Korrupsiya.az realliq.org-a istinadən xəbər verir ki, son günlər ölkədə 10 a yaxın saytın bloklanması və həmin saytlara Azərbaycanda girişin qadağan edilməsi cəmiyyətdə narahatçılıq yaradıb. Saytların bloklanmasına səbəb, həmin media qurumlarında Mətbuat Şurası və onun İdarə heyətinin üzvlərinin qanunsuz əməllərini ifşa edən yazıların dərc olunmasıdır.
Mətbuat Şurası və bu qurumun fəaliyyətini tam nəzarətə alan Vüqar Rəhimzadənin qanunsuz fəaliyyətinin ifşa olunması, görünür adıçəkilən qurumu ciddi narahat edir. Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları nazirliyi qanunları kobud şəkildə pozaraq MŞ – nin sifarişini icra etməkdən çəkinmir.
Ölkənin bir sıra media qurumları, ziyalılar baş verən özbaşınalıqla bağlı Prezidentə və rəsmi qurumlara müraciət ediblər. Ölkədə azad mediaya qarşı savaşan Mətbuat Şurası jurnalisləri müxtəlif adlarla ləkələməyə cəhd edir, televiziya ekranlarına çıxaraq sayrt rəhbərlərinin həbsini tələb edir. Bir qeyri hökümət təşkilatının bu cür qanuinsuz tələbdə bulunması sayt rəhbərlərini də qanuni addım atmaq məcburiyyətində qoyub. Dünən ölkədə girişi bloklanmış Realliq.info saytının baş redaktoru İkram Rəhimovun müsahibəsi hadisələrin yaranma səbəblərini açığa çıxarıb. İ.Rəhimov, Mətbuat Şurasını idarə edənlər və onların bu qanunsuz əməlinə dəstək verən sayt rəhbərləri haqqında şok faktlar açıqlayıb.

Həmin video müsahibəni diqqətinizə çatdırırıq:

Paylaş