Ölkə gündəmini dərsliklərdə Nizami Gəncəvinin fars şairi və Azərbaycanın “Böyük Ermənistan”ın tərkibində göstərilməsi faktı zəbt edib
Hər iki biabırçı səhvdə bəzi dairələrin barmağı olduğu iddia edilir.
ADP sədri Sərdar Cəlaloğlunun fikrincə, yoxlanılsa, görərik ki, bu təxribatın arxasında ermənilərə işləyən casus, ya da ki, düşməndən rüşvət alanlar dayanır: “Bu cür səhvi ermənilərin özləridə etməzlər. Yuxarıda qeyd etdiyim kimi hesab edirəm ki, bu təhsil sistemində ilk nöqsan deyil!
Deyək ki, bu təsadüfdir. Burda görünən odur ki, Təhsil Nazirliyində dövlətin əleyhinə işləyən, Azərbaycan xalqının mənafeylərinə zidd mövqey tutan insanlar var.
Onlar zaman-zaman dəftərlər, kitablar və başqa atributlar vasitəsilə özlərinin siyasətini həyata keçirirlər”.
Çünki nazir Mikayıl Cabbarovun rəhbərlik etdiyi sahədə dövlətin əleyhinə olan çox ciddi səhvə yol verilib. Bu hallar ağır nəticələrə gətirib çıxaran hadisə olduğuna görə istefa verməlidir.
Dövlət başçısı bütün dünyada Dağlıq Qarabağın tarixi faktlarla Azərbaycan ərazisi olduğunu deyir və bu istiqamətdə təbliğatını aparır. Amma İlham Əliyevin apardığı siyasəti ölkəmizdə tamamilə ifşa edən belə bir “səhv” baş verir.
Təhsil Nazirliyi bu dərslikləri məktəblərdən yığışdırmaqla deyil ki? Düşmən mətbuatı bu səhvdən çox ciddi şəkildə istifadə edir.
Dərsliklərdə edilən təxribatlar bəzi qüvvələrin məkrli planlarıdır.
Hətta 5-ci kolona bağlı olan ruspərəst şəbəkənin də rolu olduğu istisna edilmir. Nazirlikdə anti-Azərbaycançı şəbəkənin mövcud olması iddialarına qədər səslənir.
Düşünmək olardı ki, başda Təhsil naziri Mikayıl Cabbarov olmaqla, nazirliyin bütün məsul işçiləri istefaya gedəcək.
Lakin, görünür, bu mövzuda məsələ Mikayıl Cabbarov üçün prinsipial məsələ deyil. İctimai qınaq, ekspert tənqidləri, media hərəkətliliyi yetərincə olsa da, heç bir hüquqi məsuliyyətin şahidi olmadıq.
Mikayıl Cabbarov isə islahatçı nazir kimi təqdim olunsa da, zaman M.Mərdanova “rəhmət oxumağa” şərait yaratdı.
Sabiq nazir nə də olmasa, təhsil adamıydı, elm-bilik nə olduğunu bilirdi. Əlbəttə, bu onun rüşvətxor təhsil sistemi qurmasına bəraət qazandırmır.
Sadəcə, reformist kimi gələn M.Cabbarovun fəaliyyəti”sabun köpüyü”nə çevrildi və heç bir irəliləyiş əldə olunmadı. Əksinə, biabırçı dərsliklər meydana çıxdı, rüşvət yığımı öz yerində qalmaqdadır və s.
Bütün idarəçilik prinsiplərinin M.Mərdanovun dövründən də betər olması kulminasiya nöqtəsində partlayışa gətirib çıxardı.
Bu da son – nazirin dostu olan, vaxtilə dələduzluğa görə həbs edilmiş dərslik müəllifi Kamran Əsədov Azərbaycan ərazilərini “Böyük Ermənistan”ın tərkibində göstərir, erməni mətbuatına göydəndüşmə hədiyyə verir, gələcək nəsillərə qarşı tarixi cinayətə imza atır, M.Cabbarovun təmsil olunduğu klanı vurmaq üçün fürsət qazandırır…
Qeyd edək ki, Azərbaycanda tədrisi rus dilində aparılan orta məktəblərdə X siniflər üçün taix dərsliyi qalmaqal yaradıb. “Всеобщая история” (“Ümumi tarix”) dərsliyi ilə bağlı yaranan qalmaqala səbəb saxta erməni ərazisinin təsviridir.
Belə ki, Qədim Roma imperiyasının xəritə toponimlərinin düzgün təsvir olunmamış, xəritədə yanlış olaraq uydurma “Böyük Ermənistan”ın ərazisi təsvir olunub.
Həmin əraziyə Azərbaycan, Türkiyə, İran və Gürcüstan torpaqları qondarma daxil edilib. Qalmaqallı dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Buna görə məsuliyyət daşıyan Təhsil Nazirliyi tənqid edilir.palitika.az