Zati-aliləri !!! Qətiyyətli və humanist dövlət adamı əzizimiz, Cənab Prezidentimiz İlham Əliyev və birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyeva!!!
Mən 80 yaşlı ata,Abbasov Şaban ,həyat yoldaşım 67 yaşlı çarəsiz ana,Abbasova Fəridə balamızı,Sabunçu rayon İcra başçısı Adil Vəliyevin qoçularının təhqirlərindən və təzyiqlərindən qorumaq üçün məcbur olub sizə müraciət edirik !!!
Cənab Prezidentimiz biz Azərbaycan vətəndaşı olaraq konstitusion və mülkiyyət hüququmuzu qorumaq üçün Sabunçu rayon İcra başçısı Adil Vəliyevin əlində aciz və çarəsiz bir durumda qalmışıq. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada, hüququmuzu və haqqımızı tələb etdiyimizə görə başçı Adil Vəliyev öz inzibati resurslarından və əlində olan qoçu dəstəsindən istifadə edərək balamız Sidqi Abbasovu təhqir etdirir, qorxutdurur, ailəmizə qarşı təzyiqlərinin ardı arası kəsilmir. İkinci aydır üz tutmadığımız qapılar,rəsmi müraciət etmədiyimiz qəzetlər, saytlar və dövlət qurumu qalmayıb.
Cənab Prezidentimiz İlham Əliyev və əzizimiz birinci xanım Mehriban Əliyeva bizim ümüdimiz bircə sizə qalıb,sizdən acizanə xahiş edirik bizə köməklik edin. Bizi bu milyarder,harın,biznesmen başçı Adil Vəliyevin təzyiqlərindən və təhqirlərindən qurtarın. Sizə səmimi bildirmək istəyirik ki, bizim nəslimiz,əbədi prezidentimiz,mənəvi atamız, liderimiz,Ulu Öndər Heydər Əliyevin zəhməti ilə qurduğu dövlətimizi və onu bizə əmanəti olan Cənab Prezidentimiz İlham Əliyevi sevirik, onun xarici və daxili siyasətini dəstəkləyirik!! Biz öz zəhmətimizlə yaşayan sadə kasıb bir ailəyik.Balalarımızı zəhmətimizlə dolandırırıq. Adil Vəliyevin balaları kimi harın həyat tərzi sürmürük…
Cənab Prezident siz çıxışlarınızda dəfələrlə deyirsiniz ki, “Mən xalqın xidmətçisiyəm və məmurları təyin edəndə deyirəm ki,gedin yerlərdə xalqa xidmət edin”!!!
Ulu Öndər Heydər Əliyev kimi Böyük Şəxsiyyətin oğlu deyirsə mən xalqın xidmətçisiyəm!!! Bəs onun təyin etdiyi başçı Adil Vəliyev görən kimin oğludur ki, xalqı bu qədər incidir, rayonda özünü “Karol” kimi aparır…
Cənab Prezident!!! İcazənizlə diqqətinizə çatdıraq ki, başçı Adil Vəliyevin qoçuları bağımıza çəpər çəkərkən, xüsusi mülkiyyətimizə dəfələrlə basqın ediblər, oğlumuzu təhqir edib deyirlər ki, sen kimsen, bizdən icazəsiz bağına hasar çəkirsən, yazıq kimsəsiz, kasıb bir adamsan, məhf edərik səni, bizə 30000 pul verməsən qoymarıq bağınıza hasar çəkəsən. Bizim başçımız Adil Vəliyevin Hektarlarla torpağı, biznes mərkəzləri, bir neçə maşın salonları, villaları, restoranları, gözəllik salonları, xaricdə çoxlu pulu, biznesi, mülkləri və bizim kimi “QOÇU” dəstələri var. Cənab prezident çox xahiş edirik bizim ailəyə köməklik edin. Biz, bir vicdanlı alıcı kimi notarial qaydada alqı-satqı yolu ilə aldığımız torpağa, bağımıza çəpər çəkək, ağac əkək, balalarımızı dolandıraq.
Sayqı ilə: Abbasov Şaban, Abbasova Fəridə
QAFQAZXEBER.AZ
Adil Vəliyev hasarlama üçün icazə verdiyi vətəndaşı niyə təkrarən incidir?
Sabunçu RİH mətbuata danışan sabiq bələdiyyə sədrinə təzyiq göstərir? – ARAŞDIRMA
Sabunçu RİH vətəndaşdan hasar çəkmək üçün 30 min manat “haqq” tələb edir? – ŞİKAYƏT