Göyçayda Nar bayramı iştirakçıların “burnundan gətirilib”

Palitika.Az xəbər verir ki, rayon icra hakimiyyəti əməkdaşları hər nar satan piştaxta sahibindən 100-150 manat xərac alıb.

Belə bir iddia ilə Feysbuk istifadəçisi Anar Əhmədov çıxış edib. Onun sözlərinə görə, bayram yarmarkasında təqribən 300-350 piştaxta olub.

Hər piştaxta sahibindən 200 manat alınması böyük bir kapital edir. Eyni zamanda müxtəlif büdcə təşkilatlarından da bayramqabağı pul yığılıb.

Belə desək, RİH-nə Nar bayramı düşərli olub, əhaliyə isə qara gəlib. Çünki bayramdan mənfəətlə çıxan rayon rəhbərliyi olub.

Bu qanunsuzluq və özbaşınalıq gizlədilsə də, sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Göyçayın icra başçısı Mehdi Səlimzadənin icazəsi olmadan belə bir “təşəbbüs”ün irəli sürülməsi inandırıcı deyil. Sadəcə, kimsə bayramda səsini çıxara bilməyib.

Əsası eks- icra başçısı Mübariz Ağayev tərəfindən qoyulan Nar bayramı 12-ci dəfə keçirilib.

Ötən dövr ərzində də müxtəlif pul yığımları, qanunsuzluq halları qeydə alınıb. M.Səlimzadənin dönəmində isə büdcə təşkilatlarından bayram pulu almaq azmış, nar məhsullarını nümayişə çıxarıb çörək pulu qazanmaq istəyənlərdən də rüşvət istənilib.

Tədbirin maliyyə məsələsi “Aznar” ASC rəhbəri, Rusiyada olan milyarder Fərhad Əhmədovun üzərinə düşüb.

İcra başçısı ilə bərabər oliqarx bayramda iştirak edib. Sitat: “Ən gülməlisi odur ki, Fərhadın gəlişi ilə Nar bayramı yaddan çıxdı.

Fərhadın “bəy tərifi” başlandı. Mühafizəçilər, özlərini “görməmiş” kimi aparan şəxslər, Fərhadı qoruyan “gədələr”, polis maşınının müşayiəti və daha nələr-nələr…

Fərhadın özündən razı hərəkətləri, jurnalistlərə və Göyçay camaatına üstdən aşağı baxmağı, başçı ilə hərdən jurnalistlərə baxıb “gülümsəmələri” onu göstərdi ki, bu nar bayramı yox “qara bayram”dır. Tədbirin gəzişməsi bitdi. Göyçayda yerləşən “Şah” şadlıq sarayında böyük bir ziyafət təşkil olundu”.

Sayt yazır ki, respublikanın mötəbərlərindən çox az adam, eks-başçı Mübarız Ağayev tədbirdə olub: 

“Bir neçə saat jurnalistlər içəri buraxılmadı Televiziyaların bölgə müxbirlərinin tədbiri tərk etməsi gözümüzdən yayınmadı. Və nəhayət, qapının ağzında bir yoxsul kütlə gözündə görülən jurnalistlər zala buraxıldı. Başda – bəy gəlin stoluna bənzəyən yerdə, başçı başda olmaqla rayona pul buraxan sahibkarlar üçün xüsusi yer hazırlanmışdı”.

Paylaş