Dövlət Yol Polisinin Qaradağ postunda misli görünməmiş qanunsuzluq, özbaşınalıq hökm sürür.

Korrupsiya.az bildirir ki, b u barədə Anaxeber.az-a verilən məlumatda bildirilir.

DYP-nin rəisi Ramiz Zeynalovun bacısı oğlu olan Vüqar adlı şəxsin rəhbərlik etdiyi bu postda ölkənin heç bir yerində rast gəlinməyən qanunsuzluq tüğyan edir.

Bu barədə bir qrup yük maşını sürücüsü bildirib.

Onların dediyinə görə hər ayın əvvəlində “Azəravtoyol” idarəsinə hər maşın üçün 200-250 manat məbləğində pul ödəyirlər.
Hətta buna görə onlara qəbz verilir.

Deyilir ki, bu qəbzi tərəzi yoxlamasından keçməmək üçündür. Həqiqətən də ölkənin heç bir yerində, nə YPX, nə də nəqliyyat qurumları bu qəbzi almış sürücünü saxlamırlar. Bircə Qaradağ postundan başqa…

Bu postun işçiləri xüsusi kobudluqla qəbz almış sürücüləri saxlatdırır, bildirirlər ki, bizim tanıdığımız bir rəhbər var o da – R.Zeynaovdur. O qəbz burada işləmir, zəhmət çəkin hər buradan keçəndə haqqımızı ödəyin.

Sürücülərin dəfələrlə Daxili İşlər nazirinə müraciət etmələri onlara olan təzyiqlərin daha da artmasına səbəb olub.

Ona görə də onlar redaksiyamız vasitəsilə ölkə başçısına müraciət edərək xahiş edirlər ki, Qaradağ postunda işləyən yol polislərinin özbaşınalığına imkan verilməsin.

Paylaş