Ağcəbədidə hərbi hissələrdən birində baş verən qanunsuzluqlar və korrupsiya halları barədə ictimayyətə geniş məlumat vermişdik.

Qeyd etmişdik ki, Ağcəbədidəki N saylı hərbi hissənin Rabitə bölüyünün komandiri Rövşən Əməşov baş leytenantlar Natiq Nəsibov və İslam Atakişiyevlə birlikdə qanunsuzluq edirlər.

Onlar hər ay gizir heyətindən 40-50 manatdan pul yığırlar.

Adın qoyurlar ki, guya Müdafiə Nazirliyindən, yaxud korpusdan yoxlama gəlib. Onları yaxşı “qarşılayıb”, yaxşı “yola salamaq” lazımdır.

Bu 3 zabitin hər ay bu səbəbdən qeyri-qanuni ,əlavə 1000 manat gəlirləri olur.

Əməşov və onun tağım komandirlərinin əmrinə tabe olmayan gizirlər, “maxe”lər ən ağır söyüşlərlə təhqir olunur, sıxışdırılırlar.

OperativXeber.az bildirir ki, bu əsnada “RealMedi.az”-a məlumat verən mənbə bildirir ki,hadisə ilə bağlı artıq hərbi hissədə daxili araşdırmalara başlanılıb.

Daxili araşdırma zamanı sadaladığımız faktlar təsdiqinui tapıb. İzahatları alınan “maxe”lər rüşvətalınma faktının olduğunu izahatlarında veriblər.

Aldığımız məlumata görə Füzuli hərbi prokuroru məzuniyyətdə olduğuna görə hələ ki, toplanmış iş materialları hərbi prokurorluğa göndərilməyib.

Realmedia.az-a verilən məlumata görə daxili araşdırmanın dəqiq aparılması barədə korpus komandiri ,general Mais Bədirxanov şəxsən əmr verib.

Bildirilir ki, o əsgərdən rüşvət alan, incidən zabitləri heç vaxt bağışlamır.

Qeyd edək ki, Mais Bədirxanov aprel müharibəsinin qəhramanlarından biridir. (RealMedia.az)

Paylaş