Qobustan rayon Mərkəzi xəstəxanasının tikintisi üçün ayrılan dövlət vəsaiti mənimsənilib.
Bu barədə dosye.org-a məlumat verən mənbə vurğulayır ki, ölkə başçısı cənab İlham Əliyevin xəstəxananın tikintisi üçün dövlət büdcəsindən ayırdığı 7 milyon manat vəsaitin bir qismi yoxa çıxıb.
Maraqlısı budur ki, prezidentin sərəncamından sonra xəstəxananın tikintisi sürətlə davam edirdi. Qobustan sakinlərinin sevinci sözünhəqiqi mənasında yerə-göyə sığmırdı. Lakin məlum olmayan səbəblərdən xəstəxananın tikintisi qəflətən dayandırılıb. Əslində, xəstəxananın tikintisinə ayrılan dövlət vəsaiti bəzi məmurlar tərəfindən mənimsənilib. Elə bu səbəbdən 3 ildir ki, xəstəxananın tikintisi yekunlaşmır.
Mənbəmiz iddia edir ki, məsələ birbaşa Qobustan RİH başçısı Adil Məmmədovun nəzarətindədir. Məlum məsələdir ki, icra başçısının əmri olmadan bir kimsə belə rayonda “çop qurdalıya” bilməz. Deməli, yuxarıda qeyd edilən neqativ olay A. Məmmədovun ixtiyarındadır. Məhz xəstəxananın tikintisi üçün ayrılan 7 milyon manat başçının “kölgəsindədir”. Məsələ bu cür davam edərsə Qobustanlıların arzusu gerçəyləşməyəcək. Bunlardan əlavə icra başçısının gəlirli sahələri haqda kifayət qədər məlumatlar əldə etmişik. Növbəti yazılarımızda daha ətraflı məlumat əldə edəcəksiniz. Bizi izləməyi unutmayın.
Teref.info olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.info