Korrupsiya.az-ın redaksiyasına Kurdəmir sakini tərəfindən şikayət məktubu daxil olub.Həmin məktubu nəzərinizə çatdırırıq.

Salam. Azəravtoyol ASC-nin Kürdəmir 21 nömrəli Yol İstismarı MMC-də baş verən qanun pozuntuları barədə bütün dövlət qurumlarına məlumat verdiyim üçün mənim əmək haqqımı 130 manat azaldıblar. Baş mühasib Hikmət Usubovdan soruşdum ki, niyə belə etmisiz, 3 ildir ki aldığım 485 manat əmək haqqım nə ünün 355 manat oldu? Cavab olaraq bildirdi ki, göstərişi İşlədiyim idarənin direktoru İlham Əzizli verib şikayət etmisən ona görə azalıb. Bundan başqa işlədiyim idarə tərəfindən Azəravtoyol ASC-yə istehsalat zərurəti ilə əlaqədar ezam olunmuşam öz hesabıma ezamiyyətə getmişəm, 10 ədəd ezamiyyət vərəqələrimi idarənin baş mühasibinə təhvil vermişəm, lakin buna baxmayaraq 325 ezamiyyət pulumu vermirlər. 9 il məzuniyyətdə olmamışam 2005-2017-ci illər ərzində 3 dəfə məzuniyyətdə olmuşam. İstifadə etmədiyim məzuniyyətə görə ödəniləsi məzuniyyət pulumu da ala bilimirəm. Dövlət əmlakının dağıdılması barədə şikayət vermək cinayət olub ki, əmək haqqı azalsın? Bu hansı məntiqə uyğundur. Yəni Azəravtoyol ASC-nin 21 nömrəli Kürdəmir Yol İstismarı MMC-nin direktoru İlham Əzizli və həmin idarənin baş mühasibi Hikmət Usubova heç bir dövlət qurumunun gücü çatmır? Mənim bir vətəndaş kimi ölkəmin əmlakını dağıdılmasına etiraz etməyim mənə baha başa gəldi. Sizdən xahiş edirəm ki, yuxarıda göstərilənləri nəzərə alaraq idarə rəhbərliyi tərəfindən mənə dəymiş maddi ziyanın ödənilməsində mənə köməklik göstərəsiniz.Sağ olun.

 

Əliyev Hüseyn Paşa oğlu.

 

Paylaş