Bu gün təhsilin acınacaqlı halda olmasına rəvac verən qüvvələr, rəhbər vəzifəsinə təyinat zamanı şəxslərin dərindən araşdırılması aparılmadığı əyani subut olaraq gündəmdədir.

Beləki, Sumqayıt şəhər təhsilindəndə yan keçməyən olayların cərəyanında tanınmış məktəb direktorlarından Mehriban Nəcəfovanında adının halanması heçdə təəccüb doğurası hal kimi qiymətlənməməkdədir.

Sumqayıt təhsil ocaqlarına 2016-ilin fevral ayında edilən təyinat zamanı vaxtı ilə 24 saylı məktəbin direktor vəzifəsini icra edən M.Nəcəfovanın 17 saylı məktəbə vəzifəyə gətirilməsidə gölənilməz təyinat deyildi. Əvvəlki fəaliyyət göstərdiyi məktəbən təcrid edilən şəxin gedərkən məni kimsə director kürsüsündən məhrum edə bilməz kəliməsi hələdə qulaqlarda cingildəməkdədir.

Məsələnin əsas mahiyyəti isə bu xanım direktorun arxasında duran şəxslərin hansı maraq daşıması deyil. Məhs M.Nəcəfovanın təhkidlə direktorluq kürsüsünü istəməsinin səbəbləri və bunun üçün verdiyi vədlər və edəcəyi işlərin nədən ibarət olmasıdır.

Onun atdığı addımları sorğu sual edilməyəcəyi vədindən xanım rəhbər bu vədlər sayəsində olacaq ki, valideynlərin qəzəbinə belə tuş gəlməkdən çəkinməyərək gündə bir sifariş etməklə şagirdlərin psixoloji gərginlikdə dərs saatlarını keçirməsinə səbəbiyyət verməkdədir. Hər gün edilən cürbə cür tələblər bitmək bilmir.

Bakunews.az-a daxil olan məlumatda Mehriban Nəcəfovanın təhsil nazirinin deyil Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun tapşırıqların icra etdiyi vurğulanır. İlin əvvəlində Sumqayıt şəhər yaşayış binalarının giriş hissələrinin təmir və qapılarla təmin edilməsi göstərişi verən icra başçısı Mehriban xanımada bir binanın giriş hissəsinin təmir edilməsini tapşırıb.

Mehriban xanım isə rəhbəri saydığı şəxsin göstərişinə əməl edərək şagirdlərdən yığdığı pullar sayəsində binaya yeni qapılar və girişin lüks təmir edilməsini təmin edib. Verilən məlumata görə, bu təmir məsələsində qapıların usta xərcinin və təmir avadanlıqlarına çəkilən xərcin məbləği 15000 manatdır. Təhsil ocağının rəhbərliyin edən və aylıq 400-550 manat maaş alan director hansı pullarla bu təmir işlərini görməyə nail olub.

Paylaş