Dünyanın bir çox ölkələrində parlament üzvləri öz gəlirlərini açıqlayır, gəlir deklarasiyalarını təqdim edirlər. Deputat mandatı daşıyanlar arasında məşhur holdinq rəhbərləri, milyonçular və iş adamlarına da rast gəlmək mümkündür. Amma Azərbaycan Parlamentinin üzvlərinin gəlirləri ictimaiyyətə məlum deyil. Deputatlarımız arasında milyonçuların olub-olmaması da bəlli deyil. Buna baxmayaraq mətbuat kluarlarında qeyri-rəsmi olaraq deputatlarımızın gizli saxladıqları biznesləri ilə bağlı müxtəlif məlumatlar yayılır. Onu da qeyd edək ki, Azərbaycan qanunvericiliyi deputatların biznes fəaliyyətini birmənalı şəkildə qadağan edir. Bu vaxta qədər bu məsələyə göz yumulsa da, cumhuriyyet.az olaraqəldə etdiyimiz məlumata görə, dövlət idarəçiliyində aparılan köklü islahatlat 2020-ci il parlament seçkilərinə də təsirsiz ötüşməyəcək və daha çox “lal deputatlar” kimi tanınan biznesmen mandat sahibləri parlamentdən kənarda qalacaq. “Qələmi qırılacağı” ehtimal olunan deputatlar sırasından bu dəfə 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən mandat almış, Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənovun aqibətindən bəhs edəcəyik. Bildirək ki, M.Həsənovun deputatlıqla vidalaşacağı halda bunun səbəbləri sırasında onun passivliyi, biznesmen olmasından daha çox siyasi məqamlar diqqətə alınmalıdır.
Deputatın beynəlxalq ifşası
Bir müddət öncə Beynəlxalq araşdırmaçı jurnalistlərdən ibarət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) yayılan son araşdırmasında diqqətdən kənarda qalan daha bir fiqurun – Malik Həsənovun da adı keçirdi. Biz cumhuriyyet.az olaraq həmin araşdırmaya yenidən nəzər yetirərək bildirirrik ki, Çexiyanın Praqa və Marinask Lazne şəhərlərində daşınmaz əmlak və otellər alan tanınmış azərbaycanlılar arasında 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən mandat almış Malik Həsənovun da adı var. Hər iki çex şəhərində bahalı malikanələrə sahiblənmiş komitə sədrinin deputat qardaşının bu pulları hardan əldə etdiyi sirr deyil – millət vəkilinə qadağan edilmiş biznesdən…
Bu faktın məhz OCCRP tərəfindən üzə çıxarılması təsdiqləyir ki, təkcə M.Həsənovun yox, qardaşı K.Həsənovun da Avropada daşınmaz əmlakları var. Həsənovların oliqarx həyatı korrupsiya pullarının hesabına mümkünləşib. Beynəlxalq araşdırmaçıların ortalığa qoyduğu faktlar göstərir ki, Həsənovlar prezidentə qarşı Qərbdə başlamış kampaniya üçün tutarlı arqumentlər veriblər. Əgər Həsənovlar Avropada mal-mülk sahibi olmasaydılar, korrupsiya pullarına varlanmasaydılar beynəlxalq dairələrin ölkəmizin imicinə zərbə vuran bu halları tirajlamazdı.
Eldar Mahmudov faktoru və MTN əlaqələri
Malik Həsənovun adının keçməsi ondan xəbər verir ki, başqa deputatlardan fərqlənir. Lakin o da deyilməlidir ki, M.Həsənov təkcə qardaşının sayəsində mandat sahibi olmayıb. Onun MTN şefi Eldar Mahmudovla əlaqələrinin olduğu barədə zaman-zaman mediada iddialar tirajlanıb. İddialara görə, o, Mahmudovun siyahısından parlamentə düşmüşdü. Bununla bağlı cumhuriyyet.az olaraq yyılan məlumatları olduğu kimi diqqətinizə çatdırırıq: “Malik Həsənovun 2015-ci ildə keçirilmiş parlament seçkilərində də YAP-ın siyahısına adının düşməsinin səbəbkarı elə sabiq MTN şefi Eldar Mahmudov olub. Malik Həsənovun yenidən namizəd olaraq, mandat qazanmasına seçkilərdən xeyli əvvəl Mahmudov təminat verib. O zaman YAP rəhbərliyindən israrlı şəkildə xahiş edib ki, Malik Həsənovu da siyahıya salsınlar və seçilməsinə yardımçı olsunlar”.
Elə bir müddət əvvəl komitə rəhbəri Kərəm Həsənovun Eldar Mahmudovla işbirliyinin üzə çıxması və mətbuat səhifələrini bəzəməsi Həsənovların “quyruğunu qapı arasında” qoymuşdu. Media emissarları hesabına MTN-lə işbirliyini ört-basdır etməyə çalışan K.Həsənov siyasi iqtidarın qəzəbindən özünü qorumağa müvəffəq oldu. Çünki onun postundan getməsi ilə yanaşı həbs təhlükəsi var idi. Odur ki, bəzi media dostlarının xahişi ilə Həsənovlar barəsində məqalələrə ara verilmişdi.
Komitə sədri qardaşının Cəlilabad hökmranlığı
Malik Həsənovla bağlı qalmaqalların əsas ünvanlarından biri də Cəlilabad rayonudur. Ölkə parlamenində mandat qazanmış bir çox depuatlar təmsil etdikləri rayonlarda söz sahibi olmaqla bərabər bəziləri hətta icra başçısı rolunu oynayır. Belə depuatatlardan biridə 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən mandat almış Malik Həsənovdur. AzMedia.info-ya daxil olan məlumata görə Malik Həsənov Cəlilabada əməli başlı şah obrazı yaradıb. Belə ki, Cəlibaddakı bütün məmurlar ayda bir dəfədə olsa depuatata hesabat verirlər. Hətta depuata Malik Həsənov Cəlilabad rayonuna etdiyi səfərlər zamanı sahib olduğu restoranın qarşısında məmurlar onun pişvazına çıxırlar. Redaksiyanı Cəlilabaddan məlumatlandıran mənbə bildirir ki, rayonun bütün büdcə təşkilatlarınin rəhbərləri icra başçısı Əziz Əzizovla yox, Malik Həsənovla hesablaşırlar və deputatı rayonun əsil rəhbəri kimi qəbul edirlər. Hətta rayonda artıq idarə müdirlərinin təyinatında Malik Həsənovun əsas rol oynadığı qeyd olunur. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı rəst gəlinən məlymatlarda bildirilir ki, büdcə təşkilatlarının rəhbərləri Bakıya səfər etdikləri vaxt mütləq depuatatın qəbuluna gəlirlər və rayonda olub bitənləri icra başçısı Əziz Əzizovun hansı işlər çevirdiyini ona məruzə edirlər. Hətta deputatın rayonda məmurlara qarşı sərt olduğu və icra başçısı Əziz Əzizov başda olmaqla hamısının ondan çəkindiyi deyilir.
Deyilənlərə ən bariz misallardan biri olaraq keçən il Cəlilabad icra başçısının müavini Asif Əzizovun deputat Malik Həsənov tərəfindən döyülməsini göstərir. Həmin vaxt deputatın cavabını qaytaran icra başçısının müavini Malik Həsənov tərəfindən fiziki zora məruz qalmışdı. Deputat başçı müavini ilə dalaşdıqdan sonra Asif Əzizovun məcburi ərziə yazaraq işdən çıxmasını tələb etmişdi. Başçı müavini isə vəzifəsindən getməyəcəyini desə də sonda icra başçısı Əziz Əzizov Asif Əzizovu yola gətirərək işdən çıxmasına razılıq almışdı. Həsənov qardaşlarının «çirkli pulları»nı «yuyan» əsas müəssisə də Beynəlxalq Bankın Cəlilabad filialıdır. Xalası oğlu Xalis Abbasovun rəhbəri olduğu filialda təkcə komitə sədrinin deyil, həmçinin Malik Həsənov və Cəlilabadın icra başçısı Əziz Əzizovun da pulları «yuyulur». Mənbənin bildirdiyinə görə, hər il yüz milyonlarla dollar vəsaiti asanlıqla «təmizləməyi» bacaran filial rəhbəri, bunun müqabilində «payı»nı alır. Maraqlı məqamlardan biri də odur ki, Beynəlxalq Bankın Cəlilabad filialı ilboyu bircə dəfə belə istehlak krediti vermir. Bu filialın yaradılmasının səbəbkarı kimi də komitə sədri göstərilir və bildirilir ki, məqsəd «çirkli pulları» «yuduqdan» sonra onları xaricə transfer etməkdən ibarətdir. İddialara görə, Cəlilabad icra başçısı Əziz Əziovun qardaşları və qohumları Malik Həsənovun tikinti şirkətində işləyirlər. Bu şirkətlərdən biri Əziz Əzizovla şərikli paytaxtın «Papanin» deyilən ərazisində hündürmərtəbəli bina tikintisi ilə məşğuldur. Mənbə bildirir ki, bir neçə il öncə Əziz Əzizov, həmin tikintisi üçün ölkədəki bankların birindən 2 milyon manat kredit götürüb və həmin kredit hazırda tam ödənilmədiyi üçün problemli kredit hesab olunur.
***
Bir sözlə hazırki, durumda Eldar Mahmudov kimi dayağını itirdikdən sonra yeganə dəstəyi Kərəm Həsənovdur. K.Həsənovun MTN-ə həbslər sifariş etdiyi, E.Mahmudovun vasitəsilə rəqiblərini və düşmənlərini sıradan çıxarmağa çalışdığı barədə də təsdiqini tapmış faktlar var. Habelə, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin “vurulmasında” iştirakı, onun karyer yüksəlişinə səbəb olan həmyerlisi əleyhinə istintaqa ifadə verməsi, keçmiş nazirin yenidən biznesə qayıtmasına “yaşıl işıq” yandırılması K.Həsənova yaxşı perspektiv vəd etmir. Siyasi iqtidarda həmyerlisi əleyhinə istintaqa ifadə vermiş, MTN-lə əlbir olmuş məmura heç də birmənalı münasibət göstərilmir. Komitə rəhbəri isə gedəcəyi halda Malik Həsənov üçün bu, sonuncu parlament fəaliyyəti olacaq.