Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci ləğv oluna bilər

Palitika.Az-a daxil olan məlumata görə, Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisaslı təhsil müəssisəsinin lisenziyasının dayandırılacağı gözlənilir. Kollecin adı diplom alveri, rüşvət, qanunsuz tələbə köçürməsi işlərinə qarışıb.

Azərbaycan Beynəlxalq Universiteti kimi Bərdə DİTK-nin də lisenziyasının ləğvi istisna edilmir. Eyni zamanda Təhsil Nazirliyi tərəfindən aparılan struktur islahatları nəticəsində kolleclər, peşə məktəbləri birləşdirilir.

Sözegedən kollecin də başqa təhsil ocağına verilməsi mümkün versiyadır. Kollecdəki rüşvət və korrupsiya halları, özbaşınalıqlar, maxinasiya, mənimsəmə faktları, dərsdənyayınma, biabırçı insidentlər, müəllim-direktor qarşıdurmaları pik həddə çatıb.

Direktor fəaliyyətində özbaşınalıqlara geniş yer ayırmış Xaləddin Ələkbərova iştahası üstün gəldiyi üçün təhsili bir tərəfə atıb, pulu qucaqlayıb.

İddialara görə, Xaləddin Ələkbərov tələbələrdən hər semestrin sonunda imtahan və məqbulları “həll etmək” üçün rüşvət yığdırır.

Pul verməyən tələbələri qəsdən sıxışdırır və sonucda “tərləməyə” məcbur edirlər. Bundan əlavə, direktor bəzi tələbələrlə korrupsiya sövlələşməsinə girərək, onları ümumiyyətlə dərslərdən və imtahanlardan yayındırır.

Kollecin ştat cədvəlində elə şəxslərin adları var ki, heç ümumiyyətlə bu təhsil müəssisəsinin yolunu belə tanımırlar. Xaləddin müəllim onların maaşlarını rahatlıqla mənimsəyir.

Kollec rəhbərliyi vaxtaşırı öz fəaliyyətini ayrı-ayrı xəbər portallarında təriflədir.

Bununla “gözə kül üfürməyə” çalışan kollec direktoru tələbələrin və ictimaiyyətin guya orda nələr baş verməsindən xəbəri olmadığını fikirləşir.

Ancaq bütün bunlara rəğmən heç kim onlara “gözün üstündə qaşın var”demir. Kollecdə tələbələrin haqqını tapdalayırlar, valideyinlərini də övladlarının kollecdən atılması adı ilə hədələyib, rüşvət verməyə təhrik edirlər.

Bildiyimiz kimi, Təhsil Nazirliyi məktəb və kolleclərə ayrı-ayrı illərdə təmir olunması məqsədilə vəsait ayırır.

Amma kollecə baxılan zaman açıq-aydın görünür ki, həmin vəsaitlər kollecin təmirinə yox Xaləddin Ələkbərovun cibinə gedib.

Tələbənin bildirdiyinə görə kollec rəhbərlərinin bu əməllərinin belə cavabsız qalma səbəblərindən biri və birincisi Təhsil Nazirliyində olan havadarları hesabınadır.

Çünki Təhsil naziri Mikayıl Cabbarovun korrupsioner və rüşvətxor təhsil işçilərinə münasibəti bəllidir.

Sadəcə Xaləddin Ələkbərovla bağlı gələn şikayətləri nazirin xəbər tutmaması üçün dəridən qabıqdan çıxanlar da var. Təbii ki sözügedən direktor da havadarlarını vaxtı – vaxtında “yemləməyi” bacarır.

Paylaş