
2008-ci il prezident seçkilərindən sonra hökumətin tərkibindən uzaqlaşdırılan sabiq iqtisadi inkişaf nazirinin qurduğu biznes imperiyası rəsmən çöküb.
H.Babayevin vəziyyəti son aylar daha da pisləşdiyindən bir neçə gün əvvəl holdinqin rəhbərliyində müəmmalı dəyişiklik olub. Uzun illər “AB Standard” QSC-yə rəhbərlik etmiş Oruc Heydərov bu yaxınlarda vəzifəsini Hadi Məmmədova ötürüb.
Vergilər Nazirliyinin məlumat bazasında da bu fakt təsdiqini tapıb. O.Heydərov bu ilin aprelində təyinat aldığı “Standard Insurance” sığorta şirkətində Müşahidə Şurasının sədri vəzifəsində qalır.
Yeri gəlmişkən, mediada H. Babayevin sahibi olduğu “Standard İnsurance Georgiya” şirkətinin onun tərəfindən gizli şəkildə öz həyat yoldaşı Aliyə Babayevaya satıldığı barədə xəbər yayıb.
H.Babayevin cinayət işindən yayınmaq və borcları ödəməmək üçün Azərbaycanı birdəfəlik tərk etdiyi deyilir.
Bu xəbərlər ləğv prosesində olan “Bank Standard”ın Kreditorlar Komitəsinin bir neçə gün əvvəl prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdiyi bir vaxta təsadüf edir.
Belə güman etmək olar ki, “Bank Standart” maxinasiyası “Beynəlxalq Bank işi” qədər sensasion həbslərlə müşahidə oluna bilər. H.Babayevin həbsinə gediləcəyi ehtimalı istisna olunmur.
Rəsmən çökmüş “Bank Standart” da H.Babayevin olub. Bu bank vasitəsi ilə mənimsənilən pullardan keçmiş nazirin xəbərinin olmaması inandırıcı görünmür.
Çünki bankın rəhbəri H.Babayevin adamı olub. Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb. Ç. Cəlilovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
“Bank Standard” QSC, “Standard İnsurance” MMC, “AB Legal Consulting Group” MMC, “Standard Lizinq” MMC, “Standard Capital” MMC, “Standard Football Club” MMC, “Dərngül boru zavodu” və “Lənkəran Mehmanxana” daxildir.
“AB Standard” QSC lizinq, sığorta, bank, hüquq, istehsal, otelçilik və digər sahələrdəki bir neçə şirkəti idarə edir. Heydər Babayev bir neçə dəfə rəsmən bəyan edib ki, holdinq 100 faiz özünün mülkiyyətidir.
Sabiq iqtisadi inkişaf naziri mərhum prezident H.Əliyevin vaxtında yüksək dövlət vəzifəsinə gətirilən məmurlardan biri idi.
H.Babayev 1999-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdu. Fərhad Əliyevin həbsindən sonra onun kreslosuna əyləşən H.Babayev 2008-ci ilin oktyabrınadək bu vəzifədə çalışdı.
Prezident seçkilərindən sonra o, yeni təsdiqlənən Nazirlər Kabinetində yer ala bilmədi. Vəzifədə olduğu müddətdə qeyri-rəsmi şəkildə həm də bizneslə məşğul olan H.Babayev holdinqin əsasını hələ 1995-ci ildən qoyub.