Ölkədə təhsil siyasətini uğurla həyata keçirən Təhsil Nazirliyi öz işini cənab prezidentin təhsilin inkişafı üçün qarşıya qoyduğu tələblərə müvafiq şəkildə aparır. Belə ki, son zamanlar ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb.
Amma çox təəsüf ki,Bu gün ölkənin təhsil sahəsində yaranan problemlər hələ də qalmaqdadır.
– Şübhəsiz ki, problemlər çoxdur. Çünki təhsil o qədər çoxşaxəli, çoxəhatəli və mürəkkəb bir prosesdir ki, onu hər tərəfdən qeyri-adi dərəcədə düzgün tənzimləmək mümkün olmur. Ümumiyyətlə, bu qədər ciddi tapşırığa , deyilən ciddi tələblərlə ölçü götürülməyinə baxmayaraq,təhsil sistemi ilə bağlı bütün rayonlardan daxil olan şikayət var.
Orta məktəblərin bədbəxtçiliyi ondan ibarətdir ki, aşağı siniflərdə dərslər lazımı səviyyədə keçirilmir. Çox asan şəkildə deyilir ki, onsuzda 10, 11 siniflərdə repetitor yanina gedəcək bütün dərsliyi öyənəcək.
– Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış imtahanlarının nəticələrini təhlil edərkən 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlərin, hətta oxumaq və yazmağı bacarmayanların olduğunu aşkarlayıb. Bu problemi kimin ayağına yazmaq olar?
– Əgər təhsildə ciddi islahatlar etmək, keyfiyyətə nail olmaq istəyiriksə, bunu orta məktəblərdən əldə etmək lazımdır. Çünki hamı orta məktəbdə oxuyur. Yəni adamı vətəndaş edən, ona savad verən orta məktəbdir. Ali məktəb ixtisas verir. Ali məktəbə də şagirdlərin bir hissəsi gəlir. Orta məktəbdə insan təxminən necə formalaşırsa, sonrakı həyat yolu ali məktəbdə də ona bənzər şəkildə davam edir. Məncə orta məktəblərin fəaliyyətinə qeyri-adi dərəcədə ciddi nəzarət olmalıdır. İndicə sadaladığım səbəblər orta məktəblərin zəif olmasının da səbəbləridir.
Uşaqların çox böyük hissəsi, hətta, ən kasıb ailələr uşaqlarını bir neçə fəndən repetitorla hazırlamağa çalışırlar.
Övladı bu il 10-cu sinfə getməliydi….amma müəlliminin valideynlə pul haqq hesabına görə şagird 10 il oxuduğu məktəbə getməkdən imina etdi…səbəb nədir?
RİA24.az saytının elektron ünvanına gələn müraciətdə deyilir:
Valideyn Aynurə xanım.
-Suraxanıı rayonu Bül-bülə qəsəbəsində 327 n-li məktəbdən övladımı çıxartdım. Səbəb qızımın 10-cu sinif rəhbərinin kobud rəftarı, valideynlər içində qızımın hazırlıq pulunu 2 gün gecikdirməyimdən müəllimin bizi təhqir etməsi olub.Valideyn israrla qeyd edirki, pul yığımlarına qatılmaqdan imtina edənlərin övladlarına qarşı məktəbdə “düşmən mövqeyi” sərgilənir.
Belə ki, azərbaycan dili və ədəbiyyat fənn müəllimi Gülnar müəllimə dərs vaxtı şagirdlərə heç bir dərsliyi öyrətmir və əvəzində gəlin evimdə sizi hazırlayım deyir. Aydındır ki, repetitor yanına gedən şagirdin gün ərzində hər gün məktəbə gəlməyə vaxti olmayacaq. Gecikir və ya axşam saatlarına düşür. Bunun üçün də hələ yeni tədris ili başlamamış Gülnar müəllimə hazırlıq üçün şagirdləri toplayır, həftədə iki dəfə dərsdə gəlmək üçün ayda 50 manat , həftədə 1dəfə gəlmək üçün ayda 100manat, heç gəlməmək üçün isə il ərzində cəmi 1500 manat məhz direkor müavini Yeganə xanımın dəqiq tələblərini valideynlərə çadırır. Hətta məktəbin direkoru Roza xanım təzədi, bütün işlər məhz müavin xanım Yeganə xanıma həvalə edilib. Hansı valideynin imkanı var razılaşıb, bizim isə o pulu vermək imkanımız olmadığını bildırəndə isə bizə dedi ki, onsuzda siz keçən il də ödəməni gecikdirirdiniz, bu il heç gəlməsin qızınız. Belə çıxılmaz durumda mən müəlliməyə dedim :
– Bəs sinifdə heç dərs keçilmir, bütün sinif hazırlığa gedir, mənim qızım necə olsun?
-Gülnar müəllimə dedi ki, sizin səviyyəyə uyğun gəlmir bu məkəb, apar qızını başqa məkəbə, başqa müəllimin yanına …
Təhsil Nazirliyinin bu haqda məlumatı olsa bu rüşvətxorluğun qarşısı alınar, kasıbında balası təhsil alar…
Hətta valideynlə müəllimənin WhatsAPP yazışmasından da Azərbaycan dili müəlliminin bu tərzdə valideynə yazdığı” sms” –ləri görüncə adı çəkilən məktəbdə nələr baş verdiyini aydın şəkildə görmək olur. Şagirdin valideynini aşağılayan , səviyyəcə aşağı təbəqə olmasını vurğulayan ifadə heç kimə, ən əsası da yüzlərlə şagirdə təlim-tərbiyyə, təhsil verən müəllimə yaraşmayan sözlərdi.
Ria24.az saytı olaraq bu məsələ ilə bağlı adı çəkilən 327 n-li məktəbdə olduq. Gəlişimizin məqsədini bildirəndə məktəbin yeni təyin olunmuş direktoru Roza xanım İsmayılova bu haqda məlumatsız olduğunu vurğuladı. Yeganə xanım isə 10cu sinif şagirdinin psixologiyasına zərər vuran ,adı çəkilən Gülnar müəlliməni nədənsə məsələ ilə bağlı heç dinləmədi və bizimlə görüşməyə imkan vermədi. Çünki deyiləcək söz yox idi. Hər şey aydın şəkildə anlaşıldı.
PS: Adı çəkilən məktəbdə məhz Müəllimlərin peşə bayramı günündə olduq “Sizin övladınızın oxuduğu sinifdə müəllimlər günündə pul yığıldı” sualına biri müsbət, digəri isə mənfi cavab verir və bir-birinə baxıb təbəssüm edən valideynlərdən biri dedi, “Pul verməyə imkanım olmadı TORT bişirib gətirdim. Neyniyim bilirəm ki, övladım sabah pərt olacaq, 20 manat verməyə bizim imkanımız olmadı. Heç bir gəlir yerimiz maaş alanımız yoxdu…Pul verməyən uşaqlara qarşı fərqli münasibət var. Yaxşı davranmırlar, qiymətini aşağı salırlar.”