Palitika.Az-a İmişlidən məktub yazıblar. “1970-ci ildən bəri kolxoz təsərrüfatının nəzdində heyvandarlığın inkişafı üçün bizə verilən torpaq sahəsi əlimizdən alınıb. 

İndi təyinatı dəyişərək əkin və digər istehsal sahəsi üçün başqa böyük şirkətlərə verilir. Dədə-babadan bu yerlərdə qoyunçuluq və maldarlıq inkişaf etdirilib. Amma ərazilər əlimizdən alınıb”,-deyə bildirilir.

Deyilir ki, İmişlinin keçmiş Lenin adına kolxozun balansında olan islahatdan sonra Aranlı islahat komissiyasının qərarı və İmişli Rayon İcra Hakimiyyətinin sərəncamı ilə camaata verilən torpaq sahələri əllərindən alınır və məmurlardan birinin şirkətinə verilir.

Bu məsələdə İmişli icra başçısı Vilyam Hacıyevin rolunun olduğu bildirilir. O, məmurlara torpaqları peşkəş edib.

İslahat aparılarkən keçmiş Lenin adına kolxozun 380 hektar torpağı örüş məqsədilə Aranlı kənd sakinlərinin ümumi istifadəsində saxlanılıb. Amma sakinlərin naxırı örüş sahəsinə buraxmayıb.

Bu, kəndin əksər sakinlərində narazılıq doğurur. Heyvanları yola çıxartdıq ki, naxır zəbt olunan örüş yerinə buraxılsın.

  İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyevin fermerlərə, sahibkarlara qarşı münasibəti ortadadır. Bu icra başçısı iş adamlarına əlavə problemlər yaratmaqdan başqa sanki heç nə bilmir.

Qanuna yox, daşıdığı vəzifəyə arxalanan icra hakimi sahibkarlara zülm etməklə onlarda dövlətə qarşı inamsızlıq yaradır.

Belə ki, icra başçısı Vilyam Hacıyev bu vaxta qədər çox sahibkarın haqqını tapdayıb, onların pulunu verməyib.

Məsələn, başçı iş adamı Cavanşir Əsgərovla rayonun Heydər Əliyev prospektində 54 min manat qarşılığında təmir və abadlıq işlərinin görülməsi ilə bağlı razılaşma əldə edib.

Sonuncu da razılaşmaya əsasən adıçəkilən küçənin təmir işlərini həll edib. Öncədən icra başçısı iş adamına söz verib ki, təmir işləri bitəndən sonra onun pulunu ödəyəcək. Lakin o, bu sözünə tam əməl etməyib.

Cavanşir Əsgərov deyib ki, təmir və abadlıq işlərinin ümumi xərci 54 min manat olub. İcra başçısı isə cəmisi 30 min manat pul ödəyib.

2006-2012-ci illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Vilyam Hacıyevin orada da “at oynatdığı” deyilir.

O zaman cənab Hacıyevin nəzarətində iri torpaq sahələri, imarətlər, biznes obyektlərinin olduğu samuxlulara gizli deyilmiş.

Samux sakinləri bildirilər ki, V.Hacıyevin bu qədər əmlakı yerli camaatda qıcıq yaratdığından o, əhalidə rayon rəhbərliyinə qarşı qəzəbi zamanında zərərsizləşdirmək üçün öz mülklərini məhdudlaşdırmaq qərarına gəlib.

Satdığı mülklərin əvəzində V.Hacıyev əldə etdiyi vəsait hesabına Bakı və paytaxt ətrafında dəbdəbəli villalar, geniş torpaq sahələri alıb, biznes qurub.

V.Hacıyevin daha bir nəfərə – Samux rayonunda fəaliyyət göstərən “Samir İstehsal” MMC-nin direktoru Nəsirulla Nəzərova da külli miqdarda borclu olduğu icra başçısı barədə yayılan xoşagəlməz xəbərlər sırasındadır. Qeyd olunur ki, bu borc da sahibkarın Samuxda gördüyü abadlıq işləri hesabına yaranıb.

 
Paylaş