Abbasovların yeni mesajı – şifrəli foto; Sabiq vitse-primyerin Dağıstandakı biznesinə ciddi zərbə – VİP binanın tikintisi dayandırılıb; Rusiya prezidentinin Xəzər regionundakı yeni nümayəndəsi ilə fotolarını yayan Abbasovlar nəyə işarə ediblər?; Onların seçki ilində Kremlə lazım olub-olmadıqları tezliklə bilinəcək…

Baş nazirinin sabiq birinci müavini Abbas Abbasova Azərbaycana qayıtmaq qadağası olduğu məlumdur. 2013-cü ildə Kremlin Azərbaycan hakimiyyətinə qarşı qurduğu “Milyarderlər İttifaqı” adlanan qurumdakı fəaliyyətinə görə ölkəyə yollarını birdəfəlik bağlayan sabiq vitse-primyer hələ də “qaçqın həyatı” yaşayır. Bütün biznesini Türkiyə və Rusiyada quran A.Abbasovun oğlu Aydın Abbasov da Azərbaycanla vidalaşmaq məcburiyyətindədir.

2015-ci ildə deputat mandatını yerə qoymağa məcbur olan A.Abbasov da yalnız ara-sıra ölkəyə gəlir. O, atasının yeni biznes planlarında yer alıb. Məlumdur ki, Ramazan Abdulatipov Dağıstan prezidenti təyin ediləndən sonra Xəzərin o biri tərəfində geniş biznes şəbəkəsi qurub.

2017-ci il oktyabr ayının əvvəlində gözlənilmədən istefaya gedən Abdulatipov “Milyarderlər İttifaqı”nda təmsil olunurdu və bundan əvvəl də A.Abbasovla isti münasibətləri vardı. Abdulatipov vəzifə kürsüsünə yerləşən kimi A.Abbasov da tez-tez onun yanında peyda olmağa başladı. Rusiya mətbuatında bu mübhəm dostluqla bağlı müxtəlif rəylər vardı.  Dağıstan rəhbəri Abbas Abbasovla dostluq münasibətlərinə görə hətta açıq tənqid olunurdu. Məsələn, “Dostunuzu göstərin, kim olduğunuzu deyim” başlıqlı müəllif yazısından sitat: “Dağıstan rəhbərinin dostları sırasında Abbas Abbasov kimi intriqaçı, təxribatçı və burnunu hər yerə soxan bir şəxs varsa, onda onu hansı aqibət gözləyəcəyi bəri başdan bəlli olur. Abbas Abbasov ölkəsi Azərbaycanda da sevilmir. Bu şəxsdən uzaq durmaq lazımdır. Əgər Abdulatipov yaxın vaxtlarda Abbasovla dostluğuna son qoymasa, onun ”papağı” yerə düşəcək”.olke.az

Paylaş