Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev ad günü ilə bağlı sahibkarlardan “haqq” yığır

Belə bir iddia ilə xalq.az saytı bir qrup sahibkara istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, sahibkarlar rayonda dövlət büdcəsi vəsaiti hesabına görülməli olan işlərə cəlb edildiklərini deyirlər. Hər zaman rayonun abadlıq-quruculuq işlərində məcburi cəlb edildiklərini bildirən şikayətçilər rayonun ümümi işində əllərindən gələni əsirgəmədiklərini də vurğulayıblar: “Hamı səfərbər olub rayonun abadlıq quruculuq işində iştirak edib. Nəticə etibarı ilə umümi iş prinsipi naminə. Lakin bu səfərki “haqq” tələbi rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin doğum günü ilə əlaqədardır. Artıq sahibkarlar və fermerlərə xəbərdarlıq edilib 16 oktyabr üçün Vaqif Abdullayevin doğum gününü təbrik etsinlər. Bunun üçün siyahı tutulacaq. Rayonda istər kiçik, istərsə də böyük sahibkarlıqla məşqul olan hər kəs rayon icra başçısını doğum günü münasibəti ilə təbrik etməlidir. Bu, sadə bir təbrikdən ibarət deyil, hər bir sahibkar özünün fəaliyyətinə görə səbəbkarı təbrik etməlidir. Bu təbrikin arxasında da maddiyyat dayandığı hər kəsə bildirilib”.
Sahibkarlar müraciətlərin sonunda bildirblər ki, belə davam etsə, öz fəaliyyətlərini dayandırmalı olacaqlar.

P.S. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq. (afn)

Paylaş