Şeyxin qudası Hacı Qalib Salahzadənin deputatlıq mandatı şansı itirildi

Palitika.Az-ın əldə etdiyi məlumata görə, 2020-ci ildə də Hacı Qalibin millət vəkili namizədliyinə zəmanət verilməyəcək.

Oğlu həbs edilən Şeyxin qudası ilə yuxarıların münasibətləri kəskinləşib. Onun parlamentin kluarlarına yaxın buraxılmayacağı dəqiqləşib.

Hətta Şeyx qudasını xilas etmək üçün bir neçə dəfə danışıqlar aparmağa çalışıb. Amma onun cəhdləri uğursuz alınıb.
Hacı Qalibin “vurulması” isə məhz Şeyxlə əlaqələndirilir. Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə artıq 2 həftədir ki, həbsdədir

O, “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir. Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs edilərək, Kürdəxanı həbsxanasına göndərilib.

Ona qarşı Cinayət Məcəlləsinin 315.2 maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi açılıb.

Hacı Qalib oğlunun həbsi ilə bağlı mətbuata açıqlamasında bunu “qondarma qərar” adlandırsa da, faktiki olaraq, artıq Əlihüseyn Salahzadə sentyabrın 18-dən dəmir barmaqlıqlar arxasındadır.

Ə. Salahzadəyə qarşı irəli sürülmüş maddəyə görə, o, 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

 Hacı Qalib 2015-ci ildən cəzalandırılıb. Hacı Allahşükür Paşazadənin qudası, Milli Məclisin keçmiş deputatı Hacı Qalib Salahzadə qeyd edir ki, 500 nəfəri Həcc ziyarətinə göndərib.

Hesab edək ki, bunu bir dindar zəkat mənasında edib. Hər birimiz də gözəl bilirik ki, bir nəfərin Həcc ziyarətinə getməsi üçün 3850 dollar vəsait lazımdır.

Bir şəxsin Həcc ziyarəti 3850 dollar, yəni 6547 manat təşkil etdiyi halda 500 nəfərin ziyarət xərcini hesablayıb. Hesablamalara görə sabiq millət vəkili 500 nəfərin ziyarəti üçün 3 milyon 273 min 500 AZN büdcə xərcləyibmiş.

Dinimizdə isə qeyd olunur ki, bir dindar gəlirinin 40-dan 1 hissəsini zəkat verməlidir. Bu məntiqlə Hacı Qalib Salahzadənin varidatını 100 milyon dollar civarında qiymətləndirmək olar. Bu detalları təxmin etdikdən sonra ortaya maraqlı suallar çıxır.
Bu vəsait illərin fəaliyyətinin nəticəsidir, Hacı Qalibin isə fəaliyyətinin böyük dönəmi deputatlıqla bağlı olub. Bir deputatda bu qədər vəsait haradandır?

Qanuna görə millət vəkili yaradıcılıq fəaliyyətindən başqa heç bir fəaliyyətlə məşğul ola bilməz. Əgər belədirsə o zaman keçmiş millət vəkili 100 milyon dollar vəsaitin mənbəyini göstərsin.

Üstəlik vaxtilə Bilgəh bələdiyyəsinin sədri olmuş, ötənilki parlament seçkilərində isə şeyxin yaxın adamı kimi mandat almış Hacı Qalib bələdiyyələrdə aparılan qanunsuz yoxlamaların dayandırılmasını tələb etmişdi. Hacı Qalibin dedikləri həqiqət idi.
Amma onun bu həqiqətləri dilə gətirməsinin əsas səbəblərindən biri də zəbt etdiyi eks-spiker Rəsul Quliyevin Bilgəhdəki bağının məhkəmə qərarı ilə əlindən alınmasıydı.

Paylaş