Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qohumu olan Ucarın icra başçısı Mənsur Məmmədov əhaliyə “divan tutur”
Palitika.Az-ın məlumatına görə, icra başçısı camaatın sosial problemləri ilə maraqlanmır.
M.Məmmədovdan şikayətlər kütləvi şəkildə Prezident Administrasiyasına ünvanlanır. Onun dekabrın 15-dən sonra vəzifədən gedəcəyi gözləniləndir. Çünki prezident həmin tarixdə RİH başçılarının arayışının təqdim olunmasını tələb edib.
Keçmiş nazirin başçı qohumu isə insanları narazı salırlar və adi problemləri həll eləmir. Məsələn, Ucarın Pambıq Zavodu 16 mənzilli binanın sakinləri ölkə başçısı cənab İlham Əliyevə müraciət ediblər.
Müraciətdə deyilir: “Bu binada 16 ailə, 72 sakin yaşayırıq. Bina 1987-ci il tarixdən inşa edilsədə burada qaz, içməli su və telefon xətti yoxdur. Buna görə biz sakinlər çox-çox əziyyət çəkirirk.
Qaz olmadığı üçün qışda ancaq odundan, elektrik sobasından istifadə etmək məcburiyyətində qalmışıq. Bu isə bizə çox zülm verir. Baxmayaraq ki, qaz xətti binamızın yaxınlığından keçir ancaq aidiyatı qrumlar heç bir tədbir görmürlər”.
Sakinlər qeyd edirlər ki, içməli su da yoxdur ki, buna görə içməli suyu mağazadan alırlar:“Yuyunmağa, paltar yumağa və sairə işlərdə isə murdar, bulanıq, mikroblu kanalizasiya suyundan istifadə etmək məcburiyyətində qalmışıq. Buna görə dəri xəstəliklərinə yoluxmalar baş alıb gedir.
Palitika.Az-ın xəbərinə görə, M.Məmmədov villasında, lüks maşında, işığı, suyu, qazı olan şərait yaşayır, naharı restoranda, şamı başqa bir restoranda edir. Ancaq həmin bina sakinlərinin problemləri vecinə deyil.
Bu haqda dosye.org yazıb ki, çox çıxılmaz və təhlükəli bir vəziyyətdə yaşayan bu binanın sakinlərinin çoxsaylı ərizələrinə, müraciətlərinə baxan yoxdur. Sanki bu binanın sakinləri dövlət və aidiyyatı orqanlar tərəfindən unudulublar.
Uzun müddətdir ki, bu binada 16 ailə yaşasa da telefon çəkilməyib. Baxmayaraq ki, telefon xətti binanın qarşısından keçir. Ucar rayonunun ucqar kəndlərinə belə telefon xətti çəkilsə də, onlar bu hüquqdan məhrum edilib.
“Evlərimizdə azyaşlı, körpə, məktəbli uşaqlarımız, qocalar və xəstələr var. Bu binada qazın, suyun və telefonun olması zəruri olsa da aidiyyatı orqanlar heç bir tədbir görmək istəmirlər. Müasir, inkişaf etmiş Azərbaycanda onun 72 nəfər vətəndaşının yaşam tərzini görən olsa dəhşətə gələr.
Cəmiyyətdən və sosial qayğılardan təcrid olunmuş bu 16 mənzilli binanın sakinləri ümüdlüyük ona görə ki, Azərbaycanın İlham Əliyev kimi mərhəmətli prezidenti və Mehriban Əliyeva kimi qayğıkeş birinci vitse-prezidenti var.
İndi hörmətli prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın ən ucqar kəndlərinə belə qaz çəkilmiş, içməli su ilə təmin edilmişlər və telefon xətti ilə təmin edilmişdilər”.
Biz bu problemlərin həll edilməsi üçün Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya mətbuat vasitəsi ilədə müraciət edirik. Hörmətli Prezident ! Hörmətli Mehriban xanım !
Sizdən çox-çox xahiş edirik Ucar şəhəri Pambıq Zavodu 16 mənzilli binaya qaz, içməli su və telefon xəttlərinin çəkilməsi üçün müvafiq orqanlara tapşırıqlar verəsiniz, bizi bu zülmdən, əziyyətdən qurtarasınız.
İmza: Ucar şəhəri Pambıq Zavodu 16 mənzilli binanın sakinləri
1.Əhmədov Teymur Soltan oğlu (055) 397-94-40 2.Bayramov Vüsal Məhəmməd oğlu 3.Mikayılova Sevda Mirzəhüseyn qızı 4.Məmmədov Murad Sahil oğlu 5.Bayramova Ülviyyə Gündüz qızı 6.Gözəlova Zeynəb Arif qızı 7.Məmmədova Aygün Qabil qızı 8.Məmmədov Azər Həmid oğlu 9.Əhmədova Günel Soltan qızı 10.Beydullayev Suliddin Firuddin oğlu 11.Beydullayeva Şəhla Əlihüseyn qızı 12.Beydullayev Sərxan Suliddin oğlu 13.Beydullayeva Xəyalə İlqar qızı 14.Məmmədov Aygün Qabil qızı 15.Beydullayev Rafael Faiq oğlu 16.Beydullayeva Nahidə Ağamirzə qızı 17.Gözəlov Əlislam Məhərrəm oğlu 18.Gözəlov Seymur Əlislam oğlu 19.Gözəlova Sevda Mirzə qızı
KORRUPSIYA.AZ