Nərimanov rayon məhkəməsi hakimi Ramin Quliyev öz verdiyi qərarı təqzib edib.Goranboy İcra başçısı Nizaməddin Quliyevin oğlu məhkəmə hakimi Ramin Quliyev qaçqınların sahibkarlıq fəaliyyətini dayandırılması və yaşayış yerinin söküntüsü ilə bağlı qərar qəbul edib.

Bakı Şəhər İcra Hakimiyyətinin məsləhətçisi qondarma iddianın təmin edilməsi ilə bağlı Cəlal Bağırovun dəstək verdiyi deyəm A.Əsgərova bu qərarın prinsiplər üzərində şəxsi qərəzliklə qəbul edildiyin bildirib. İ.Novruzovun əsasız iddiasının arxasında BŞİH-nin əməkdaşı C.Bağırovun “krışalıq” etdiyi iddia edən vətəndaş Asya xanım qeyd edir ki, eyni ərazinin 2 metrlik yaxınlığında qanunsuz tikintinin aparılmasına göz yuman məmur israrla müdafiə etdiyi iaşiə obyekt sahibinə haqq qazandırır.

Sahibkar fəaliyyətiylə məşğul olmağımın o cümlədən yaşadığım evimin sökülməsinə qanunsuz qərar qəbul etmək Ramin Quliyevin nəyinə lazımdır? Artıq Ramin Quliyev Prezidentə və onun verdiyi sərəncamlara qarşı hörmətsizlik nümayiş etdirərək qaçqın və məcburi köçkünlərə qənim kəsilib.

İllərdir el obamızdan ayrı düşərək şəraitsizlik içində yaşayaraq Allah prezidentimizə güc ver bizləri doğma yurdumuza qaytarsın deməmizə dualar etməmizə baxmayaraq Ramin Quliyev kimi hakimlər işin baxılmaması haqda qərardad qəbul etdikdən bir ildən sonra qanusuz müraciəti və iddiası olan şəxsin iddiasını təmin edərək qaçqın düşmüş şəxsin ölümə tərk edilməsi şəraitini yaratmaqdadır.

Hörmətli prezidentimiz İlham Əliyevin qaçqınlarla bağlı verdiyi sərəncamda bu cür deyilir:

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Ermənistanın Azərbaycan Respublikasına hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş və didərgin salınmış insanların taleyi, onların mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi daim dövlətin diqqət mərkəzindədir. Son illər bu istiqamətdə bir sıra ciddi addımlar atılmış, Azərbaycan Respublikası Dövlət Neft Fondunun, dövlət büdcəsinin, donor dövlətlərin və beynəlxalq humanitar təşkilatların vəsaiti hesabına on minlərlə ailə üçün yeni qəsəbələr salınmış, ayrı-ayrı şəhər və rayonlarda müasir tipli evlər və mənzillər tikilib qaçqınların və məcburi köçkünlərin istifadəsinə verilmiş, onların sosial müdafiəsi ilə bağlı çoxsaylı humanitar layihələr və digər tədbirlər həyata keçirilmişdir.

Bu sahədə görülən iri miqyaslı işlərə baxmayaraq, qaçqın və məcburi köçkünlərin böyük bir hissəsi hələ də çadır düşərgələrində, dəmir yolu üzərindəki yük vaqonlarında, yaşayış üçün yararlı olmayan ictimai və tikintisi yarımçıq qalmış binalarda, digər müvəqqəti məskunlaşma yerlərində çox ağır şəraitdə yaşayır və bir sıra sosial problemlərlə üzləşirlər.

Azərbaycanın işğal altında olan torpaqları azad edilənə və didərgin düşmüş vətəndaşlar öz doğma yurdlarına qayıdana qədər çadır düşərgələrində, dəmir yolu üzərindəki yük vaqonlarında və yaşayış üçün yararsız yerlərdə məskunlaşmış soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, onlar üçün iş yerlərinin yaradılmasını və digər sosial problemlərin həllini təmin etmək məqsədilə qərara alıram:

1. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər.

3. Özəl müəssisələrin, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tövsiyə olunsun ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək etsinlər.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti: müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə bu Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin etmək üçün lazımi tədbirlər görsün;
Dövlət Proqramının icra edilməsi ilə bağlı görülən işlər barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyul 2004-cü il № 298

01 iyul 2004-cü il Prezidentin verdiyi bu sərəncam hakim Ramin Quliyevin heçdə rəhbərinb verdiyi əmr kimi deyil qeyri qanuni sənəd kimi xatirəsində qalacaq ki, buda verdiyi qərarla bəyan edilmiş olur.
Əsgərova Asya Qasım qızı iddia edir ki, məhkəmə qanunsuz olaraq onun sahibkarlıq fəaliyyətini dayandırılması ilə bağlı hökmü qərəzli yanaşmadır. Vəzifəsindən sui-istifadə edərək mənim 1992-ci ildən qaçqın düşdüyümüz dövrdən bu ərazidə ailə üzvlərimlə məskunlaşmışam. Buna baxmayaraq hakim Ramin Quliyev əlimdə olan qanuni sənədlərimin olmasına baxmaq bunları görməzdən gələrək qərar qəbul edib. Özüm ailə üzvlərimlə birlikdə Ermənistandan məcburi köçkün, bacım Bəşirova Lətifə Qasım qızı Şuşa rayon məcburi köçkün düşmüşük.
Novruzov İntizam Nəriman oğlu qanunsuz tələbi ilə bağlı Nərimanov rayonuna iddia qaldırıb. Etdiyi iddianın baxılmamış saxlanılması ilə bağlı Nərmanov Rayon Məhkəməsinin hakimi Ramin Quliyev 25 iyul 2016-cı il tarixli, 2(005)-508/16 saylı qərardad imzalayıb.
“Qərarda iddiaçı Novruzov İntizam Nəriman oğlunun cavabdehlər Əskərova Asya Qasım qızına və Bakı şəhər İcra hakimiyyətinə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.”
Baxılmamış saxlanılan iddia ərizəsini qarşı tərəf yəni, İntizam Novruzov 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
İddiaçı Novruzov İntizam Nəriman oğlunun cavabdeh Bakı şəhəri Nərimanov Bələdiyyəsinə qarşı, Əskərova Aysa Qasım qızı və Bakı Şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb olunmaqla “müqavilənin etibarsız sayılması” tələbinə dair ərizəsi üzrə işə 16 fevral 2017-ci il tarixində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin binasında (Bakı şəhəri Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi 8) açıq məhkəmə iclasında baxılıb.
Məhkəmə iclasında baxılan işin qanunla iddiaçının yəni Novruzov İntizam Nəriman oğlunun tələbinin qanun zidd olması qərara alınaraq iddianın mümkünsüz sayılması haqqında qəradad vermişdir. Verilən qərardad İPM-nın tələblərinə uyğun olaraq qərara alınmışdır.

2 saylı İnzibati-İqtisadi Məhkəməsi 2-1(82)-1253/2017 iş üzrə hakim Mustafayev Etibar Mustafa oğlunun sədirliyi ilə qərardad verərək iddianın mümkün sayılmaması ilə bağlı qərarın qarşı tərəfin narazılığına səbəb olub.

Amma İ.Novruzovun məhkəmənin verdiyi qərardad da göstərilən 10 (on) gün müddətindən deyil, 2-3 ay sonra yenidən narazılığın bildirərək öz qanunsuz əməlinə Nərimanov Rayon Məhkəməsinin hakimi Ramin Quliyevidə alət etdi.

Beləki qanuni fəaliyyətim və qaçqın olaraq yaşadığım bu ərazini vergi ödəyicisi olduğum halda mənə qarşı iddiaçı İşgüzar fəaliyyətimə maniə yaratmaq üçün Ramin quliyevlə əlbir olaraq qanunsuz qərar qəbul edərək mənim ərazini boşaldaraq tərəfimdən 1997-98 ci il tarixindən olan tikintimin söküntüsünə qərar verib.(press-az.com)

Paylaş