Şirvan sakini, 25 yaşlı Yusif Niftalıyev OperativXeber.az-a şikayət məktubu ünvanlayıb. 

Şikayətçi iddia edir ki, yaşadığı ərazi üzrə təhkim edilmiş sahə həkimi, vəzifə öhdəliklərini yerinə yetirmək üçün gənc ailədən gündəlik 10 manat pul tələb edir.

Faktla bağlı Səhiyyə naziri Oktay Şirəliyevə müraciət ünvanladığıını bildirən gənc ata, məsələdə Uşaq Poliklinikasının Baş həkimi Şirinxanım Səmədovanın şəxsi marağının olduğunu bildirir.

Şikayət məktubunu olduğu kimi sizə təqdim edirik:

“Hörmətli OperativXeber.az redaksiyası

Bir müddət öncə Uşaq Poliklinikasına müraciət edərək, 8 aylıq övladımın sağlamlıq durumu ilə bağlı sahə həkimindən uşağı gündəlik müayinə etməsini xahiş etdim.

Ertəsi gün sahə pediatrı yaşadığımız ünvana gələrək uşağın xəstə olduğunu və gündəlik kompleks müayinəyə ehtiyacı olduğunu bildirdi. Göstərəcəyi xidmətin pullu olduğunu və bunun üçün bizdən gündəlik 10 manat alacağını bildirdi.

Həkimə etirazımızı bildirərək qanunvericilik üzrə sahə həkiminin – ona təhkim edilmiş sahənin uşaq əhalisinə təmənnasız xidmət göstərməsini, ev şəraitində uşaqlarla müayinə və müalicə işinin pulsuz aparılmalı olduğunu xatırladım.

Lakin sahə həkimi tələbin Uşaq Poliklinikasının baş həkimi tərəfindən irəli sürüldüyünü bildirərək pulsuz xidmət göstərməyəcəyini bəyan edərək evi tərk etdi…

Sonda məsələni ictimailəşdirərək aidiyyatı qurumlardan baş həkim tərəfindən yol verilən özbaşınalıqlara son qoyulmasını xahiş edirəm..” Sitatın sonu.

Şikayətçi onu da bildirdi ki, bu cür hallar Uşaq Poliklinasında xarakterikdir və baş həkimin neqativ fəaliyyəti ilə bağlı dəfələrlə aidiyyatı qurumlara məlumat verilib. Lakin adı qanunsuz ilgilərdə hallanmasına baxmayaraq, baş həkim bugünədək məsuliyyətə cəlb edilməyib.

Görünür Şirinxanım Səmədovanın yarıtmaz fəaliyyəti Səhiyyə Nazirliyini və aidiyyatı qurumları tamamilə qane edir. Əks halda korrupsiya və ələbaxımlılığın hökm sürdüyü tibb müəssisəsində sosial riskli uşaqlar haqqında məlumatların ƏƏSMN-nə düzgün ötürülməməsi və əlil uşaqlarla bağlı fərdi reabilitasiya proqramlarının yerinə yetirilməməsi kimi mənfi hallara reaksiya verilər,cavabdeh şəxs qismində baş həkim vəzifəsindən azad edilərdi.

Sonda OperativXeber.az olaraq oxucularımızın məlumatlandırılması xatirinə sahə həkiminin öhdəliklərini diqqətinizə çatdırırıq:

Sahə həkimi ona təhkim edilmiş sahənin uşaq əhalisinə tibbi xidməti göstərməli,

Uşaqların fiziki və əsəb-psixi inkişafına dinamik tibbi müşahidəni aparmalı,

Evdə və ambulator şəraitdə diaqnostika və müalicə işini aparmalı,

Yeniyetmələrin reproduktiv sağlamlığının mühafizəsi üzrə işi həyata
keçirməli,

Yeni doğulmuşların və erkən yaşlı uşaqların müəyyən edilmiş
müddətlərdə ilkin patronajını keçirməli,

Erkən yaşlı uşaqların profilaktik baxışlarının keçirilməsini təşkil etməli və
onlarda iştirak etməli,

Müalicəvi-sağlamlıq tədbirləri kompleksini işləyib hazırlamalı, rejimin,
səmərəli qidalanmanın yerinə yetirilməsinə, uşaqlarda alimentar pozuntular, raxit, anemiya və başqa xəstəliklərin profilaktikası üzrə tədbirlərin vaxtında keçirilməsinə nəzarəti tə`min etməli və s. 

Paylaş