HAKİMİYYET.AZ-a Laçın rayon sakini Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında Müvvəqəti Məskunlaşmış Xudayarov Baxşeyiş Salyan oğlu tərəfindən şikayət məktubu daxil olub.həmin məktubu nəzərinizə çatdırırıq:
Azərbaycan Respubilkasının Prezidenti
İlham Əliyev Cənablarına
Surəti: Azərbaycan Respublikasının birinci
vitse-prezidenti Mehriban Xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikasının təhsil naziri
Mikayıl Cabbarov cənablarına
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru
Zakir Qaralov Cənablarına
Surəti: Baş prokuroru yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsinin Rəisi
Kamran Əliyev cənablarına
Laçın rayon sakini hal-hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında Müvvəqəti Məskunlaşmış Xudayarov Baxşeyiş Salyan oğlu tərəfindən
ƏRİZƏ
Hörmətli Cənab Prezident Laçın rayon təhsil şöbəsinin müdri Nicat Həsənov məktəblərin
2017-2018 tədris ilinin şəbəkələrini direktorların istədiyi kimi(sinif kompleklərini normadan artıq saxlamaq) təsdiq etmək üçün direktorların hər birindən 1500-2000 manat rüşvət alıb. Məktəb direktorları bu vəsaiti müəllimlərdən kütləvi şəkildə toplayıblar.Müəllimlərin mütləq əksəriyyəti buna etiraz etsədə direktorlar dərs saatarının az olcağını dilə gətirərək müəllimləri susdura biliblər. Təhsil nazirliyi yoxlama aparsa N.Həsənovun Təhsil haqqında Qüvvədə olan normativ hüquqi aktların tələblərini pozaraq ümumtəhsil məktəblərində sinif komplektlərini normadan artıq saxlanılması üçün direktorlara 3-4 uşağın adına heç bir istisna olmadığı halda şəbəkə tutdurub sinif saxladığı aşkar olar.
N.Həsənov Bakı şəhər orta ümumtəhsi l məktəblərdə oxuyan 9, 10,11-ci sinif şagirdlərinin hər birindən 500 manat rüşvət alaraq Laçın rayonunun Bakı Şəhərində yerləşən 50-dən çox orta ümumtəhsil məktəblərinin 9,10,11-ci siniflərinə qəbul edib və N. Həsənov bu şagirdlərin hər birindən direktorlar vasitəsi ilə bir tədris ili üçün 1000 manat rüşvət alaraq məktəbdə dərs məşğələlərində iştirak etməmələri üçün şərait yaradır .Bu şagirdlər reptitor yanında hazırlaşırlar Cənab Mikayıl Cabbarov Şəxsi rəhbərliyi altında araşdırma aparılsa N.Həsənovun 2017-2018-ci tədris ilində 100-dən çox belə şagird qəbul edib və məktəbə gəlməmələri üçün şərait yaratdığı aşakar olar.
Təhsil nazirliyi tərəfindən LRTŞ-inə verilən kitabların 30-40 faizi məktəblərə verilib qalan 60-70 faizi təhsil şöbəsinin müdri N.Həsənov tərəfindən kitab mağazalarına satılıb.
Təhsildə hər bir islahat LRTŞ-də böyük korrupsiya mənbəyi deməkdi.Müəllimlərin diaqnostik qiymətləndirlməsində aşağı nəticə göstərən müəllimlərə dərs saatları rüşvət qarşılığında verilir.Təhsil nazirliyi araşdırma aparsa müəllimlərin diaqnostik qiymətləndirlməsində 10 baldan aşağı nəticə göstərən müəllimlərin 24-36 saat dərs tədris etdiyi aydın olar.
Cənab Prezident Sizin hər dəfə korrupsiya qarşı mübarizə ilə bağlı çıxşlarınızda İctimai nəzarətin gücləndirilməsi üçün vətəndaşları bir daha fəallığa səsləməyiniz və bu nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə qalib gəlməyin mümkün olmayacağını deməyiniz biz vətəndaşları cəsarətləndirsədə Sizin korrupsiya və rüşvətxolrluğa qarşı ciddi mübarizə apardığınız bir dövürdə Laçın rayon təhsil şöbəsində korrupsiya və rüşvətxolruğun belə asan tuğyan etməsi biz vətəndaşları təəccübləndirir!!!
Cənab Prezident bəzi yüksək rütbəli məmurlar üçün Laçın rayon təhsil şöbəsi gəlir mənbəyidi. Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyevin rəhbərlik etdiyi komissiyanın Laçın rayon Təhsil Şöbəsində apardığı 12 ilin maliyyə yoxlamaları zamanı ciddi maliyyə pozuntularına yol verildiyi və Nəticdədə dövlətin 10 milyon manatdan çox vəsaitinin mənimsənildiyi aşkarlanıb.Lakin Ədalət Nəbiyev Şəxsi maraqlarını dövlətin maraqlarından üstün tutaraq 7 aydır(Mart ayının 1-indən) yoxlamanın nəticələrini korrupsiya dəftərində saxlayır.