Xəbər verdiyimiz kimi, bu gün Bakıda Yol Patrul Xidmətinin (YPX) əməkdaşları reyd aparan zaman Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) avtomobili sərxoş idarə edən əməkdaşı “Saxla” əmrinə tabe olmayıb
Məlumata görə, saxlanılan şəxs AMEA-nın vitse-prezidenti kimya elmləri doktoru Dilqəm Tağıyevin sürücüsü imiş.
Qeyd edək ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin 10-cu taqımının əməkdaşları Aeroport yolunda 10-AA-370 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü maşını şübhəli idarə etdiyinə görə “Saxla” əmri verib.
Lakin əmrə tabe olmayan avtomobil sürücüsü avtoxuliqanlıq edərək yol polisi əməkdaşlarından uzaqlaşmağa çalışıb. YPX əməkdaşları tərəfindən süni tıxac yaradılıb və sürücü saxlanılıb.
Sürücü Yusifov Yusifin avtomobili sərxoş halda idarə etdiyinə görə, Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edilib. O, avtoxuliqanlıq etdiyinə və sərxoş halda avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilib.
Avtomobil cərimə meydançasına yerləşdirilib.