Zaqatalada “Ag saray” şadlıq sarayının qabağında duran,taksi fəaliyyəti ilə məşğul olan çoxsaylı taksi sürücülərinin ümumiyyətlə sürücülük vəsiqəsi yoxdur
Bildiyiniz kimi Dövlət Yol Polisi ölkə ərazisində mütəmadi reydlər keçirir və qayda pozuntularına yol verən sürücülər cərimələnir, yol-hərəkəti qaydalarını pozanlar müvafiq cəzalanır.
Lakin Bolge TV-nin əməkdaşları Zaqatala və Balakən rayonlarında olarkən bu rayonların DYP-lərində yol polisi əməkdaşlarının yol–hərəkəti qaydalarını kobud surətdə pozan sürücülərə göz yummalarının şahidi olublar.Qanunla sürücülük vəsiqəsi olmayan vətəndaşlar avtomobil idarə bilməzlər,hətta yeni qaydalara görə cəriməsi olan və onu vaxtında ödəməyən sürücülər də avtobobil idarə etmək hüququndan məhrum edilirlər.
Lakin Zaqatalada və Balakəndə bu qanunlar nəyinsə müqabilində elə də önəmli olmur.Belə ki,məsələn məlumata görə Zaqatalada “Ag saray” şadlıq sarayının qabağında duran,taksi fəaliyyəti ilə məşğul olan çoxsaylı taksi sürücülərinin ümumiyyətlə sürücülük vəsiqəsi yoxdur və hətta bəziləri başqasının adına olan maşınları etibarnaməsiz belə rahatca sürürlər və buna görə onlara “gözün üstə qaşın yoxdur deyən” yoxdur.
Zaqatalada konstruksiyası dəyişdirilən nəqliyyat vasitələri də kifayət qədərdir.Lakin nədənsə bu cür avtomobillərin əksəriyyəti cərimə meydançasına aparılmır.Təbii ki,bütün bunlar suallar doğurmaya bilməz.Görəsən Zaqatala və Balakən DYP baş verən çoxsaylı kobud qanun pozuntularına niyə göz yumur? Hətta əməkdaşımız Balakəndə yol polisinin özünün,xidməti geyimdə mülki maşınında yol-hərəkəti qaydalarını pozamasının şahidi olublar və bunu lentə də alıblar.Yaxın zamanlarda Bolge TV-nin əməkdaşları Zaqatala və Balakən DYP-də başqa verən bu tip neqativ hallarla bağlı reportaj hazırlayacaq və və yaxın zamanlarda biz həmin reportajı tamaşaçılara təqdim edəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.teref.info