Heç kimə sirr deyil ki, Azərbaycan ərazisində bu gün- mobil operatorlar xidmət göstərməkdədir. Bu xidmətin səviyyəsinin ölçülməsi isə məhz həmin operatorların istifadəçiləri (vətəndaşlar) tərəfindən verilən rəylər nəticəsində müəyyən edilir. Bir çox şirkətlər kimi “Nar” mobil operatoru da Azərbaycan xalqının maliyyəsi hesabına formalaşaraq milyoların sahibi olmaqdadırlar.
Bu gün dünyada gedən böhranı nəzərə alsaq heç bir dövlət daxilində olan valyutanın xaricə çıxarılmasına razı olmaz. Belə hallara dövlət tərəfindən qadağalar qoyulur. Bu qadağalar infilasiyanın qarşısını almaq və devolivasiyadan xilasın həlli yollarından biridir. Amma hakim dairələrin səylərinə baxmayaraq bəzi “sahibkarlar” və “biznesmenlər” müxtəlif yollarla milyonlarla vəsaitin, ilk baxışdan qanuni görünsə də, ölkədən çıxarılmasına nail olurlar.
Respublikamız müstəqillik qazanıb demokratik inkişaf yoluna qədəm qoyduqdan sonra mobilı operatorlar Azərbaycanda da öz şəbəkələrini qurmağa başladılar. Belə operatorlardan biri də “Nar” mobil operatorudur. Əməkdaşlarımızın demək olar ki, hamısında nar nömrələr vardır. Hamı kimi onlar da bu operatorun yersiz reklamlarından və mesajlarından təngə gəliblər.
Xeberfakt.az olaraq “Nar” mobil operatoru barəsində media üzərində apardığımız araşdırma zamanı həmkar saytlardan birində “Balansdakı məbləğə NAR zəmanət vermir… – İnternet vasitəsi ilə milyonlar ölkədən çıxır”? Başlıqlı yazıda 531 milyon manatın ay ərzində operatorlar vasitəsi ilə ölkədən çıxarılması və digər hallarla bağlı məqalələrə rast gəldikdən sonra KİV nümayəndəsi olaraq öz fikirlərimizi bölüşmək qərarına gəldik .
Bir-biri ilə rəqabətdə olan üç böyük mobil operator müştəri cəlb etmək üçün qulağa xoş gələn sözlərlə sərfəli kompaniyalar keçirirlər. İlk baxışdan kompaniya həqiqətən də sərfəli görünür. Dərindən təhlil edəndə isə arxasında qara pərdəni mütləq görmək olur.
“Nar” mobil operatoru tərəfindən təklif olunan “ən sərfəli” tarif olan UNİKAL tarif paketinə ötəri nəzər salaq. Deyərdik ki, “Nar” müştərilərinin əksəriyyəti bu tarif paketindən istifadə edir. Respublika daxilində hər tərəfə dəqiqəsi 4 qəpik. Belə bir hala baxaq danışmısan 25 saniyə yenə 4 qəpik balansından çıxılır. Belə olan halda bir dəqiqəsi 9.6 qəpiyə düşür. Başqa bir hala baxaq. 40 saniyə danışmısan. Səndən yenə 4 qəpik çıxılır. Bir dəqiqə olur 6 qəpik və s.
“Nar” mobil operatoru media üzərində apardığımız araşdırmalara görə, milyonları hər ayın sonuna yaxın ölkədən çıxarmaq üçün əlli oyun oynamaqdadır.
Həmkar saytda qeyd edilən nüanslar redaksiyamızın əməkdaşlarınında istifadəsində olan nar nömrələrində baş verdiyi tərəfimizdən müəyyən edilmişdir. +99470*232523 istifadəmizdə olan bu nömrənində bənzər yollarla aldadıldığımızın fərqinə vardığımızda məhz göstərilən nüansların həqiqəti əks etdirdiyi əyani şəkildə görünməkdədir. Prossesin ardıcıl şəkildə aldadıcı yollarla gəlməsi və daha sonra o təklifin ləğv etmək üçün hansı nömrədən istifadə ediləcək təklifi billərəkdən mesaj qutusunun SPAM bölməsinə gedəcək şəkildə göndərilməkdədir. Android model telefon istifadəçilərinə, hava proqnozunun təklif bununla yanaşı, valyuta məzənəsi haqqında məlumatların hər gün ötürülməsi təbii ki, ödənişli həyata keçirilməkdədir. Müştərin bu və ya digər məsələləri hansı vasitə ilə həll edə bilməməsini nəzərə alsaq bu gün Azəbaycanda bu problemdən azad ola bilməyən miyonlarla abunəçi sayına nail olmaq mümkündür.
Bu tip xidmətlər bundan ibarətdir: “Navigator Kontent provayder, Azerikom Kontent provayder, Reklam mesajlarını dayandırmaq üçün isə STOP+ və ya Dayan yazıb 9806-ya yazıb göndərmək məcburiyyətindəsiniz, abunəliklərin ləğvi isə bu cür şərh edilir 6550 / 7615 bu nömrələrə STOP ALL yazıb göndərməyə məcbur edirlər”.
Nar şirkətinin təqdim etdiyi internet paketindən istifadə edənlər özləridə bilmədən bəlaya düşürlər. Belə ki, internetdən istifadə edərkən qarşınıza çıxan reklam bannerinə toxunduqda gizli şəkildə hansısa provayderə abunə olursunuz və bu edilən abunəlik tamamilə qanunsuzdur. Bu qanunsuz atılan addımın təmizləməyi isə yalnız sizin ixtiyarınıza verir ki, edilən cinayət tərkibli əməli özünüz sms vasitəsi ilə dayandırasınız. Bura qədər yenədə qəbul etmək olar amma sizin sms vasitəsi ilə dayandıracağınız xidmət öncədən 0.59 azn və ya 1.00 azn məbləğinizi artıq oğurlamış olur. Hal-hazırda Azərbaycanda elə şəxs tapa bilməzsiniz ki, başqa mobil provayderlərdən istifadə etdiyi halda Nar nömrəsindən istifadə etməsin. Bu gün bir reallıq göz önündədir ki, Nar şirkətinin milyonlarla abunəçisi mövcuddur və hər bir abonentdən bir gün üçün xitmətə qoşulma haqqı olaraq balansdan 0.59 qəpik və ya 1 manat məbləğində vəsait silinməkdədir. Qəbul edək ki, Nar mobilin 2.500000 aktiv istifadəçisi var və hər dəfə balansını yoxlamadan danışığını aparır və balans yükləməkdə problem görmür. Aktiv istifadəçidən yarısı deyək ki, internetdən istifadə edir. Yəni 1.250.000 nəfər. Bunun da yarısı internetdə gəzişməyə maraqlıdır. Yəni 625.000 nəfər. Bunun da yarısı dediyimiz “tələyə” düşdü. Yəni 312.500 nəfər. Bunlardan gündəlik 0.59 AZN pul tutulr. Yəni 312.500×0.59= 184.375 ay ərzində 184.375 x 30 = 5.531.250 AZN məbləğ tutulmaqdadır (Bu hesablama sadəcə bir provayderin ay ərzində bir variantdan oğurladığı rəqəmdir, bunun kimi bir neçə provayder mövcudur artıq onlarıda özünüz hesablayın).
27-si və 29-u noyabr 2017-ci il tarixlərində +99470*274877 nömrəsinə GİZLİ RƏQƏM xidmətinə qoşulub 1500 AZN udmaq şansımın olduğunu bildirən 7787-dən mesaj gəlib. Onu da deyim ki, nömrəni aldığım 4 gündür. Belə mesajlar davamlı olaraq gələcək. Nə üçün? Təbii ki, pul qazanmaq adı ilə aldadılmaq üçün.
Nar şirkəti Azeri adı ilə fəaliyyət göstərən provayderlərin hüququ ünvanının olmamasını və ya verməməsi vətəndaşlarda bununla bağlı hüquqi tədbirlər göstərməsinə maneələr yaratmaqdadır. Xaricdə oturan şəxslərin erməni olmadığı kim və ya kimlər tərəfindən qarantı verilməkdədir…? Bir Azərbaycanlı kimi bizə də maraqlıdır Nar mobil operatorun illərdi qazandığı milyonlarla bağlı niyə ictimaiyyətə açıqlama vermir. Bu pullar hara xərclənir. Ölkədən hansı yollarla çıxarılmaqdadır?.. Niyə məhz Naxçıvan bölgəsində şəbəkə zəifliyi müşahidə edildiyi halda bu problemin həllinə nail oluna bilmir.? Bütün bu suallarımıza araşdırmalarımız zamanı nail olmağa çalışacağıq.
Bu tutulan məbləğin hansı şirkətə və ya şəxslərə getməsilə bağlı Nar şirkəti ictimaiyyətə açıqlama vermir. Biz bir Azərbaycan vətəndaşı olaraq abonentlərdən oğurlanan milyonların kimlərə hansı yollarla verilməsinin Nar şirkəti tərəfindən ictimaiyyətə açıqlanmasını tələb edirik.
Bu oğurluq deyil nədir dəyərli oxucular…? Buna biz ad verə bilmirik siz yardım edin bunun hüquqi adını təyin edək…
Mövzu diqqətimizdədir! Araşdırma davam edir.