Ağsuda yerləşən “Az-Granata” MMC yerli istehlakçıları aldadır

Bu barədə Palitika.Az-a verilən məlumatda zavodun yerli istehlakçılarla xarici auditoriya arasında fərq qoyduğu iddia edilir.
Belə ki, dünya bazarına çıxarılan şirə və şərab məhsullarının keyfiyyəti ilə yerli bazarda satışa verilən içkilər arasında ciddi fərqlər var.

Hətta xaricdə yaşayan bəzi azərbaycanlılar qeyd edirlər ki, “Belıy volk”, “White gold” kimi araqlar Azərbaycandakı alıcılar üçün başqa, xarici bazar üçün başqa istehsal edilir.

Nəticədə yerli bazarda ucuz, keyfiyyətsiz içkilər dövriyyə edir, əcnəbi bazarlarda isə daha keyfiyyətli məhsullar çıxarılır.

Bu saxtakarlıq faktı isə artıq “Az-Granata” MMC-yə olan etimad və inamı azaldıb. Son vaxtlar zavodun məhsullarına tələbat azalıb. Hətta sosial şəbəkələrdə bu zavodun məhsullarını boykot etmək çağırışları belə səslənib.

Realliq.info isə yazıb ki, zavod rəhbərliyi hər gün 10 minlərlə içkini satışa buraxsa da rəsmi sənədlərdə bunun cəmi 8%-ni qeyd edir.

“Az-Granata” MMC-nın respublikanın bir sıra rayon və şəhərlərindəki satış mərkəzlərində də oxşar proseslər həyat keçirilir.

Zavodun rəhbərliyi satışa çıxarılan məhsulların sayını vergidən yayındırmaqla dövlətə ziyan vurur.

  Avropa, Asiya ölkələrinə müəssisənin məhsulları eksport edilir.

Amma istehsal prosesində hansı məhsulların yerli, hansının xarici bazar üçün nəzərdə tutulduğu ayırd olunur. Bu da keyfiyyət faktorunda özünü göstərməkdədir.

Üstəlik, zavodun mediada apardığı piar, öz emissarları vasitəsi ilə reklam etməsi alıcıları çaşdırıb. Çünki mətbuat zavodun istehsal etdiyi içkilər barəsində səthi yazır, araşdırmır, ütüləyir.

Realliq.info- ya daxil olan məlumatda qeyd olunur ki, “Az-Granata”MMC-nin istehsal etdiyi şirələrin müddətə görə mağazalardan geri qaytarılması prosesindən sonra qabların üzərindəki müddət dəyişdirilir və yeni məhsul kimi satışa qaytarılır.

Zavodun istehsal etdiyi məhsulların adlarına diqqət etsək burda da qanun pozuntularına rast gəlmək mümkündür.

Hamıya məlumdur ki, Azərbaycan qanunlarına görə ölkədə istehsal olunan məhsulların adları mütləq doğma dilimizdə yazılmalıdır.

İddialara görə, “Az-Granata”MMC-nin sahibi Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovdur.

Bu şəxsin ölkənin milyonlarını mənimsəməsi ilə bağlı məlumatlar ölkə mediasının gündəmindən düşmür.

 

Paylaş